Brendan Freyzer - Wikipedia
Brendan Freyzer (ing. Brendan Fraser; 3 dekabr 1968, İndianapolis, İndiana) — Kanada əsilli ABŞ aktyoru, "Oskar" mükafatı laureatı (2023).
Brendan Freyzer | |
---|---|
Brendan Fraser | |
Doğum adı | Brendan James Frasier |
Doğum tarixi | |
Doğum yeri |
İndianapolis, İndiana ABŞ |
Vətəndaşlığı |
ABŞ Kanada |
Uşaqları | 3 |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1988-ci ildən |
Mükafatları | |
IMDb | ID0000409 |
brendanfraser.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəBrendan Freyzer 1963-cü ildə ABŞ-nin İndiana ştatında Kanada əsilli ailədə dünyaya gəlmişdir. Brendan ailədə 4 qardaşdan ən kiçiyidir. Ailəsi ilə birlikdə Niderlandda, İsveçrədə, eləcə də Romada, Londonda və ABŞ-nin başqa şəhərlərində yaşamışdır. Atası daha çox Kanadada işləmişdir. Brendan 12 yaşından London teatrlarında kiçik səhnələrdə çıxış edir. Brendan Freyzer peşəkar film karyerasına 1991-ci ildən başlayır. 2001-ci ildə London teatrı səhnəsində yenidən iştirak edir.
1998-ci ildə Freyzer Afton Smit adlı qızla evlənir. Qız ondan yaşca 1 il böyük olur. Onların üç uşaqları var: Qriffin Artur (2002), Holden Fletçer (2004) və Leland (2006). Brendan və Afton rəsmi olaraq 2007-ci ildə ayrılırlar.
Freyzer fotoqrafçılıqla maraqlanır. Həmçinin, Freyzer ailəsi Kanada əsilli olduğu üçün fransız dilində sərbəst danışa bilir.[1] Brendan Freyzerin boyu 1.91 m-dir.
Seçilmiş filmoqrafiya
redaktəİl | Film |
---|---|
1991 | İt mümarizəsi |
1992 | Ensinolu adam |
1994 | Boş başlılar |
1997 | Cunqliyalı Corc |
1999 | Mumiya |
2001 | Mumiya qayıdır |
2008 | Mumiya: Əjdaha İmperatorunun Qəbri |
2008 | Yerin mərkəzinə səyahət |
2022 | Balina |
İstinadlar
redaktə- ↑ "BBC – Films – Brendan Fraser". BBC. 2008-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-02-27.
Xarici keçidlər
redaktə- Brendan Freyzer — IMDb səhifəsi
Aktyor və ya aktrisa haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |