Brat Cirpoev Adasi - Wikipedia
Brat Cirpoev Adasi - Wikipedia - Haqqında Məlumat
Brat-Çirpoev adası (rus. Брат-Чирпоев) — Kuril adalarının Böyük Kuril cərgəsinə şimal qrupuna daxil olan Çornıye Bratya adalarının tərkib hissəsini təşkil edən ada. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Çirpoy adasından Snou boğazı ilə ayrılır. Bazaltdan təşkil olunmuş adanın ən hündür nöqtəsi 749 metr olan Brat-Çirpoev dağıdır. Adadan 100 şimal-şərqdə Snou boğazında diametri 0,5 metr və hündürlüyü 150 metr olan Dəniz Samuru adası yerləşir.
Brat-Çirpoev adası | |
---|---|
rus. Брат-Чирпоев | |
Ümumi məlumatlar | |
Sahəsi | 16 km² |
Hündür nöqtəsi | 749 m |
Əhalisi | 0 nəfər (2010-cu il) |
Yerləşməsi | |
46°18′ şm. e. 150°32′ ş. u.HGYO | |
Ölkələr | |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|