Bolsevik Adasi - Wikipedia
Bolşevik — Şimal Torpağı arxipelaqına daxil adaların cənubunda yerləşir. Materikdən Vilkiç boğazı, Oktyabr İnqilabı adası ilə isə Şokalski boğazı vastəsi ayrılır. Sahillərini Kara dənizi və Laptevlər dənizinin suları ilə yuyulur.
Bolşevik adası | |
---|---|
rus. Большевик (остров) | |
Ümumi məlumatlar | |
Sahəsi | 11 312 km² |
Uzunluğu |
|
Eni | 79 km |
Hündür nöqtəsi | 935 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
78°36′33″ şm. e. 102°55′41″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəAdanın sahəsi — 11 312 km² (Şimal Torpağı arxipelaqının 30,6 %), ən hüdür nöqtəsi — 935 m təşkil edir. Adanın cənubunda təpəli düzənliklər vardır ki, onun üzəri buzlaqlarla örtülüdür. Qalan hissə isə Tundra biktiləri ilə və Arktik səhralarla örtülüdür.
Dağlar və buzlaqlar
redaktəAdanın müəyyən hissəsi buzlaqlarla örtülüdür və onlara misal: Leninqradski, Semyon-Tyan-Şanski, Kropotkina, Muşketova və Aerosemki. Bolşevik adasında bütün Şimal Torpağında yerləşən ən qalın buzlağı (600 m) yerləşir. Buzlaqların çoxu dənizə çatmır.
Sahil xətti
redaktəAdanın sahilləri parçalıdır, xüsusi ilə şimalı seçilir. Ən iri körfəzi Axmatovdur. Adanın daxilinə doğru 60 km irəliləyir. Şimalında iki yarımada əmələ gətirir. Digər iri korfəzləri Mikoyana və Telman fiordu. Adanın cənubunda Taymır burnu yerləşir.
Göl və çayları
redaktəAdada olan göllər elədə böyük deyildir. Ən iri gölləri Studetoe və Spartakovskoe. Adadan çoxlu saylı çaylar axır və onların böyük qismi Kara dənizi, digərləri isə Lapteflər dənizinə axır. Oblara misal: Seraya, Obrıvistaya, Kamenka, Nora, Laqernaya, Qolişeva, Skalistaya, Razezdnaya və s.
Flora və fauna
redaktəAdada Kayrlar, Gümüşü qağayı, qütb qağayısı və s quş növlərinə rast gəlinir. Mövsümdən asılı olaraq Sapsan və qorumma altında olan Çəhrayı qağayı və Ağ qağayı. Adada ümumilikdə 15 növ quş yaşayır. Məməlilər: Ağ ayı, Şimal maralı, Lemminq, su samuru və canavar. Dağ yamaclarında — Qütb laləsi, Daşdələn, Qar daşdələni, Qütb söyüdü kimi bitkilər vardır. Əsasən Tundra bitkiləri üstünlük təşkil edir. İ.N.Safronovun məlumatına görə adada 66 növ bitki vardır.
Araşdırmalar
redaktəBolşevik adası və bütün Şimal Torpağı arxipelaqının digər adaları 1913-cü ildə hidroqraf Boris Andreyeviç Vilkinskinin təmşkil etdiyi ekspedisiya zamanı kəşf edilir.
Bununla belə adaların araşdırılması ancaq 1930–1932-ci illərdə Nikolay Nikolayeviç Urvasev, Georgi Alekseyeviç Uşakovun, S.P.Juravleva və V.V. Xodovanın başçılıq etdiyi ekspedisiya zamanı baş verir[1].
1979–1983 illərdə adada geoloji axtarış işləri aparılır. Adada qızıl ehtiyatı aşkarlanır. 100 ton ehtiyatın olması ehtimal edilirdi. Studen çayı hövzəsində "Yenisey qızılı" adlı mədən istifadəyə verilir. Buradan 540 kq qızıl çıxarılır. Bu layihədə V. Q. Kuzmin, L.L. Stepanov, V. İ. Lazurenko və başqalarının böyük rolu olmuşdur.[2]
1992-ci ildə C.Belikov, A.Volkov. V.Pridatko, V.Bulavinsev, N Safonova Bolşevik adasında və bütün Şimal Torpağında araşdırmaya başlayırlar. Bu ekspedisiyanın hədəfləri adaları bütünlüklə araşdırmaq olur. O zamana qədər adada aşkarlanmamış quş növləi müəyyənləşdirilir. Onlar arasında Ağ qağayı xüsisi ilə seçilir (Pagophila eburnea).
Adada iki qapalı qütb stansiyası fəaliyyət göstərir[3] (Solneçnays cənub, Pesçanaya şimal). Prima stasiyasında aerodrom vardır.
Adının dəyişdirilməsi
redaktəTarmır muxtar vilayətinin duması 1 dekabr 2006-cı ildə çıxardığı qərarda adanın adı Müqəddəs Olqa adlandırılması təklif edilir. Ancaq bu təklif digər instansiyalar tərəfindən təstiqlənmir.
İstinadlar
redaktə- ↑ "Şimal Torpağı : açılışdan 90 il sonra". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-13.
- ↑ Крюков В. Д., Зацепин Е. Н., Сергеев М. Б. Исторический очерк Полярной морской геологоразведочной экспедиции. "Разведка и охрана недр" № 8 2012 г.
- ↑ Dikson — qarlı arktikanın paytaxtı Arxivləşdirilib 2012-05-30 at Archive.today, N. М. Adamoviç, Arxangelsk iqlimi
- ↑ "Для полярников, эвакуируемых с «Северного полюса-40», расконсервируют станцию на мысе Баранова | Наука и технологии | LIFE24.RU". 2016-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-13.
- ↑ Полярную станцию на мысе Баранова на Новой Земле расконсервируют[ölü keçid]