Boyaqli - Wikipedia
Boyaqlı - Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Aşağı Ayrım kənd inzibati ərazi dairəsində kənd.[1]
Boyaqlı | |
---|---|
Ölkə |
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Coğrafiyası
redaktəBoyaqlı kəndi Tərtər çayının sahilində, dağətəyi ərazidədir. XIX əsrdə Kəlbəcər kəndinin əhalisinin yaylaq yurdu olmuşdur. Boyaq bitkiləri cox olduğu üçün yurd belə adlandırılmışdır. Sonralar kəndin kəlbəvəli və mərdanlı nəsillərinə mənsub bir qrup camaatı yaylaq yurdunda məskunlaşmış, yeni yaşayış məntəqəsi yurdun adını saxlamışdır.[2]
Tarixi
redaktəBu kəndin ərazisində boyaq otları vardır. Həmin otlardan yerli əhali boyaq kimi istifadə edirdilər. Kəndin adı buradan götürülmüşdür.[3]
Məşhur yerlər
redaktəŞişin başı, Almaağacı, Camışuçan, Arxacyeri, Xırman, Xal, Xalın qayası, Şorun dərəsi, Çərkəzin şamı, Nağı dədənin şamı, Naziksu, Məmmədbiçən tala, Malqayıtmaz, Şəl, Küllü kaha, Şorun dərəsi, Əlikişinin kahası, Qaraşın şamı, Şirinin şamı, Davalı şam, Dəyirmanlar, Darı yeri, Əyriyol, Xırdadüz, Darı yerləri.[3]
Tanınmış şəxsləri
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Boyaqlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ 1 2 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.