Bileser - Wikipedia
Biləsər — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd.[1] Əhalisi 1366 nəfərdir.[2] Peştəsər silsiləsinin yamacında yerləşir.
Biləsər | |
---|---|
38°37′39″ şm. e. 48°42′00″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Lənkəran rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 494 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Coğrafiyası
redaktəRayon mərkəzindən 38 kilometr cənub-qərbdə, Bəşəru çayının sağ sahilində, Peştəsər silsiləsinin yamacındadır. Şimaldan Daşdatük, cənubdan Seliqavol, Alazəpin, Astara rayonunun Motlayataq, qərbdən Lerik rayonunun Ancaqəv kəndləri ilə əhatə olunmuşdur.
Toponimiyası
redaktəToponim talış dilində Biləsə adlanır. Talış dilindəki bil (bataqlıq, göl) və sər (baş) sözlərinin birləşməsindən (-ə bitişdirici saitdir) ibarət olub, "gölün baş tərəfində və ya kənarında olan kənd" kimi izah olunur.[3]
İqtisadiyyatı
redaktəƏhali heyvandarlıq, arıçılıq və tərəvəzçiliklə məşğuldur. Kənddə 1934-1964-cü illərdə kolxoz, 1964-1997-ci illərdə sovxoz təsərrüfatı fəaliiyyət göstərmişdir. Kənddə orta məktəb (1931), klub, kitabxana, həkim ambulatoriyası, ATS, poçt şöbəsi, məişət xidməti obyektləri vardır.[4]
Hidrologiyası
redaktəLənkəran rayonunun Biləsər kəndi yaxınlığında eyniadlı mineral bulaq vardır. Bulağın suyu soyuq və kükürdlüdür. Bundan əlavə rayondan adı Biləsər kəndinin adından götürülən və Bəşəru çayının bir qolu olan Biləsər çayı da axır.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh.
- ↑ Lənkəran Ensiklopediyası: Məlumat Arxivləşdirilib 2019-04-06 at the Wayback Machine Səh 93-94