Bioyanacaq - Wikipedia
Bioyanacaq — bioloji məhsullardan, əsasən bioloji tullantıların emalından alınan yanacaq.
Bioyanacaq daxiliyanma mühərrikləri üçün nəzərdə tutulan maye yanacağa (məsələn, etanol, metanol, biodizel), bərk (odun, briket, yonqar (talaşa), küləş (saman), toxum qabığı) və qazşəkilli (bioqaz, hidrogen) bioyanacaqlara bölünür. Neft məhsullarına olan qiymətlərin kəskin artması şəraitində, son zamanlar bitkiçilik məhsullarından bioyanacağın istehsalına daha çox diqqət yetirilir. 2000-ci ildən 2007-ci ilədək olan dövrdə bioyanacağın dünya istehsalı 3 dəfə artmışdır – 18 milyard litrdən 60 milyard litrədək, bu da nəqliyyatda yanacağın dünya istehlakının 3 faizindən artıq deyil. Bioyanacağın istehsalının təxminən 90 faizi ABŞ-də, Braziliyada və Aİ ölkələrində cəmləşmişdir.
Hazırlanması
redaktəHal-hazırda bioyanacağın istehsalı üçün xammalın əsas mənbəyi qarğıdalı, şəkər qamışı və bitki yağlarıdır (palma, raps və soya). Lakin, enerji məhsullarının istehsalı üçün təkcə bu bitki ehtiyatlarından istifadə edilməsi bəs deyil. Mövcud olan təsnifata uyğun olaraq kənd təsərrüfatı tullantılarında istehsal edilən bioqaz, biohidrogen sərt biokütlə (ağac, bitkiçilik məhsulları) daxil olmaqla kənd təsərrüfatı ilə bağlı bir neçə növ bioenerji ehtiyatları növləri mövcuddur. Bundan başqa, ikinci nəsl adlandırılanbioyanacaq mənbələri də mövcuddur. Onlara sellülozun yüksək tərkibli bitki mənşəli ehtiyatları aiddir. Hal-hazırda sellülozun bioyanacağa (etanol) çevirən texnologiyalar hələ effektiv deyil. Lakin, hesab edilir ki, perspektivdə belə texnologiyaların ixtira edilməsi zamanında yanacağın istehsalı üçün iri həcmdə bioehtiyatların cəlb edilməsi mümkün olacaq. Belə ki, məsələn, ABŞ-də "Bioenerji üçün milyard" adlı proqram mövcuddur, o, bu ölkədə bioyanacağın istehsalı üçün təxminən bir milyard ton sellülozun yüksək tərkibli bioehtiyatların potensial istifadəsi mümkündür. Belə bioehtiyatlara meşəçilik və bitkiçilik məhsulları, o cümlədən yüksəkməhsuldar otlar aiddir. hal-hazırda ilkin enerjinin təxminən 10 faizi bioloji mənşəli ehtiyatlardan istehsal edilir. onların xeyli hissəsi mənzillərin qızdırlmasına və qidanın hazırlanmasında istifadə edilir. Hal-hazırda bioenerjiyə artmış marağı müəyyən edən dörd faktor seçilir:
1. Mədən yanacağına, xüsusilə də neftə artan qiymətlər. 2. Enerji təhlükəsizliyinin təmin edilməsi. 3. İqlimin dəyişməsi. 4. Kənd yerlərinin inkişafı.
Ziddiyyətli məqamlar
redaktəLakin, artıq indi bioyanacağın istehsalının inkişafı ərzaq istehsalı ilə münaqişəyə girir. Çətin ki, bioyanacağın istehsalı üçün kənd təsərrüfatı xammalının istifadə edilməsi təsirilə ona olan qiymətlərin artdığı bir vaxtda perspektivdə müasir vəziyyət qorunub saxlanacaq. Görünür ki, təkcə Braziliyadaetanolun şəkər qamışından istehsalı təbii-iqlim və qlobal iqtisadi faktorlara müəyyən uyğunlaşma hesabına effektivdir. Digər əsas bioyanacaq istesalçı-ölkələrdə (ABŞ-də etanol, Aİ-da biodizel) bioyanacağın istehsalı yalnız kənd təsərrüfatı məhsullarının və xüsusilə də bioyanacağın istehsalının dövlət dəstəyi hesabına effektivdir. Ərzaq məhsullarına artan qiymətlər dövründə bu vəziyyət uzun müddət davam edə bilməz. Məsələn, artıq hal-hazırda Çində etanolun istehsalı üçün qarğıdalının istifadəsinə qadağa qoyulmuşdur, çünki heyvandarlıq üçün yemlərə olan qiymətlər kəskin artmışdır. ABŞ-də isə əksinə, tanolun qarğıdalıdan istehsalı dəstəklənir, çünki bir tərəfdən ölkə daxili istehlak nöqteyi nəzərindən bu bitkinin xeyli təkrar istehsalı mövcuddur, digər tərəfdən neft idxalından asılılığın aşağı salınması siyasi məsələ kimi qarşıya qoyulmuşdur.
Potensialı
redaktəBu gün yaxın perspektivdə bioyanacağın istehsalının inkişafının pronozlaşdırılmasına cəhdlər edilir. OESR qiymətləndirilməsi göstərir ki, yaxın 10 ildə dünyada etanolun istehsalı 123 milyard litrədək, biodizelin isə 21 milyard litrədək arta bilər. Lakin bu məlumatlar göstərir ki, bioyanacaq hətta nəqliyyat məqsədləri üçün yanacaq ehtiyatlarını əhəmiyyətli dərəcədə əvəz etməyəcək. Enerji informasiyası üzrə idarənin qiymətləndirməsinə görə, 2015-ci ilə nəqliyyat üçün yanacağa dünya tələbatı 100 kvadrilion BİV təşkil edəcək. Etanol və biodizel isə bu dövrdə ümumilikdə 3,3 kavdrilion BİV verə biləcək (yəni təxminən hal-hazırda olduğu kimi 3 faizi). Lakin bioyanacağın istehsalı üçün kənd təsərrüfatı ehtiyatlarının istifadəsi qlobal enerji problemlərini həll etməyəcək. Lakin, ərzaq istehsalı üçün istifadə edilə bilən iri həcmdə kənd təsərrüfatı məhsullarının yayındırlması dünyada ərzaq məhsullarına süni defisit yaradacaq. Belə vəziyyətin nəticəsi kimi bir çox ölkələrdə vəziyyətin qeyri-sabit olmasına və insan tələfatına və iri iqtisadi itkilə gətirib çıxara biləcək sosial və siyasi münaqişələr ola bilər. Bunun fonunda bioyanacağın mənfəəti barədə fikirlər qeyri səmimi görünə bilər, baxmayaraq ki, bu istiqamət zəngin ölkələr üçün sərfəli ola bilər.