Blattodea - Wikipedia
Tarakankimilər (lat. Blattodea) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi.
Tarakankimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Koqorta: Dəstəüstü: Dəstə: Tarakankimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Ümumi məlumat
redaktəTarakankimilər daş kömür dövründən məlum olub, Yer kürəsinin əksər sahələrində geniş yayılmışdır. Bədəni uzunsov, yastılaşmış, az və ya çox dərəcədə ovalşəkillidir. Orta və iri ölçülü həşəratdır. Baş hissəsi hipoqnatik tipdədir. Ağız orqanları gəmiricidir. Bığcıqları uzun, nazik, qılşəkilli və çoxbuğumludur. Fasetli gözləri iridir və 2 gözcüyü vardır. Bəzi qanadsız formalarda göz inkişaf etməmişdir. Ön qanadlar az və ya çox dərəcədə möhkəmdir, adətən qanadüstlüyünə çevrilmişdir. Bəzən də qanadüstlüyü qısalmış olur, ya da heç olmur. Ayaqları uzundur, yüyürücüdür və pəncələri 5 buğumdan ibarətdir. Odur ki, bu dəstəyə yüyürücülər də deyirlər. Qarın hissəsi uzunsovdur, qurtaracağında, adətən serqi, erkəklərdə qrifel vardır.
Təsnifatı
redaktə- Blaberoidea
- Blaberidae
- Ectobiidae
- Blattoidea
- Blattidae
- Cryptocercidae
- Lamproblattidae
- Corydioidea
- Corydiidae
- Nocticolidae
İstinadlar
redaktə- ↑ Beccaloni G., Eggleton P. Order Blattodea Brunner von Wattenwyl, 1882 (ing.). // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / Z. Zhang 2011. Vol. 3148, Iss. 1. P. 199–200. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7 doi:10.11646/ZOOTAXA.3148.1.37