Birhuceyreliler Ve Ibtidailer - Wikipedia
İbtidailər və ya birhüceyrəlilər (q.yun. πρώτιστος "ən birinci, ilkin" və ya ən sadə) — nüvəlilərin heyvanlara aid olan heterogen qrupu. Qeyd etmək lazımdır ki, bəzi təsnifatlarda göbələklər və bitkilərə aid olmayan bütün eukariotik canlılar Protista parafiletik qrupa daxil edilir. Bu təsnifatda Protista – İbtidailər (Protozoa), Yosunlar (Algae) və Göbələyəbənzər orqanizmlər (Oomycota, Labyrinthulomycota, Hyphochytriomycota, Myxomycota, Plasmodiophoromycota).
Birhüceyrəlilər və ibtidailər | ||||
---|---|---|---|---|
| ||||
Elmi təsnifat | ||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Birhüceyrəlilər və ibtidailər |
||||
Beynəlxalq elmi adı | ||||
Monocytozoa və Protozoa | ||||
|
İbtidailərin təsnifatı onların hərəkət və çoxalma xüsusiyyətləri əsasında aparılır.
Protista
redaktəProtista anlayışı ilk dəfə 1866-cı ildə Hekkel tərəfindən verilmişdir. O, canlı aləmi 3 aləmə ayırmışdı: İbtidailər (Protista), bitkilər (Plantae) və heyvanlar (Animalia). Sonralar bu sistem qəbul edilmədi, eukariotlar ikialəmli sistemdə (Plantae və Animalia) təsnif edildi. Yalnız 1969-cu ildə Uitteker (Whittaker, 1969) bütün eukariotları 4 aləmdə (Fungi, Animalia, Plantae və Protista) birləşdirdi. Burada Göbələklər (Fungi) – miseli əsaslı struktura malik, saprofit qidalanma ilə yaşayan orqanizmlərdir; Bitkilər (Plantae) – çoxhüceyrəli damarlı eukariotlar olub fototrof qidalanma ilə yaşayan orqanizmlərdir; Heyvanlar (Animalia) — çoxhüceyrəli eukariotlar olub heterotrof qidalanma ilə yaşayan orqanizmlərdir. İbtidailəri (Protista) digər aləmlərin eukariot canlılarından fərqləndirən cəhət odur ki, onların real toxumaları olmur. Bu canlılar əsasən müxtəlif qidalanma üsulu, quruluşa, yüyürüklüyə malik olan birhüceyrəli fərdlərdir.[1]
Bu canlılar müxtəlif əcdadlardan törənərək polifiletik təbiətə malik olduqlarından takson statusuna malik deyil.
İbtidailər
redaktəQuruluşu
redaktəheyvanlar aləminin birhüceyrəli orqanizmləridir, lakin bitki keyfiyyətlərinə malik olan, fitoflagellat adlanan birhüceyrəlilər bu alt aləmə aid edilir. Bunlara nümunə olaraq yaşıl evqlenanı (Euglena viridis) göstərmək olar. Bu alt aləmdə 25 000–30000 — ə qədər növ var. Onlardan çoxu şirin və duzlu sularda, torpaqda yaşayır, onlardan 3500 növə qədəri isə bitki, heyvan və insan orqanizmlərində parazitlik edir.
İbtidailərin hüceyrə quruluşu çoxhüceyrəli orqanizmlərin hüceyrələrinə tam bənzəmir, əlbəttə ki, bir qədər fərqlənir. Çünki ibtidailərin bir hüceyrəsi onlar üçün bütöv bir orqanizmi əvəz edir. İbtidailərin bədən forması oval və ya uzunsov, ölçüləri isə əksər hallarda mikroskopik (3–150 mkm) olur. Onlar, əsasən, üçqatlı membranla (membranın qalınlığı ibtidainin növündən asılıdır) örtülmüş olur. Membranın hər qatı zülaldan ibarətdir.
Sitoplazma ektoplazma və endoplazmaya ayrılır. Ektoplazma, pellikula adlanan periferik təbəqə yaradır, qatı və sıx struktura, endoplazma isə daha duru, seyrək struktura malikdir. İbtidailərin orqanoidləri (primitiv orqanlar) məqsəd və vəzifələrindən asılı olaraq ümumi və xüsusi olur.
Ümumi vəzifələri yerinə yetirən orqanoidlərə nüvə, mitoxondrilər, ribosomlar, sentriollar, Holci aparatı, lizosomlar və s. aiddir. Nisbətən iri ibtidailər çoxnüvəli, kiçiklər isə təknüvəli olur. Nüvə ikiqat membranla əhatə edilir. Xromosomların sayı orqanizmin növündən asılıdır və 2-dən 160-a qədər dəyişir. Onların uzunluğu 1 – 50 mkm intervalında dəyişir.
Xüsusi vəzifələri yerinə yetirən orqanoidlərə hərəkət orqanoidləri, həzm, yığılma vakuolları aiddir. Hərəkət orqanoidləri qamçılar, kirpikciklər, psevdopodilərdir (yalançı ayaqcıqlar). Məsələn, amöblərin hərəkəti sitoplazmanın hərəkətinə əsaslanır. Ektoplazma endoplazmaya təzyiq edir, bunun nəticəsində sitoplazma bədənin o biri tərəfinə axır və burada psevdopodilər əmələ gəlir. Psevdopodilərin köməyi ilə orqanizm müxtəlif istiqamətlərdə yerini dəyişə bilər. Qamçılılar əsası xüsusi qranul (bazal cisim) olan, blefaroplast adlanan burulmuş fibrillərdən ibarətdir. Kirpikciklər fibrilyar struktura malikdir.
Qidalanması
redaktəİbtidailərin qidalanma üsulları olduqca müxtəlifdir. Bəziləri qidanı mayedə həll olmuş qidalı maddələri mənimsəməklə, digərləri hüceyrəvi ağız vasitəsilə, üçüncülər isə psevdopodilər vasitəsilə qəbul edir. Qəbul olunan qida həzm fermentlərinin iştirakı ilə xüsusi həzm vakuolunda həzm olunur. Qida qalıqları isə həzm vakuolu ilə birgə orqanizmdən kənar edilir.
Xüsusiyyətləri
redaktəSu ibtidailərinin çoxunun bir və ya bir neçə vakuolu var. Bu vakuollar onların orqanizmində sabit osmotik təzyiq yaradır, həmçinin bədəni oksigenlə təchiz edir. İbtidailərin bir qismi bəzi bitki xüsusiyyətlərinə malikdir. Bitkilər kimi onlarda da fotosintez prosesi olur. Tərkibindəki xlorofilə və digər piqmentlərə görə onların rəngi qırmızı, yaşıl, sarı, qəhvəyi, hətta mavi də ola bilir. İbtidailərin böyük bir qismi enerjini üzvi birləşmələrin oksidləşməsi nəticəsində alır. Onlar bakteriyalardan fərqli olaraq qeyri-üzvi maddələrdən enerji mənbəyi kimi istifadə edə bilmir.[1]
Çoxalması
redaktəİbtidailər cinsi və qeyri-cinsi yolla çoxalır. Qidalanıb böyüyən orqanizm qeyri-cinsi yolla iki hissəyə bölünməklə çoxalır. Bölünmə nüvədən başlayır. İbtidailərin inkişaf sikli sadə və mürəkkəb olur. Sadə sikldə bir (vegetativ) mərhələ olur. Mürəkkəb sikl isə ibtidainin müxtəlif orqan və toxumalarda inkişafı ilə əlaqəlidir. İbtidailər xarici qıcığa cavab reaksiyası verə bilir. Qıcıqlanma reaksiyasına misal olaraq ibtidailərin əlverişsiz şəraitə düşdükdə sistaya çevrilməsini göstərmək olar. Bu xüsusiyyət onlara ən əlverişsiz şəraitdə məhv olmamaq imkanı verir. Əlverişli şəraitə düşən kimi sista aktiv vegetativ forma alır (trofozoit) və bu yolla yayılır.
Həyat tərzi
redaktəBu canlıların böyük qismi sərbəstyaşayanlardır. Bəzi ibtidailər digər orqanizmdə, ona zərər vermədən yaşayır. Məsələn, qamçılıların müəyyən növləri (Hypermastigina dəstəsi) termitlərin və bəzi yüyürüklərin (tarakan) bağırsaqlarında yaşayaraq onlara sellülozanı həzm etməkdə kömək edir. Bununla yanaşı, ibtidailərin bir çoxu insan və heyvan orqanizmində parazitlik edir. İnsan 50 növ ibtidainin potensial sahibi hesab olunur. Onların 2 növü ağız boşluğunda, 12 növü bağırsaqda, 1 növü sidik axarlarında, 10-a qədəri isə qanda və digər toxumalarda parazitlik edir. Sista açılır və içərisindən aktiv hərəkətli fərdilər (trofozoitlər) çıxır. İbtidailər bu yolla yayılır.