Biznesin Idare Edilmesi Uzre Magistr - Wikipedia
Biznesin idarə edilməsi üzrə magistr və ya MBA — idarəetmə ixtisası üzrə magistr dərəcəsi.[1] MBA proqramında əsas kurslar biznes idarəçiliyinin müxtəlif sahələrini əhatə edir. Bəzi kurslar müəyyən bir sahədə əlavə təhsil almağa imkan verə bilər, lakin MBA adətən ümumi proqram kimi nəzərdə tutulur.
MBA ixtisası rəhbər işini yerinə yetirmək qabiliyyətini nəzərdə tutur. Təhsil müddəti xüsusi proqramdan asılı olaraq, iki ildən beş ilə qədər davam edir. Tədris texnologiyası case study metoduna əsaslanır.[2][3]
Tarixi
redaktəMüasir MBA proqramlarının ilk prototipləri XIX-cu əsrin sonlarında, şirkətlərin idarəetməyə elmi yanaşmaya malik mütəxəssislərə ehtiyacı olduğu zaman ABŞ-da yaradılmışdır.[4] XX-ci əsrin ortalarında Avropada ilk MBA proqramları meydana çıxdı. Hazırda bütün dünyada təhsil təşkilatları uğurla fəaliyyət göstərir.
Geniş istifadəsinə baxmayaraq, MBA ixtisasları üçün hələ də vahid standart yoxdur. Bu, müxtəlif təlim proqramlarının keyfiyyətinin qiymətləndirilməsində və müqayisəsində çətinliklərə gətirib çıxarır.
Proqramları
redaktəMBA proqramların vahid və ümumi qəbul edilmiş sistemləşdirilməsi yoxdur (eynilə vahid MBA standartı olmadığı kimi). Lakin ən çox rast gəlinənləri ayırd etmək olar:
- Executive MBA (EMBA) — tələbələrin əhəmiyyətli iş təcrübəsinə əsaslanan yüksək səviyyəli menecerlərə yönəlmiş proqramlar
- Full time MBA — işdənkənar təlim üçün nəzərdə tutulmuş əyani təhsil formatında ənənəvi proqramlar
- Part-time MBA — əyani həyata keçirilən proqramlar, lakin eyni zamanda tələbənin bütün vaxtını təhsil almağa həsr etmədiyini ifadə edən proqramlar (bir qayda olaraq, təhsili işlə birləşdirmək zərurəti ilə əlaqədar). Ən ümumi variantlar bu cür proqramların axşam və modul qurulmasıdır;
- Distant təhsil MBA - təhsil prosesində daha da böyük çevikliyə nail olmaq üçün distant təhsil metodlarından istifadə edilən proqramlar
- MBA Start — MBA General standartlarına uyğun distant təhsil proqramı
- Mini MBA - biznesin təşkili və idarə edilməsinin ən aktual problemləri üzrə təlim proqramları, distant peşəkar yenidənhazırlanma proqramı
- Sənaye MBA — təcrübə yönümlü proqram
Biznes məktəbləri
redaktəMBA dərəcəsi verən institutlar biznes məktəbləri adlanır. Onlar çox vaxt universitetlərdə yaradılır. Məsələn, Harvard Universitetində Harvard Biznes Məktəbi, Stanford Universitetində isə Stenford Biznes Məktəbi yaradılıb. Biznes məktəblərinin bütün müxtəlifliyi ilə dünyanın ən yaxşı biznes məktəblərinin (ing. top business schools). reytinqinə daxil olan ən məşhurları var. Ən yaxşı biznes məktəblərinin illik reytinqləri üç tanınmış dünya nəşri tərəfindən aparılır və dərc olunur:
- Financial Times
- U.S. News & World Report
- Bloomberg Businessweek
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-30.
- ↑ "Arxivlənmiş surət". 2024-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-30.
- ↑ https://web.archive.org/web/20160305220403/http://www.mbastrategy.ua/content/view/878/181/lang,Rus/
- ↑ "Andreas Kaplan: A school is "a building that has four walls…with tomorrow inside": Toward the reinvention of the business school". Business Horizons. doi:10.1016/j.bushor.2018.03.010.