Blua - Wikipedia
Blua (fr. Blois) — Fransada şəhər. Luar və Şer departamentinin inzibati mərkəzi.[2]
şəhər | |
Blua | |
---|---|
fr. Blois | |
47°35′35″ şm. e. 1°19′38″ ş. u.HGYO | |
Ölkə | Fransa |
Region | [[Mərkəz - Luara vadisi]] |
Tarixi və coğrafiyası | |
Sahəsi | 37.46 km² |
Mərkəzin hündürlüyü | 63–135 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 45,903 nəfər (2012) |
Sıxlığı | 1,200 nəf./km² |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 41000[1] |
Digər | |
blois.fr | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi
redaktəƏhalisi 49, 6 min (2005) nəfərdir. Luara çayının sahilindədir.[2]
Tarixi
redaktəBlua 6-cı əsrdən məlumdur. 9-cu əsr – 13-cü əsrin əvvəllərində Şampan qraflığı ilə sülalə ittifaqında və uzunmüddətli uniyada olan və Fransa krallarına qarşı mübarizə aparan güclü qraflığın mərkəzi idi. 1391-ci ildən Valua sülaləsinin Orlean qolu şahzadələrinin mülkiyyətində, 1498-ci ildən kral domeninin tərkibində olmuşdur. 16-cı əsrdə Bluada Fransa krallarının daimi iqamətgahı yerləşirdi. 1576–77-ci və 1588–89-cu illərdə Baş ştatlar Bluada toplanmışdı.[2]
Memarlığı
redaktəTəpə üzərində müxtəlif dövrlərə aid tikililərdən [dairəvi bürc (Tur-de-Fua, 1440–50); Baş ştatlar zalı (13-cü əsrin əvvəlləri); Orleanlı Karl qanadı (1440–50); son neoqotik üslubda XII Lüdovik qanadı (1495–1508); renessans üslubunda I Fransisk qanadı (1515–24, memarlar J. Surdo və Domeniko da Kortona); klassisizm üslubunda 3 mərtəbəli Orleanlı Qaston korpusu (1635–38, memar F. Mansar)] ibarət kom pleks olan qəsr (9-cu əsrdən məlumdur) yerləşir. 10–17-ci əsrlərə aid kilsələr, Yepiskop sarayı (18-ci əsrin əvvəli, indi Ratuşa), Luara üzərində körpü (hər ikisinin memarı J.A. Qabriel), 16–18-ci əsrlərə aid çoxsaylı mülklər var. Luara qəsrləri tərkibində Blua Ümumdünya irsi siyahısına daxil edilmişdir.[2]
Sənayesi
redaktəKənd təsərürfatı rayonunun (dənli bitkilər,üzümçülük, tərəvəzçilik) mərkəzidir. Elektrotexnika, gön-dəri sənayesi, maşınqayırma müəssisələri var; şokolad istehsal olunur. Turizm inkişaf etmişdir.[2]
Qalereya
redaktə-
Blua şəhərində Luara çayı üzərində körpü
-
Blua qəsri
-
Blua qəsri (qərbdən görünüşü)
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Base officielle des codes postaux. La Poste, 2018.
- ↑ 1 2 3 4 5 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 205. ISBN 978-9952-441-03-1.