Bruklin Film 2015 - Wikipedia
"Bruklin" (ing. Brooklyn) — 2015-ci ildə dram-melodram janrında çəkilmiş İrlandiya-Böyük Britaniya-Kanada müştərək filmi. Kolm Toybinin eyniadlı əsəri əsasında çəkilən filmin rejissoru Con Krouli, ssenari müəllifi isə Nik Hornbidir. Baş rolları Sirşa Ronan, Emori Koen, Donal Qlison, Cim Broadbent və Culi Uolters ifa edirlər. Filmdəki hadisələr 1951-1952-ci illərdə cərəyan edir və gənc irland qızın öz sevgisini tapdığı Bruklinə mühacirət tarixindən bəhs edir. Keçmişi hər an onu təqib edir, lakin qız hər şeyə baxmayaraq iki ölkə və iki həyat arasında seçim etməlidir.
Bruklin | |
---|---|
ing. Brooklyn | |
Janr |
dram melodram |
Rejissor | Con Krouli |
Prodüserlər |
Finola Dvayer Amanda Pozi Pyer İven |
Əsərin müəllifi | Kolm Toybin |
Ssenari müəllifi | Nik Hornbi |
Baş rollarda |
Sirşa Ronan Emori Koen Donal Qlison Cim Brodbent |
Operator | İv Belanje |
Bəstəkar | Maykl Bruk |
Rəssam | İren O'Brayen |
Montajçı | Jake Roberts |
İstehsalçılar |
BFI BBC Films HanWay Films Telefilm Canada Irish Film Board TSG Entertainment Wildgaze Films |
Distribütor | 20th Century Fox, InterCom[d][4], Netflix, Disney+ |
İlk baxış tarixi |
26 yanvar 2015, Sandens Film Festivalı 4 noyabr 2015, ABŞ |
Filmin növü | bədii film |
Müddət | 112 dəqiqə[1] |
Büdcə | 11 milyon $[2] |
Gəlir | 62 milyon $[3] |
Ölkələr |
İrlandiya Böyük Britaniya Kanada |
Dil | ingilis dili |
İl | 2015 |
Rəng | rəngli |
Çəkiliş yeri | Monreal, Nyu-York |
IMDb | ID2381111 |
Vikianbarda əlaqəli mediafayllar |
"Bruklin" filmi ilk dəfə tənqidçilər tərəfindən rəğbətlə qarşılandığı 2015-ci ilin Sandens Film Festivalında nümayiş etdirilmişdir.[5] Bu nümayiş 4 noyabr 2015-ci il tarixində Birləşmiş Ştatlarda və 6 noyabr 2015-ci il tarixində Böyük Britaniyada məhdud çərçivədə təşkil olunmuşdu.[6] Film "Ən yaxşı film", "Ən yaxşı aktrisa", "Ən yaxşı uyğunlaşdırılmış ssenari" nominasiyaları da daxil olmaqla, üç dəfə "Oskar" mükafatına namizəd göstərilib.
Məzmun
redaktə1952-ci ildə İrlandiyanın cənub-şərqində yerləşən Enniskorti şəhərindən olan Eylis Leysi adlı gənc qız anası və bacısı Rouzla birgə yaşayır. O, həftəsonu qəzəbli miss Kellinin mağazasında çalışdığı vəzifədən başqa özünə bir iş tapa bilmir. Qız Bruklindəki irland keşişi Flud Ataya məktub yazır. Keşiş onun özünə bir şərait yaratmaq üçün ABŞ-yə gəlməyinə kömək edir. Eylis yola düşür. Lakin o, dəniz xəstəliyindən əziyyət çəkir və yolda ərzaqdan zəhərlənir. Kayut qonşuları onun ayaqyoluna gedən qapısını bağlayırlar. Aşağı çarpayıdakı təcrübəli səyahətçi qadın ona kömək edir və ABŞ-da – Bruklindəki həyat barədə bir neçə məsləhət verir.
Eylis ucuz irland mehmanxanasında məskunlaşır. Hər axşam o, sahibə və digər gənc qadın sakinlərlə birlikdə şam yeməyi yeyir. Eylis univermaqda özünə iş tapır. Lakin bu iş üçün o, olduqca utancaq və sakitdir. Onun nəzarətçisi miss Fortini müştərilərlə qarşılıqlı ünsiyyət bağlamağın vacibliyini xəbər verir. Bacısından aldığı məktublar onu İrlandiyada yaşadığı günlərə qaytarır. Eylis üçün işlə yaşayış yeri təşkil edən keşiş Flud Ata onun yanına gəlir və onu mühasibatlıq işinə yönəldir. Rəqs meydançasında qız Toni adlı bir italyan oğlanla qarşılaşır. Toni onunla maraqlanmağa başlayır və cütlüyün dostluğu başlayır. Bu hadisədən sonra Eylis özünü Nyu-Yorkda bir qədər rahat hiss etməyə başlayır. Lakin o, öz sevgisini Toniyə bildirməyə tələsmir.
