Braziliya Cereyani - Wikipedia
Braziliya cərəyanı— Atlantik okeanında Braziliyanın cənub sahilindən Rio de la Platosuna qədər cənub istiqamətində axan isti su axımıdır.
Braziliya cərəyanı | |
---|---|
Ümumi məlumatlar | |
Akvatoriya | Atlantik okean |
Tip | İsti |
Xüsusiyyətləri
redaktəBraziliya cərəyanı Atlantik okeanında Cənubi passat cərəyanının bir hissəsinin Cənubi Amerika materiki ilə qarşılaşması nəticəsində yaranır. Cərəyan Cənubi passat cərəyanının təxminən 10–15˚ cənub enliyində Cabo de Sao Roque, Braziliya yaxınlığında parçalandığı yerdən başlayır.[1] Axımın dərinliyi 700 m-ə qədər çatır və 12˚ cənub enliyində su nəqliyyatı 2,5 Sv-dir.[2]
Nəql etdiyi su axımı cənuba doğru artaraq 15˚ cənub enliyində 4 Sv çatır.[1] Şelf zonasında təxminən 30˚ cənub enliyində axımın antisiklon sirkulyasiyası Braziliya cərəyanının nəql etdiyi suyun artmasına səbəb olur. Cənuba doğru 27˚ c.en., 31˚ c.en, 34 c.en. və 36 c.en-də su nəqliyyatı 11 Sv, 17 Sv, 22 Sv və 41 Sv-dır. Cəm nəqliyyat 36° c.en-ə qədər 70–80 Sv ola bilər, bunun da yarısı sirkulyasiya dövründə olur.[3]
Braziliya cərəyanı Cənubi passat cərəyanın bir hissəsidir. Axımın cənub hissəsi şərqə doğru axan Cənubi Atlantik axımından ibarətdir. Şərq sərhəddi Bengel cərəyan sistemidir. Şimal hissəsi Cənubi passat cərəyanından ibarətdir, hansı ki, qərb istiqamətində axır və sonra şimala parçalanaraq Şimali Braziliya cərəyanı əmələ gəlir. Cənuba axan sular Braziliya cərəyanını formalaşdıraraq onun qərb sərhəddini yaradır.[2]
Argentina dənizində cənuba doğru axan Braziliya cərəyanı Folklend cərəyanı ilə qarşılaşır və dənizi daha coşğun hala gətirir.[4] Braziliya-Folklend cərəyanlarının qarışımı təxminən 36˚ c.en-də Braziliya cərəyanının sahildən ayrıldığı yerdir və Braziliya axımının duzlu subtropik suyu ilə Folklend cərəyanının şirin subantarktik suları qarşılaşır.[2][5] Təxminən 38˚ c.en-də cərəyanın əsas nəqli materikin şelf zonasından ayrılır və bu enlikdə suyun temperaturu 16–18˚C-ə çatır.[2][6] Yanvar-mart aylarına nisbətən iyul-sentyabr aylarında cərəyanın sahildən ayrıldığı enlikdə axımın daha şimala doğru olduğu düşünülür.[7] Folklend cərəyanın axımı aşağıdırsa, küləklərin gücü sayəsində Braziliya cərəyanın axımı dominantlıq edir. Bununla yanaşı, Folklend cərəyanın axımı artarsa, 38˚ c.en-də Braziliya cərəyanı sahildən ayrılır. Braziliya-Folklend cərəyanlarının qarşılaşdığı ərazi üçün su səthinin temperaturu 7–18˚C və duzluluq isə 33,6–36 promildir.[5]
Braziliya cərəyanı bölgəsi həmçinin, daxilində altı əsas su kütləsini əhatə edir: Səth Dövrəli Qütb Suyu (UCPW), Aşağı Dövrəli Qütb Suyu (LCPW), Mərkəzi Su (CW), Antarktik Ara Suyu (AAIW), Antarktika Alt suları (AABW) və Şimali Atlantik Dərinlik Suları (NADW).[3]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Stramma, Lothar; Ikeda, Yoshimine; Peterson, Ray G. (1990). "Geostrophic transport in the Brazil Current region north of 20˚S" Arxivləşdirilib 2019-07-23 at the Wayback Machine. Deep-Sea Research. 37 (12): 1875–1886.
- ↑ 1 2 3 4 Talley, Lynne D.; Pickard, George L.; Emery, William J.; Swift, James H. (2011). Descriptive Physical Oceanography: An Introduction (6th edition). Burlington, MA: Academic Press. səh. 555.
- ↑ 1 2 Zemba, J. C., 1991. The structure and transport of the Brazil Current between 27˚ and 36˚ South. Ph. D. Thesis, Massachusetts Institute of Technology and Woods Hole Oceanographic Institution, 160 səh.
- ↑ Ecorregión Mar Argentino Archived 2013–11-05 at the Wayback Machine. (İspan dilində)
- ↑ 1 2 Gordon, Arnold L. (1989). "Brazil-Malvinas Confluence-1984" Arxivləşdirilib 2019-07-05 at the Wayback Machine. Deep Sea Research Part A. Oceanographic Research Papers. 36 (3): 359363–361384.
- ↑ Chelton, Dudley B.; Wentz, Frank J. (2005). "Global Microwave Satellite Observations of Sea Surface Temperature for Numerical Weather Prediction and Climate Research". Bulletin of the American Meteorological Society. 86 (8): 1097–1115. doi:10.1175/bams-86–8-1097.
- ↑ Olson, Donald B.; Podesta, Guillermo P.; Evans, Robert H.; Brown, Otis B. (1988). "Temporal variations in the separation of Brazil and Malvinas currents". Deep-Sea Research. 35: 1971–1990.