Boris Svetlov - Wikipedia
Boris Svetlov - Wikipedia - Haqqında Məlumat
Boris Nikolayeviç Svetlov (rus. Борис Николаевич Светлов; 1880, Orenburq, Rusiya İmperiyası) — Rusiya və SSRİ oyun və sənədli kino rejissoru, ssenarist, kino və teatr aktyoru.
Boris Svetlov | |
---|---|
rus. Борис Николаевич Светлов | |
Doğum tarixi | |
Doğum yeri | Orenburq, Rusiya imperiyası |
Vəfat tarixi | 12 mart 1943 (62 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | rus |
Vətəndaşlığı |
Rusiya imperiyası→ SSRİ |
Fəaliyyəti |
rejissor aktyor |
Təhsili | Lazarev Şərq Dilləri İnstitutu |
IMDb | ID0841260 |
Həyatı
redaktəBoris Svetlov 1880-ci ildə Orenburqda anadan olub. Lazarev Şərq Dilləri İnstitutunda təhsil alıb. 1910-1912-ci illərdə müxtəlif teatrlarda aktyorluq edib. 1912-ci ildən müxtəlif kinostudiyalarda filmlər çəkib. 1915-ci ildə Filma səhmdar cəmiyyətinin dəvəti ilə Azərbaycana gəlib və 1918-ci ilə qədər bir neçə filmin rejissoru olub. 1916-1917-ci ilərdə Svetlov 30-a yaxın filmə quruluş verib. 1920-ci ildən teatra qayıdıb, orada rejissorluq edib. 1921-ci ildə Petroqradda Kinotexnikum təşkil edib. Boris Svetlov 1930-cu ildən "Myuzik-Holl"un quruluşlarına rəhbərlik edib.
Filmoqrafiya
redaktə- Arşın mal alan (film, 1917) (tammetrajlı bədii film) — rejissor
- Arvad (film, 1916) (tammetrajlı bədii film) — rejissor
- Arvadlar ərlərini mənsəbə necə çatdırırlar (film, 1916) (tammetrajlı bədii film) — rejissor, aktyor
- Ayaqyalın məhəbbət (film, 1916) (qısametrajlı bədii film) — rejissor
- Bir alçalmanın tarixi (film, 1919) (tammetrajlı bədii film) — rejissor
- Knyaz Dəmir Bulat (film, 1916) (tammetrajlı bədii film) — rejissor
- Neft və milyonlar səltənətində (film, 1916) (tammetrajlı bədii film) — rejissor
- Ölümünə bir saat qalmış (film, 1916) (tammetrajlı bədii film) — rejissor
- Yeni tərzdə köhnə əhvalat (film, 1916) (qısametrajlı bədii film) — rejissor
Mənbə
redaktə- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 12-15.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.
- Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu - 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10-11.