Flud Ata Rouzun naməlum xəstəlikdən vəfat etdiyini Eylisə xəbər verir. Anası ilə telefon əlaqəsi vasitəsilə danışan Eylis, çətin vəziyyətdə olduğunu başa düşüb onun yanına – evə qayıdır. Toni qıza getməmişdən qabaq onunla gizli nikaha girməyi təklif edir. Cütlük vətəndaş nikahına daxil olur və bu barədə ailə üzvlərinə, dostlarına bir söz demirlər. Keçmişinin İrlandiyasına gəlmiş Eylisə ətrafındakı hər şey yenidən Bruklinə qayıtmağa mane olur. Onun nəzərdə tutduğu qayıdış günündən bir həftə sonra ən yaxın rəfiqəsi ailə quracaq. Artıq Eylisin anası onun adından dəvəti qəbul edib. Qız orada mülkiyyət varisi olan Cim adlı münasib subay oğlanla tanış olur. Eylis isə fövqəladə bir haldan çıxış yolu olaraq, bir mühasib kimi bacısının işini davam etdirir. O, bu vaxta qədər Toninin məktublarını açıb oxumurdu və yalnız indi İrlandiyada gələcəyi olduğunu hiss etməyə başlayır.
Keçmiş iş yerindəki müdiri miss Kelli Eylisə onun ərə getdiyini öyrəndiyini deyir. O, baş götürüb qaçdığı keçmiş həyatını xatırlamağa başlayır. Eylis anasına nikahda olduğunu açıb deyir və növbəti gün Bruklinə yola düşür. Səfər zamanı artıq Eylis təcrübəli səyahətçi rolunu oynayaraq, yeni mühacir qıza öz məsləhətlərini verir. Film Eylis və Toninin bir-birinə qovuşması və xoşbəxt şəkildə qucaqlaşması ilə sona çatır.
Rollarda
redaktə- Sirşa Ronan — Eylis Leysi, 1950-ci illərdə Bruklinə mühacirət etmiş gənc irland qız.[7]
- Emori Koen — Entoni "Toni" Fiorello
- Donal Qlison — Cim Farrell
- Cim Brodbent — Flud Ata
- Culi Uolters — missis Keo
- Brid Brennan — miss Kelli
- Fiona Qlaskott — Rouz Leysi
- Cessika Pare — miss Fortini
- Eylin O'Hiqqins — Nensi
- Cenn Mürrey — Dolores Qreys
- Emili Bett Rikards — Petti MakQuayr
- İv Maklin — Diana Montini
- Nora-Ceyn Nun — Şeyla
- Maykl Zegen — Morisio Fiorello
- Paulino Nüns — cənab Fiorello
- Ceyms DiCakomo — Frenki Fiorello
- Kristian de la Kortina — Lorensio Fiorello
- Ellen Devid — missis Fiorello
- Eva Bertistl — Corcina
Çəkilişləri
redaktəFilmin çəkiliş dövrü 1 aprel 2014-cü ildə İrlandiyada başlandı və Enniskorti, Ueksford, Dublin şəhərləri də daxil olmaqla, 3 həftə ərzində müxtəlif məkanlarda çəkilişlər aparıldı.[8][9][10] İlk çəkiliş günündə Ronan Enniskortidə geyim dövrü ərəfəsində aşkara çıxarıldı.[11][12] İrlandiyadakı çəkilişlər başa çatdıqdan sonra, əlavə dörd həftə müddətində Monrealda, Kvebekdə filmin istehsalı davam etdirildi.[9] Bunun ardınca iki günlük Nyu-Yorkun Koni-Aylend ərazisində də çəkilişlər aparıldı.[13]
Təqdimatı
redaktəFilm ilk dəfə 26 yanvar 2015-ci ildə Sandens Film Festivalında nümayiş olunmuşdur. İlk nümayişdən sonra Weinstein Company, Focus Features və Fox Searchlight Pictures arasında böyük narazılıq başlandı. Fox Searchlight Pictures ABŞ-da və digər ərazilərdə 9 milyon $ dəyərində yayım hüququ baxımından üstünlük əldə etdi. Filmin Sandens xaricində yayılması böyük nüsxə təşkil etdi.[5] "Bruklin" filmi 2015-ci il Toronto Beynəlxalq Film Festivalının Xüsusi Təqdimatında nümayiş etdirilmək üçün seçildi.[14] Birləşmiş Ştatlarda isə film 4 noyabr 2015-ci ildə əvvəlcə məhdud buraxılışla, daha sonra isə 25 noyabr 2015-ci ildə geniş şəkildə yayımlanmağa başlandı.[15]
