Boden Golu - Wikipedia
Boden (alm. Bodensee) Almaniya, İsveçrə və Avstriya sərhədlərində yerləşən üç: Yuxarı (alm. Obersee), Aşağı (alm. Untersee) və Reyn hövzələrindən ibarət göl. Boden gölünün yatağı dəniz səviyyəsindən 395 m hündürlükdədir və sahəsi 536 km², uzunluğu 63 km, dərinliyi 254 m-dir. sahilləri təpəlik, lakin cənub şərq hissədə qayalıqdır. Gölün sahəsində bir neçə qoruq mövcuddur. bu göl Reyn çayı üçün həm mənsəb həm də mənbə sayılır. Göl yalnız sərt qışda donur. Bu gölün Almaniya sahilində Konstans və Fridrixhafen , Avstriya sahilində Bregens şəhərləri yerləşir.
Boden gölü | |
---|---|
alm. Bodensee, fr. Lac de Constance | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 395,23 m |
Eni | 14 km |
Uzunluğu | 63 km |
Sahil uzunluğu | 273 km[1] |
Sahəsi | 536 km² |
Həcmi | 48,5 km³ |
Dərin yeri | 254 m |
Orta dərinliyi | 90 m |
Tökülən çay | Reyn |
Axan çay | Reyn |
Yerləşməsi | |
47°38′ şm. e. 9°22′ ş. u.HGYO | |
Ölkələr | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Boden gölünün hövzəsi sonuncu buzlaşma dövründə Alp yamaclarındakı Reyn buzlağının əsasındsa formalaşmışdır. Onu əriyən buzlağı əriməsindən yarandığı hesab edilir.
Adının tarixçəsi
redaktəYuxarı və Aşağı göl adları hələ Roma imperiyası zamanında verilmişdir. Aşağı göl (lat. Lacus Acronius) adı antik müəlliflər tərəfindən xatırlanır. Yuxarı gölə əvvəlcə (lat. Lacus Brigantinus) sonralar isə (lat. Lacus Venetus) və nəhayət (lat. Lacus Constantinus) adı verilmişdir. Orta əsrlərdə bu göl (lat. Lacus Bodamicus) adı ilə göstərilir. Bir çox Avropa ölkələrində Konstans gölü (fr. Lac de Constance, ing. Lake Constance, it. Lago di Costanza, port. Lago de Constança, isp. Lago de Constanza) kimi tanınır. (lat. Lacus Bodamicus) alman dilli xalqların dilində Bodensee, holland dilində Bodenmeer adlandırılır.
Güman edilir ki, gölün adı yaşayış məskəni olan Bodman sözündən götürülmüşdür. "Bodmanda yerləşən göl" = Bodman-See. Adın mənşəyi Bodanrük (lat. Bodanrück) yarımadası ilə də əlaqələndirilir[2]. Antik mənbələrində (tarixçi Taçikusa əsasən) Şvabiya hersoqluğunun mərkəzində yerləşdiyinə görə ona "Şvabiya dənizi" (alm. „Schwäbisches Meer“) də adlandırılır. Lakin bu halın qüsurlu oluğu söylənilir. Romalılar adətən Mare Suebicum dedikdə Boden gölünü yox Baltik dənizini nəzərdə tutduqları güman edilir.[3]
Adalar
redaktəGöldə olan böyük adaların sayı 10-dur. Yuxarı gölə Maynau və Aşağı gölə isə Lindau adaları aiddirlər.
Göldə olan digər böyük ada isə Rayxenau adlanır və Ümumdünya irsinə aid edilir. Burada VIII əsrə aid Reixnau monastrı və ona aid icma yerləşmişdir. Ada özünün tərəvəzçilik təsərrüfatları ilə məşhurdur. Maynau Bernadotte ailəsinin şəxsi mülki sayılır. Lindau adasında eyniadlı qədim şəhər yerləşir.
