Bruk Teylor - Wikipedia
Bruk Teylor (ing. Brook Taylor; d.18.8.1685, Edmonton — v.29.12.1731, London) — ingilis riyaziyyatçısı.
Bruk Teylor | |
---|---|
ing. Brook Taylor | |
Doğum tarixi | |
Doğum yeri | Midlseks, Edmonton |
Vəfat tarixi | (46 yaşında) |
Vəfat yeri | London, Böyük Britaniya |
Vətəndaşlığı | İngiltərə |
Elm sahəsi | Riyaziyyat |
Tanınmış yetirmələri | John Machin, John Keill |
Tanınır | Teylor sırası |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəTeylor 1685-ci il avqustun 18-də Edmonton şəhərində anadan olub və 1701-ci ildə Müqəddəs İohan kollecinə daxil olub, 1709-cu ildə bakalavr dərəcəsi aldı və 1714-cü ildə hüquq doktoru oldu. London Kral Cəmiyyətinin üzvü (1712), funksiyanı qüvvət sırasına ayırmaq üçün ümumi düstur vermiş, simin rəqsinə dair məsələnin riyazi öyrənilməsinin başlanğıcını qoymuşdur. Sonlu fərqlər nəzəriyyəsinin öyrənilməsində böyük rolu olmuşdur. Teylor perspektiv, yırğalanma mərkəzi, mərminin uçuşu, maqitlərin qarşılıqlı təsiri, kapillyarlıq və s. sahələrdə də əsərlər yazmışdır.
Xatirəsi
redaktə1935-ci ildə Beynəlxalq Astronomiya İttifaqı Teylorun adına ayın görünən tərəfində krateri adlandırıb.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Sovet Ensiklopediyası, A. Balzak. I cild, Bakı, 1976, səh.187