Filmin Azərbaycanda ilk nümayişi 25 aprel 2016-cı ildə Nizami Kino Mərkəzində həyata keçirilmişdir. Nümayiş British Council Azərbaycan və Böyük Britaniyanın Azərbaycan səfirliyinin təşkilatçılığı ilə birgə İkinci Britaniya Film Baharı Festivalının (ing. British Film Spring) açılışı zamanı reallaşıb.[16][17][18][19] Film rus dilində subtitrlər vasitəsilə orijinal dildə nümayiş etdirilmişdir.[20]
Filmin qəbulu
redaktəTənqidçi rəyi
redaktə"Bruklin" filmi hələ Sandens Film Festivalında göstərilərkən yaxşı qəbul olundu və film ayaq üstə sürəkli alqışlandı.[21] Rotten Tomatoes saytında film 222 icmal sayəsində 97 % müsbət rəy almışdır. Bu, reytinq cədvəli üzrə filmə münasibət 8.5/10 xal kimi dəyərləndirilmişdi. Sayt tənqidi münasibətini belə nümayiş etdirirdi: "Ekran əsərinin uğurunda Sirşa Ronan və Emori Koenin əməyi şübhəsizdir. Onların xüsusi dramatik səhnələri tamaşaçını sürətlə dərin hisslərə çəkib aparır və bu, ideyanı təmin edir".[22] Metacritic saytında 42 tənqidçinin rəyi əsasında film orta hesabla 87/100 xalı ilə qiymətləndirilmiş və "universal bəyənmə" kimi qeyd olunmuşdur.[23] "Bruklin" filminin "Oskar" təqdimatı zamanı tənqidçilərdən biri "Bu filmin öz layiqli yeri var" deyə öz fikrini bildirmişdi.[24]
Gəlir
redaktə13 aprel 2016-cı ildən etibarən film Şimali Amerikada 38.2 milyon $, digər ərazilərdə isə 21.7 milyon $ məbləğində gəlir əldə etmişdir. Dünya nümayişindən əldə olunan ümumi gəlir 60 milyon $ həcmindədir.[25][26] 2016-cı ilin əvvəlinə olan göstəricilərə görə, filmin təkcə Kanadadakı ümumi kassa gəliri 4 milyon Kanada dolları təşkil edirdi. Bu, 2015-ci il üçün Kanadanın daxili film bazarında əldə olunmuş ən yüksək göstərici idi.[27][28] "Bruklin" filmi İrlandiyada 1996-cı ildən etibarən çəkilmiş istənilən irland filmi ilə müqayisədə ən böyük əks-səda doğurdu, 87 kinoteatrdan ümumi olaraq 650,000 $ gəlir əldə etdi. Göstəricilər "Bruklin"in 1996-cı ilin noyabrında "Maykl Kollins" filminin gəlirindən sonra ən uğurlu dram filmi kimi dəyərləndirilməsinə əsas verir.[29]
Mükafatlar
redaktə"Bruklin" filmi kino sənayesi üzrə bir neçə nominasiyaya və 88-ci Oskar mükafatına namizəd göstərildiyi Ən yaxşı film, Ən yaxşı uyğunlaşdırılmış ssenari və Ən yaxşı qadın rolunun ifaçısı nominasiyaları da daxil olmaqla, tənqidçilərin mükafatına layiq görülüb. Sirşa Ronanın ifası xüsusilə alqışlanmış və aktrisanın adı "Oskar", BAFTA,[30] Tənqidçi seçimləri,[31] Qızıl Qlobus[32] kimi mükafatlarla yanaşı səslənib və ABŞ Kinoaktyorlar Gildiyasının ən yaxşı qadın roluna görə mükafatına namizəd göstərilib.[33] Aktrisa həmçinin Britaniya Müstəqil Kinosunda Ən yaxşı qadın roluna görə BIFA mükafatına da layiq görülüb.[34] Eyni zamanda, Culi Uolters Ən yaxşı aktrisa kimi BAFTA mükafatına namizəd olub.[30] Film həmçinin, Mill Valli Film Festivalında Dünya Kinosunda Tamaşaçı Rəğbəti Qızıl Mükafatına, Vankuver Beynəlxalq Film Festivalında Rogers People's Choice mükafatına və Virciniya Film Festivalında ən yaxşı təhkiyə nümunəsi kimi Tamaşaçı Rəğbəti mükafatına layiq görülmüşdür. Hemptons Beynəlxalq Film Festivalında isə aktyor Emori Koen ən yaxşı təsir bağışlayan aktyor kimi qiymətləndirilib.[35] Ekran əsəri "Ən yaxşı operator işi" və "Ən yaxşı musiqi" nominasiyalarında 2 Kanada Ekran Mükafatına, eləcə də 18-ci Kvebek Kino Mükafatları (əvvəllər Prix Jutra kimi tanınırdı) təqdimatı zamanı "Ən yaxşı operator işi" və "Ən yaxşı quruluşçu rəssam işi" nominasiyalarında daha 2 mükafata layiq görülüb.