Kiçik adalara Yuxarı göldə alm. Dominikanerinsel, Hoy, Verde, alm. Liebesinsel və Mettnau yarımadası aiddirlər.
Nr. | Insel | Fläche (m²) | Əhali | İcma | Gölün hissəsi | Koordinatlar |
---|---|---|---|---|---|---|
1 | Qalgenin | 19. əsrdən yarımada | (-) | Lindau | Yuxarı göl, Roytiner buxtası | 47°33′00″ şm. e. 09°42′14″ ş. u.HGYO |
2 | Hoy | 53 | – | Lindau | Yuxarı göl, Roytiner buxtası | 47°32′57″ şm. e. 09°41′48″ ş. u.HGYO |
3 | Lindau | 680000 | 3000 | Lindau | Yuxarı göl | 47°32′47″ şm. e. 09°41′00″ ş. u.HGYO |
4 | Vasserburq | 1720-ci ildən yarımada | (27) | Vasserburq | Yuxarı göl | 47°34′02″ şm. e. 09°37′46″ ş. u.HGYO |
5 | Maynau | 447584 | 185 | Konstans | Yuxarı göl, Überlinger gölü | 47°42′18″ şm. e. 09°11′46″ ş. u.HGYO |
6 | Dominikaner adası | 18318 | 21 | Konstans | Yuxarı göl, Konstanser Trixter | 47°39′51″ şm. e. 09°10′42″ ş. u.HGYO |
7 | Kopf, "Mittler və ya Lanqbohl" | 31254 | – | Konstans | Aşağı göl, Reyn gölü | 47°40′18″ şm. e. 09°07′32″ ş. u.HGYO |
8 | Lanqenrayn və ya Triboldingerbohl | 135570 | – | Konstans | Aşağı göl, Reyn gölü | 47°40′20″ şm. e. 09°07′22″ ş. u.HGYO |
9 | Rayxenau | 4300000 | 3200 | Rayxenau | Aşağı göl | 47°41′40″ şm. e. 09°03′48″ ş. u.HGYO |
10 | Liebes adası | 2900 | – | Radolfçell | Aşağı göl, Çeller gölü | 47°43′18″ şm. e. 09°00′19″ ş. u.HGYO |
11 | Verd adası | 15854 | 9 | Eşenç | Aşağı göl, Reyn gölü | 47°39′19″ şm. e. 08°52′00″ ş. u.HGYO |
12 | Mərkəzi Verdli | 4000 | – | Reyn üzərində Ştayn | Aşağı göl, Reyn gölü | 47°39′24″ şm. e. 08°51′57″ ş. u.HGYO |
13 | Aşağı Verdli | 6000 | – | Reyn üzərində Ştayn | Aşağı göl, Reyn gölü | 47°39′25″ şm. e. 08°51′50″ ş. u.HGYO |
Boden gölü adaları | 5637079 | təxminən 6.400 | 6 icma |
Gəmiçilik
redaktəBoden gölündə sərnişin daşıyan sərhədyanı dövlətlərə (Almaniya, Avstriya, İsveçrə) və eyni zamanda "Boden gölü ağ donamasına" (alm. Weiße Flotte des Bodensees) aid gəmilər fəaliyyət göstərir. Donamanın ən qədim gəmisi 1913-cü ildə tikilmiş çarxlı "SD Hohentwiel"-dir.
İstinadlar
redaktə- ↑ Bodensee-Daten.
- ↑ ↑ Rolf Zimmermann: Am Bodensee. Stadler Verlagsgesellschaft mbH. Konstanz 2004. ISBN 3-7977-0504-2, S. 5. (Bilder und Beschreibung der Städte rund um den Bodensee).
- ↑ Vgl: Karl Heinz Burmeister. Der Bodensee im 16. Jahrhundert. Montfort, Vierteljahreszeitschrift für Geschichte und Gegenwart Vorarlbergs. Jahrgang 2005, Heft 3. Seiten 228–262. pdf