Birlesmis Milletler Teskilatinin Kosmik Isler Burosu - Wikipedia
Birləşmiş Millətlər Təşkilatının Kosmik İşlər Bürosu (ing. United Nations Office for Outer Space Affairs (UNOOSA)), kosmosun dinc məqsədlərlə istifadəsi üçün beynəlxalq əməkdaşlıqdan məsul olan Birləşmiş Millətlər Təşkilatının bürosudur. Bu şöbə, Birləşmiş Millətlər Təşkilatının Katibliyinin beynəlxalq kosmik hüquqa dair öhdəliklərini yerinə yetirməklə yanaşı, beynəlxalq əməkdaşlıqda xüsusi maraq göstərən Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsinin (COPUOS) katibliyi vəzifəsini də yerinə yetirir. Mərkəzi, Avstriyanın Vyana şəhərindəki Birləşmiş Millətlər Təşkilatının binasında yerləşir.
UNOOSA, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Fəlakətlərin İdarə Edilməsi və Fövqəladə Müdaxilə üçün Kosmik Əsaslı Məlumat Platformasını (UN-SPIDER) idarə edir.