Birinci Bilecik - Wikipedia
Birinci Biləcik — Azərbaycan Respublikasının Şəki rayonunun Biləcik kənd inzibati ərazi dairəsində kənd.[2][3]
Birinci Biləcik | |
---|---|
41°19′35″ şm. e. 46°56′56″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Şəki rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 326 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1.399 nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ5534[1] |
Tarixi
redaktəBirinci Biləcik kəndi Alazan-Əyriçay çökəkliyindədir. Keçmişdə Biləcik adlanan bu kənd XVIII-XIX əsrlərdə İran əsarətinə və çarizmə qarşı mübarizə mərkəzlərindən biri olmuşdur. Kollektivləşmə illərində buradan köçmüş ailələr indiki İkinci Biləcik kəndini saldıqdan sonra Birinci Biləcik adlandırılmışdır. Biləcik kəndinin ilk sakinləri mənşəcə Türkiyənin Biləcik mahalından çıxmış və orta əsrlərdə burada məskunlaşmış ailələr hesab olunurlar[4].1734 -cü ildə Biləcikdə Nadir şaha qarşı böyük üsyan olmuşdur.Üsyançılar iki dəfə Nadirin sərbazlarına qalib gəlmişlər.Lakin Bərdədə qərarlaşan Nadirin özünün Biləciyə yürüşə hazırlaşdığını eşidən biləcikli 300 ailə kəndi tərk edərək Car-Balakənə çəkilməyə məcbur olmuşlar.Bütün bu hadisə haqqında bu üsyanın şahidi Molla Məhəmməd Carinin "Car müharibəsi salnaməsi"[5] adlı əsərdə oxumaq olar.
Əhalisi
redaktəKəndin əhalisi 1.399 nəfər təşkil edir.Kəndin əhalisi Azərbaycan türkləridir.Bəzi mənbələrdə bu kəndin 1570-ci illərdə Türkiyənin Biləcik vilayətindən gələnlər tərəfindən salındığı göstərilir.Türkiyəli tarixçilər isə əksinə Osmanlı dövlətini yaradan qayıların məhz Azərbaycandakı Biləcikdən gələrək Türkiyədə Biləcik şəhərinin əsasını qoyduğunu göstərirlər.Türkiyədəki Biləcik Osmanlı dövlətinin ilk paytaxtı olmuşdur.Bu gün Biləcik kəndinin əhalisinin dilində köhnə osmanlı şivəsinə aid sözlər hələ də işlədilməkdədir.
İstinadlar
redaktə- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
- ↑ "Şəkidə fəaliyyət göstərən mədəni-maarif müəssisələri haqqında məlumat". 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-06.
- ↑ ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.140
- ↑ əl-Cari M. M. Car salnaməsi Arxivləşdirilib 2024-09-01 at the Wayback Machine. Ərəbcədən tərcümə, giriş, şərhlər və qeydlər: S. Ə. Süleymanova. Bakı: "Səda" nəşriyyatı, 146 s. ISBN 5869743849
Şəki rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |