Bider Sultanligi - Wikipedia
Bidər sultanlığı və yaxud Bəridşahlar dövləti — 1492–1619-cu illər arasında Hindistanda Dəkkən bölgəsinin cənubunda hökm sürən Türk-İslam xanədanı.
Tarixi dövlət | |
Bidər sultanlığı | |
---|---|
|
|
Paytaxt | Bidər |
Dövlət dini | İslam (şiə) |
İdarəetmə forması | Mütləq monarxiya |
Sülalə | Bəridşahlar |
Sultanlar | |
• 1492–1504 | I Qasım Bərid |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəXanədanın qurucusu Əmir Qasım Qafqaz (Borçalı) türklərindən olub gənclik illərində Bəhməni şahı III Məhəmmədin (1463–1482) xidmətinə girmiş, onun sarayında bərid-i məmalik mövqeyinə qədər yüksəlmiş və xanədana da bu vəzifəsi dolayısıyla Bəridşahilər deyilmişdir. Əmir Qasım Mahmud şahın səltənəti sırasında (1482–1518) öncə kutval (qalabəyi), Nizamülmülk Məlik Həsənin vəfatından sonra da baş vəzir (əmir-i cümlə) təyin edilmişdir. Bəhmənilərin zəifləməsinə görə ölkə torpaqları parçalanmış, Bicapurda Adilşahilər, Əhmədnagarda Nizamşahilər, Bərarda İmadşahilər, Qolkondada Qütbşahlar və bir müddət sonra Bidərdə Bəridşahilər müstəqilliklərini elan etmişldilər (1492).
Əmir Qasımın ölümündən sonra yerinə "Dəkkən tülküsü" deyə şöhrət tapan oğlu Əmir Bərid keçdi (1504–1543). Əmir Bəridin zamanında Bəhmənilərdən III Əhməd, Əlaəddin, Vəliyyullah və Kəlimullah onun vəsayəti altında sadəcə adları hökmdar idilər. Əmir Bərid ədəbiyyat, sənət və memarlığa ilgi duyan bir şəxsiyət idi. Paytaxtda Rəngin Mahalı inşa etdirən də odur.
Bəridşahilər Vicayanagar racələri və digər bəzi qonşularıyla sürəkli mübarizə etdilər. Son Bəridşahi sultanı III Əmir Bərid şah (1609–1619) Adilşahilərin hücumuna məruz qaldı. II İbrahim şah 1619-cu ildə Bəridşahiləri məğlub edərək Bidəri torpaqlarına qatdı. Beləcə Bəridşahilər xanədanı sona çatdı.
Bəridşahilər Bəhməni sənət və memarlığını davam etdirdilər. Onların dönəmində Maysorun öndə gələn şəhəri olan Bidər Rəngin Mahal, Taxt Mahal, Tərkəş Mahal və Kali (Qara) Məscid kimi binalarla süslənmişdir. Əmir Qasım, Əmir Bərid, Əli Bərid və İbrahimə aid türbələr də Bidərin məşhur binaları arasında sayıla bilir. Ünlü Bəhməni vəziri Mahmud Qavanın təhsil üçün açdırdığı mədrəsə Bəridşahilər zamanında da əski şöhrətini qorumuşdur.
Hökmdarları
redaktə- I Qasım Bərid 1489 – 1504
- Əmir Bərid I 1504 – 1542
- I Əli Bərid şah 1542 – 1580
- İbrahim Bərid şah 1580 – 1587
- II Qasım Bərid şah 1587 – 1591
- II Əli Bərid şah 1591
- II Əmir Bərid şah 1591 – 1601
- III Əli Bərid şah 1601 – 1609
- III Əmir Bərid şah 1609 – 1619