Boyat Ucar - Wikipedia
Boyat — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.Ucarın ən inkişaf etmiş kəndlərindəndir
Boyat | |
---|---|
40°23′42″ şm. e. 47°45′00″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ucar rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2419 (2009) nəfər |
Digər | |
turkcespi̇ker.com | |
Tarixi
redaktəBoyat[1] (Bayat [2], Bəyat[3] ) – "Kitabi-Dədə – Qorqud"da hadisələrin başlanğıc və cəryan etdiyi coğrafi adlardan biridir. Boyat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Şimali Azərbaycanda – Qədim Albaniyada – Arran –Şirvan ərazisində və digər yerlərdə təsadüf edilir.
Boyat (Bayat, Bəyat) türkdilli qəbilələrdən birinin adı olub IX-X əsrlərdə qay tayfası ilə yanaşı Şimali Qazaxıstanın çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır. Şah İsmayıl Xətai yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb Dərbənddə və Şabranda yerləşdirmişdir.Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır.
Toponim səlcuq oğuzlarının boyat/bayat tayfasının adını daşıyır. Etnotoponimdir.[4]
Bildiyimiz kimi Azərbaycan xalqının formalaşmasında əsas amilə malik olan tayfalardan biri də Bayat tayfası olmuşdur. Həmin tayfanın söylədikləri nəğmələr isə Bayat tayfasının nəğmələri, yəni bayatı adı altında termin kimi formalaşmışdır.[5] Deməli, Azərbaycan şifahi xalq ədəbiyyatının ən geniş yayılan, ən kütləvi bir növü də bayatların adını yaşadan bayatılardır.[6]
Etimologiyası
redaktəUcar rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Keçmişdə Boyat Məlik Umud adlanmışdır. Məlik Umud orada məskunlaşmış boyatların başçısının adı olmuşdur. Həmin ailələr 1846-cı ildə Çalıqışlaq adlı qışlaq yerində məskunlaşmış və yaşayış məntəqəsinə də öz adlarını vermişlər. [4]
Mədəniyyəti
redaktəKənddə 1 orta məktəb, 1 uşaq bağçası, 1 mədəniyyət evi, 2 kitabxana, 1 xəstəxana vardır.
Coğrafiyası və iqlimi
redaktəBoyat kəndi rayon mərkəzindən cənub-şərqdə yerləşir.Sahəsi 2195 hektardır.
Əhalisi
redaktəUcar rayon, Boyat kənd nümayəndəliyinin 15 aprel 2017-ci il tarixə, verdiyi məlumata əsasən Boyat kəndinin əhalisi 12552 nəfərdir. 2009-cu ildə isə əhalinin sayı 2419 nəfər olub.[7]
Məşhur şəxsləri
redaktə- Agarehim Rehimov - nasir, publisist, dramaturq, senarist, azerbaycan yazicilar ittifaqinin uzvu, pedaqoji elmler doktoru, professor, Baki qizlar universitetinin rektoru.
- Ağalar Bayramov
- Fəxrəddin Meydanlı — Şair-publisist
Ağaqulu Niftəliyev- Əməkdar Jurnalist
İqtisadiyyatı
redaktəKənd əhalisi pambıqçılıq, baramaçılıq, taxılçılıq, bostan-tərəvəz və heyvandarlıqla məşğuldur.
Din
redaktəKənddə İmam Hüseyn məscidi dini icması fəaliyyət göstərir.[8]
İstinadlar
redaktə- ↑ Rövşən Hüseyinov (Ağahüseynli, Eldar Səfa Şahvələdli. Albaniya-Arran-Şirvan. "Ünsiyyət" nəşriyyatı, Bakı-2008.səh.55.
- ↑ Dədə Qorqud kitabı ensiklopedik lüğət. "Öndər nəşriyyat". Bakı-2004. səh.58.
- ↑ Dədə Qorqud kitabı ensiklopedik lüğət. "Öndər nəşriyyat". Bakı-2004. səh.60
- ↑ 1 2 Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. I cild, səh. 105.
- ↑ Əli Əliyev, "Laçın – Qədim Oğuz yurdu". Bakı-2009. "Avropa nəşriyyatı". səh. 86.
- ↑ Dədə Qorqud kitabı ensiklopedik lüğət. "Öndər nəşriyyat". Bakı-2004. səh. 60.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- ↑ "Məscidlər və dini icmalar". 2023-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-09.