Bit - Wikipedia
Bit (ing. binary digit) — minimal informasiya vahidi olub, iki mümkün məntiqi qiymətdən birini ifadə edir. Bu qiymətləri adətən "0" və "1" (ikilik kod) kimi işarə edirlər.
Baytlarla ölçmə | ||||||
---|---|---|---|---|---|---|
Onluq | İkilik | |||||
Adı | Simvol | Dərəcə | Adı | Simvol | Dərəcə | |
bayt | B | 100 | bayt | B | bayt | 20 |
kilobayt | kB | 103 | kibibayt | KiB | Kbayt | 210 |
meqabayt | MB | 106 | mebibayt | MiB | Mbayt | 220 |
giqabayt | GB | 109 | gibibayt | GiB | Gbayt | 230 |
terabayt | TB | 1012 | tebibayt | TiB | TBayt | 240 |
petabayt | PB | 1015 | pebibayt | PiB | Pbayt | 250 |
ekzabayt | EB | 1018 | eksbibayt | EiB | Ebayt | 260 |
zettabayt | ZB | 1021 | zebibayt | ZiB | Ebayt | 270 |
yottabayt | YB | 1024 | yobibayt | YiB | Ybayt | 280 |
Bit "binary digit" sözlərinin qısaltmasıdır və kompüterdəki ən kiçik informasiya vahididir. Bu termin ilk dəfə 1946-cı ildə Con Taki tərəfindən istifadə edilmişdir.
Bir neçə ikilik ədəddən ibarət sıra bit sətri və ya bit vektoru adlanır. Bir çox kompüter sistemlərində səkkiz bitdən ibarət qrup bayt adlanır, lakin bəzi sistemlərdə bu oktet kimi də adlandırılır. Bir baytın yarısı (dörd bit) nibbl adlanır.
Fiziki ifadəsi
redaktəBir bit informasiya istənilən iki müxtəlif vəziyyəti olan rəqəmsal qurğu və ya digər fiziki sistem tərəfindən saxlanıla bilər. Bunlar triggerlərin iki stabil vəziyyəti, elektrik açarı, dövrənin iki müxtəlif cərəyan şiddəti və gərginlik səviyyələri, maqnitləşmə və polyarizasiyanın iki istiqaməti və s. olar bilər.
Bitlər müxtəlif formalarda ifadə oluna bilər. Müasir hesablama qurğularında, bit adətən gərginliyin səviyyəsi və ya dövrədə triggerin vəziyyəti ilə təyin olunur.
Vahidlər
redaktəBit Beynəlxalq Elektrotexnika Komissiyası (IEC) tərəfindən IEC 60027 standartında təyin olunub. Bu standarta əsasən, bit ölçü vahidinin simvolu "bit" kimi işarə olunur. Uyğun olaraq 1 kilobit (kbit) = 103 bit, 1 kibibit (kibit) = 210 bit kimi təyin olunub.
Kompüterdə əsas informasiya vahidi bayt, minimal informasiya vahidi isə bitdir.