Bilge Xaqan - Wikipedia
Bilgə xaqan (çin. 阿史那默棘連; 683[1] – 734[1] və ya 25 noyabr 734, Ötüken) — İkinci Göytürk Xaqanlığının 716-cı ildən xaqanı.
Bilgə Bögü xaqan | |
---|---|
𐰋𐰃𐰠𐰏𐰀𐰴𐰍𐰣 | |
716 – 734 | |
Əvvəlki | İnel xaqan |
Sonrakı | Yollıq xaqan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | zəhər[d] |
Atası | İlteriş xaqan |
Anası | İlbilgə Xatun |
Həyat yoldaşı | Po Beq |
Uşaqları |
Yollıq xaqan Bilgə Qutluq xan Syüan |
Ailəsi | Aşina |
Dini | Tanrıçı |
Adı və ilkin həyatı
redaktəƏsl adı Bögü olub, taxta çıxdıqdan sonra Bilgə adını qəbul etmişdir. İltəriş xaqanın və İlbilgə Xatunun oğlu idi. 700-cü ildə tanqutlara qarşı yürüşdə iştirak etmişdi. 701-ci ildə Onq Tutukun başçılığındakı 50.000 əsgərdən ibarət Tan sülaləsi ordusunu məğlubiyyətə uğratmışdı. 703-cü ildə isə Aşina sülaləsi tərəfindən idarə olunan lakin xaqana tabe olmayan basmıllara hücum etmişdi. 705-ci ildə 80.000 əsgərdən ibarət Çaça Senqun başçılığındakı Tan ordusunu məğlubiyyətə uğratmışdı. Lakin 709-cu ildə Yenisey qırğızlarına məğlub olmuşdu. Sonrakı il gecə basqını ilə qırğızlar da məğlub edilmişdi. 710-cu ildə Sakal xanın başçılığındakı türgişlər də məğlub edildi və tabe edildi. 715-ci ildə isə qarluqlar Tamaq dağında məğlub edildi.[2] 716-cı ildə 33 yaşında Kül Teginin xan olmaq istəməməsilə taxta çıxdı.
Hakimiyyəti
redaktəHakimiyyətə gəldikdən sonra Kül Tegin vəliəhd elan olundu. Bilgə xaqan oturaq həyata keçmək istəsə də Tonyukuk onu bu fikirdən daşındırdı.[3] Həmçinin Buddizm və Taoizmə də maraq duyan Bilgə xaqanın bu dinləri yaymaması məsləhət görüldü. Xarici siyasət Kül Teginin əlində cəmlənmişdi.
Çinlə münasibətlər
redaktə720-ci ildə Tonyukukun başçılığındakı bir ordu Çin vassalı basmıllara hücum etmişdi. Yüan Çen başçılığındakı basmıl-tatab-kidan-çin ordusu 300.000 nəfərdən ibarət idi. Bu ordunun məğlubiyyəti Çin üçün böyük zərbə oldu. Türklər, ilk dəfə bu döyüşdə qadınları və uşaqları belə öldürmüşdülər — hansı ki, bu türk müharibələrində görünən bir adət deyildi. 722-ci ildə bu tayfaların müqaviməti də qırılmışdı. Bundan sonra Çinlə sülh münasibətləri başladı.
Kül Teginin ölümü
redaktə731-ci ildə Kül Teginin vəfat etdi. İmperator xaqana başsağlığı göndərdi və Kül Tegin üçün bir abidə tikdirdi. Həmin il çinlilərlə əlaqələr yenidən pozuldu. Kidanların başçısı Ketuqan xana 40000 türk əsgər verən xaqan 733-cü ildə çinliləri ağır məğlubiyyətə uğratmışdı. Bu illərdə qızını Suluk xana verdi, öz oğlunu da Sulukun bacısı ilə evləndirdi.
Ölümü
redaktəXaqan Buyruq Çor adlı bir əyan tərəfindən zəhərlənmişdi. Xaqan bundan xəbər tutanda gec idi amma ölümdən öncə Buyruq Çor və ailəsini edama məhkum etmişdi.[4]
Dəfni
redaktə25 noyabr, 734-cü ildə vəfat etmişdi. Taxta oğlu Yollıq xaqan çıxmışdı. Bilgə xaqanın dəfn mərasimi 22 iyun 735-ci ildə baş tutmuş, 500 xarici səfir mərasim üçün qızıl və gümüş, şamlar gətirmişdi. Kədərlənən türklər öz qulaqlarını, üzlərini, burunlarını kəsmişdilər. Xaqanın şərəfinə atlar, itlər, samurlar və sincablar qurban verilmişdi.
Ailəsi
redaktəTonyukukun qızı El Etmiş Bilgə xatun ilə evlənmişdir.
Oğulları
redaktə- Yollıq xaqan
- Bilgə Qutluq xaqan
- Syüan (Qutluq Yabqu xaqanın dövründə çox qısa müddətli nominal xaqan)
- Digər oğlunun adı bilinmir, lakin Pan Kültigin dövründə çox qısa müddətli nominal xaqan olmuşdur.
Qızları
redaktə- Bir qızı Suluk xan ilə evlənmişdir.
- Şahzadə Talo — Ozmış xaqanın ölümündən sonra Çinə mühacirət etmişdir.
Bilgə Xaqan Abidəsi
redaktəBu kitabə, Müdrik Xaqanın ölümündən (734) bir il sonra (735), öz oğlu olan Tengri kağan tərəfindən diktirilmiştir. Bu kitabədə da danışan; Kül Tigin kitabədə də olduğu kimi, Bilge Xaqandır.[5]
İstinadlar
redaktə- ↑ 1 2 Bilgė Khaan // Faceted Application of Subject Terminology.
- ↑ С. Е. Малов Памятники древнетюркской письменности Монголии и Киргизии. — Издательсво академии наук СССР, 1959. — С. 12–21. — 2000 экз.
- ↑ "- Бичурин. Собрание…". 2009-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-27.
- ↑ Tanq kitabı, cild 194
- ↑ Erdem, KONUR,"Orhun Yazıtlarında Sosyal ve Siyasi Mesajlar Arxivləşdirilib 2016-09-24 at the Wayback Machine", Dil ve Etimoloji Kütüphanesi