Bolqaristan Silahli Quvveleri - Wikipedia
Bolqarıstan Silahlı Qüvvələri —Bolqarıstanı xaricdən gələ biləcək hərbi təhdidlərə qarşı qorumaqda vəzifəli silahlı qüvvələrdir. Bolqarıstan prezidenti Silahlı Qüvvələrin Baş Komandanıdır. Hərbi komandanın Baş qərargah altına alınmasına baxmayaraq, Müdafiə Nazirliyi siyasi rəhbərliyə görə məsuliyyət daşıyır. Quru qüvvələri, Donanma və Hava Qüvvələri kimi 3 növə ayrılır.
Bolqarıstan Silahlı Qüvvələri | |
---|---|
Българска армия | |
Qurulub | 1878 – ci il |
Daxildir |
Bolqarıstan Qoşunları Bolqarıstan Hava Qüvvələri Bolqarıstan Dəniz Qüvvələri |
Qərargah | Sofiya |
Rəhbərlik | |
Ali Baş Komandan | Prezident Rumen Radev |
Baş Qərargah rəisi | Emil Eftimov |
Canlı qüvvə | |
Hərbi yaş | 18 yaş |
Aktiv kadr | 30,000 nəfər |
Ehtiyat kadr | 302,500 nəfər |
Xərclər | |
Büdcə | 1,190,000,000 ABŞ dolları (2009) |
ÜDM faizi | 1.98% (2009) |
Sənaye | |
Xarici təchizatçılar |
İtaliya Avstraliya Fransa Almaniya İsrail Böyük Britaniya Rusiya ABŞ |
Tarix boyunca ordu, ölkəni müdafiə etməkdə mühüm rol oynamışdır. 1878-ci ildə müstəqilliyini qazanmasından sonra, Bolqarıstan regional bir hərbi güc qüvvəsi halına gəldi və bir çox böyük savaşalara qatıldı – Serb-Bolqar müharibəsi (1885), Birinci Balkan müharibəsi (1912–13), İkinci Balkan müharibəsi (1913), I Dünya Müharibəsi (1915–1918) və II İkinci Dünya Müharibəsi (1941–1944). Ordu bu döyüşlərdə böyük təcrübə qazanmışdı. Sırasında 1988-ci ildə Soyuq Müharibəsi zamanı Bolqarıstan Xalq Respublikasının, Varşava Paktında təxminən 152.000 hərbçisi var idi. Ölkədə Kommunist rejimin dağılmasından sonra ordunun mövcudluğu sürətlə aşağıya salındı. Bolqarıstan 2004-cü ildə Şimali Atlantika Müqaviləsi Təşkilatına qatıldı və hal-hazırda üç ölkədə ümumi 776 hərbçisi var.
İstinadlar
redaktə
Hərb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |