Bosniya Bohrani - Wikipedia
Bosniya böhranı — 8 oktyabr 1908-ci ildə Avstriya-Macarıstan imperiyasının rəsmi olaraq Bosniya-Herseqovinanı ilhaq etməsilə meydana çıxan beynəlxalq böhrandır.[1] Bəhs edilən dövrdə Bosniya-Herseqovina ərazisi Osmanlı imperiyası tabeliyində idi. 1908-ci ilin oktyabrın 3-də Avstriya-Macarıstanın Parisdəki səfiri Fransanın prezidentinə məktub göndərdi. Məktubda deyilirdi ki, Avstriya-Macarıstan Bosniyanı ilhaq etməyə hazırlaşır və Rusiya, Almaniya və İtaliya Bosniyanın ilhaqına etiraz etmir. 1908-ci ilin oktyabrın 5-də Avstriya-Macarıstanın imperatoru Bosniyanın ilhaq edilməsi haqqında fərman imzaladı. Oktaybrın 6-da Avstriya-Macarıstan hökuməti qismən səfərbərlik elan etdi. Almaniya Avstriyanın hərəkətinə etiraz etmədi. İtaliya isə Avstriya-Macarıstana narazılığını bildirdi. Fransa hökuməti bildirdi ki, Avstriya-Macarıstanın Bosniyanı ilhaq etmək haqqında qərarına hörmətlə yanaşır.[2]
Dövlətlərin münasibəti
redaktəFransa
redaktəFransa çalışırdı ki, Almaniya Mərakeş məsələsində ona güzəşt etsin.1908-ci il oktyabrın 8-də Rusiya hökuməti bildirdi ki, Avstriya-Macarıstanın aksiyası Berlin müqaviləsinə ziddir və həmin müqaviləni imzalamış dövlətlərin iştirakı ilə müzakirə edilməlidir.[2]
Rusiya
redaktə1908-ci il oktyabrın 8-də Rusiya hökuməti bildirdi ki, Avstriya-Macarıstanın aksiyası Berlin müqaviləsinə (1878) ziddir və həmin müqaviləni imzalamış dövlətlərin iştirakı ilə müzakirə edilməlidir. Oktyabrın 9-da Rusiyanın xarici işlər naziri Londona gəldi. İngiltərə hökuməti bildirmişdi ki, Bosniyanın Avstriya-Macarıstan tərəfindən ilhaqını tanımayacaq. İngiltərə hökuməti Rusiyanın beynəlxalq konfrans keçirmək təklifi ilə razılaşdı.
Osmanlı
redaktəBosniyanın ilhaqı ilə bağlı Osmanlı Avstirya-Macarıstana öz etirazını bildirdi. Antanta ölkələri bildirdi ki , onlar Osmanlını medafiə edir. Avstriya-Macarıstan Osmanlıya qarşı mübarizə də Bolqarıstana kömək edirdi.1909-cu ilin yanvar ayının 11-də Avstriya-Macarıstan Bolqarıstana hərbi saziş imzalamağı təklif etdi. Saziş layihəsinə görə Avstriya-Serbiya müharibəsi zamanı Bolqarıstan, Osmanlı-Bolqarıstan müharibəsi zamanı Avstriya bitərəf qalmallı idi. Tərəflərdən birinin eyni vaxtda iki dövlətlə müharibəsi zamanı digər tərəf ona hərbi yardım göstərməli idi. Avstriya-Macarıstan çalışırdı ki, Osmanlı Bosniyanın ilhaqı ilə barışsın və Antanta ölkələri ilə əməkdaşlıq etsin. Digər tərəfdən Osmanlı dövləti də ikinci Məşrutiyət səbəbilə ilhaqı rəsmi olaraq tanımasa da qəbul etmək məcburiyyətində qaldı.[3]
Serbiya və Çernoqoriya
redaktəSerbiya ve Çernoqoriya Avstriyanın Bosniyanı ilhaq etməsinə öz narazılığını bildirdi. Serbiyada Avstriya əleyhinə nümayişlər keçirildi . Çernoqoriyada isə ümumi səfərbərlik elan edildi. Rusiya hökuməti Serbiyaya ehtiyatlı olmağı və Avstriya ilə ziddiyyətləri kəskinləşdirməməyi tövsiyə etdi. Rusiya Yaponiya ilə müharibədən sonra hələ hərbi potensialını bərpa etməmişdi və Serbiyaya hərbi yardım etmek imkanı məhdud idi.[2] İngiltərə hökuməti bildirdi ki, Serbiyaya diplomatik yardım edəcak. Osmanlı hökuməti Serbiyanın ittifaq yaratmaq təkliflərini qəbul etmədi. 1908-ci ilin noyabrında Avstriya-Macarıstan bildirdi ki, Bosniya məsələsinin beynəlxalq konfransda müzakirə edilməsinə razı deyil və bu məsələ Avstriya ilə Osmanlı arasında ikitərəfli danışıqlar yolu ilə həll edilməlidir.
Almaniya
redaktəAlmaniya Avstriya-Macarıstanı müdafiə edirdi. Almaniya hökuməti bildirdi ki, Rusiyanı beynəlxalq aləmdə uğursuzluqları İngiltərəyə meyl etməsinin nəticəsidir. Almaniyanın əsas məqsədi Rusiyanı Antantadan ayrımaq idi. 1909-cu ilin yanvarında Almaniya bildirdi ki, Avstriya ilə Serbiya arasındakı münaqişəyə Rusiyanın müdaxiləsi zamanı Avstriyaya hərbi yardım edəcək.
İstinadlar
redaktə- ↑ "Protocol between Austria-Hungary and Turkey". The American Journal of International Law. 3 (4), s. 286–89. 1909.
- ↑ 1 2 3 "Beynəlxalq münasibətlər tarixi" (PDF). 2022-03-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-14.
- ↑ Albertini, Luigi (2005). The Origins of the War of 1914, volume I. New York: Enigma Books