Biheviorizm - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Biheviorizm cərəyanı elmə yeni faktorların – davranış faktorlarının gətirilməsi ilə xarakterizə olunur. Davranış sözü altında insanın psixi fəaliyyətinin xarici ifadəsi nəzərdə tutulur.
Tarixi
redaktəBiheviorizm ingiliscə "behavior" davranış deməkdir. Biheviorizmin tarixi XIX əsrin sonu-XX əsrin əvvəllərində Edvard Torndaykın (1874–1949) heyvanlar üzərində apardığı tədqiqatlarla başlayır. Lakin buna baxmayaraq həmin cərəyanın nəzəri lideri Con Uotson (1878–1958) hesab olunur.
Mahiyyəti
redaktəBihevioristlərə görə davranış ancaq xarici stimullarla (S) şərtlənən sekretor və əzələ reaksiyalarından (R) təşkil olunmuşdur. Onların fikricə davranışın təhlili ciddi surətdə obyektiv xarakter daşımalıdır[1].
Bihevioristləri vərdişlərin öyrədilməsi və formalaşması maraqlandırır. Onların fikrincə psixoloq məhz davranışı öyrənməlidir, belə ki, davranış bizim bilavasitə müşahidə edə biləcəyimiz yeganə amildir[2].
Deməli, biheviorizm ideyasının əsasını davranışın mühümlüyü və şüurun yoxluğu habelə onu öyrənməyin də heç bir əhəmiyyətinin olmaması təşkil edir. Uotson yazırdı: " Biheviorist… şüurun olmasına heç bir sübut tapmır, Cemsin nəzəriyyələrinə baxmayaraq, o yalnız daim genişlənən davranışı sübut olunmuş hesab edir". Uotsona görə, davranış – reaksiyalar sistemidir. Reaksiya – biheviorizmin inkişafı ilə əlaqədar olaraq psixologiyaya daxil edilmiş yeni bir anlamdır. Uotson belə hesab edirdi ki, insanın davranışı hər hansı bir təsir nəticəsində mümkündür. Ona görə, elə bir fəaliyyət yoxdur ki, onun arxasında insanı bu və ya digər hərəkətə təhrik edən stimul (xarici qıcıqlandırıcı) olmasın. Beləliklə məşhur S – R formulu meydana gəldi[3].
Biheviorizm mexaniki nəzəriyyədir: o, insan davranışını xətti determenizm prinsipləri ilə izah edir, sözdə obyektiv metoddan danışsa da əslində onun mahiyyətini təhrif edirdi. Buna görə də akademik İ. P. Pavlov hələ 30-cu illərin əvvəllərində "Fizioloqun psixoloqa cavabı" əsərində biheviorizmi kəskin tənqid etmişdir. Biheviorizm qısa müddət ərzində Amerikan psixologiyasının əsas cərəyanına çevrildi və Avropa ölkələrinə də yayıldı. Çünki XX yüzilliyin əvvəllərində psixologiyanın nailiyyətlərindən praktik məqsədlərlə istifadə olunması məsələləri kəskin surətdə qarşıda dururdu.
Tanınmış nümayəndələr
redaktəBiheviorizim və neobiheviorizim cəryanının yaranması və inkişafında aşağıdakı nümayəndələrinin xidmətləri də böyük olmuşdur: Con Uotson (1878–1958) Amerikan psixoloqu, biheviorizmin banisi. Psixologiyada subyektiv metodu tənqidinə görə məşhurdur. Şüurun elmi fakt olduğunu inkar edərək, klassik davranış psixologiyasının əsaslarını işləmişdir.
- İvan Petroviç Pavlov (1849–1936)
Rus fizioloqu, amerikan biheviorizminin möhkəmlənməsinə kömək olan şərti reflekslər və ali sinir fəaliyyəti haqqında təlimilərin müəllifidir. Həmçinin temperament sahəsində də öz işləri ilə məşhurdur.
- Berxauz Frederik Skinner (1904–1990)
Amerikan psixoloqu, biheviorizmin ən məşhur nümayəndələrindəndir. İnstrumental (operant) təlimin konsepsiyasını işləmişdir. Proqramlaşdırılmış təlim nəzəriyyəsinin müəllifidir.
- Edvard Tolmen (1886–1959)
Amerikan psixoloqu, metodoloji biheviorizmin nümayəndələrindəndir. Bədən və koqnitiv determinant davranışın, xüsusilə koqnitiv xəritələrin tədqiqatları ilə məşhurdur.
Həmçinin bax
redaktəMənbə
redaktə- Bayramov Ə. S., Əlizadə Ə. Ə., — Psixologiya. Bakı, "Çinar-Çap", 2006, — 620 səh.
- Гиппенрейтер Ю. Б. – Введение в общую психологию. Курс лекций. – М.: Черо, МПСИ, Омега-Л, 2006. – 336 с.
- Маклаков А. Г. – Общая психология. СПб.: Питер, 2006. – 583 с.
- Хэйес Н., Оррелл С. – Что такое психология? – М.: Изд-во Эксмо, 2005. – 688 с.
- Лурия А. Р. – Лекции по общей психологии. СПб.: Питер, 2007. – 320с.
- Рубинштейн С. Л. – Основы общей психоогии. СПб., 1998
- Аткинсон и др., Введение в психологию – СПб, М., 2003. 232. с
- Материал из Википедии – свободной энциклопедии
- http://www.i-u.ru/ Arxivləşdirilib 2013-03-13 at the Wayback Machine
- Гальперин П. Я., Ждан А. Н. – Хрестоматия по истории психологии. М.: Изд-во МГУ, 1980