"Bruklin" filmi həmçinin 120 müxtəlif kino tənqidçisinin qızıl onluq siyahılarına əsasən, 2015-ci ilin ən yaxşı filmi hesab edilir.[36] Rotten Tomatoes və Metacritic veb saytlarının 2015-ci il üçün səsvermələrinə görə, film, müvafiq olaraq, 4-cü və 5-ci yerlərdə qərarlaşır.[37][38][39]
Televiziya layihəsi
redaktəBBC telekanalı hadisələrinin aktrisa Culi Uoltersin canlandırdığı missis Keo obrazının ətrafında cərəyan edən yeni dram filminin üzərində işləyir. Sirşa Ronanın gözlənildiyi kimi qayıdışı baş tutmayacaq. Prodüser Finola Dvayer planların doğruluğunu təsdiqləyərək, orijinal romanın müəllifi Kolm Toybinə layihə barədə öz təkliflərini irəli sürüb.[40]
İstinadlar
redaktə- ↑ "BROOKLYN (12A)". British Board of Film Classification. 24 avqust 2015. 2016-01-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2015.
- ↑ "With indie films such as 'Brooklyn' and 'Room,' the creativity often begins with the financing". Los Angeles Times. 29 dekabr 2015. 2016-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 fevral 2016.
- ↑ "Brooklyn (2015)". Box Office Mojo. 2015-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2016.
- ↑ http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
- ↑ 1 2 Kit, Borys. "Sundance: Fox Searchlight Nabs 'Brooklyn'". Prometheus Global Media. 27 January 2015. 24 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2015.
- ↑ "US date set for Saoirse Ronan-starring Brooklyn". Rte.ie. 2015-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-01.
- ↑ Mekado Murphy. "Bluffer's Guide to the Oscars: Best Actress". The New York Times. February 8, 2016. April 21, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 9, 2016.
- ↑ Rosser, Michael. "Brooklyn begins shoot with Saoirse Ronan". screendaily.com. 1 April 2014. 22 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2014.
- ↑ 1 2 McNary, Dave. "Saoirse Ronan Heads to Ireland for John Crowley's 'Brooklyn'". variety.com. 1 April 2014. 25 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2014.
- ↑ Kemp, Stuart. "Saoirse Ronan to Star in 'Brooklyn'". hollywoodreporter.com. 1 April 2014. 21 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2014.
- ↑ Flint, Hanna. "Saoirse Ronan arrives in period costume onto the Irish set of her new movie based on Colm Toibin's acclaimed novel". dailymail.co.uk. 1 April 2014. 2 April 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2014.
- ↑ Blake Knox, Kirsty. "Saoirse Ronan keeps warm with water bottle on movie set". independent.ie. 1 April 2014. 7 April 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2014.
- ↑ Tangcay, Jazz. "Interview : Director John Crowley". AwardsDaily. 8 November 2015. 23 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 December 2015.
- ↑ "Toronto to open with 'Demolition'; world premieres for 'Trumbo', 'The Program'". ScreenDaily. 28 July 2015. 29 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2015.
- ↑ "Brooklyn". BoxOfficeMojo.com. 6 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 December 2015.
- ↑ Milli.Az. "Nizami Kino Mərkəzində 2 manata məşhur filmlər" (az.). Milli.az. 21.04.2016. 2017-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-06.
- ↑ British Council. "British Film Spring" (az.). Britishcouncil.az. 21.04.2016. 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-06.
- ↑ baku-art.az. "Nizami Kino Mərkəzində Britaniya Filmləri Festivalı başlanıb (Foto)" (az.). Baku-art.com. 27.04.2016. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-06.
- ↑ İstiqlal.az. "Bakıda II Britaniya Film Baharı Festivalı başlayıb" (az.). İstiqlal.az. 25.04.2016. İstifadə tarixi: 2016-06-06.[ölü keçid]
- ↑ Sputnik. "Bakıda Britaniya Filmləri Festivalı başlayıb" (az.). Sputnik.az. 27.04.2016. 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-06.
- ↑ Setoodeh, Ramin. "Sundance Ignites 2016 Oscar Race with 'Brooklyn,' 'Grandma' and More". Variety. 30 January 2015. 16 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2016.
- ↑ "Brooklyn (2015)". Rotten Tomatoes. 6 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2016.
- ↑ "Brooklyn reviews". Metacritic. 14 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 December 2015.
- ↑ Byrnes, Paul. "Brooklyn: An Irish twist on the agonies and ecstasy of a migrant's story". The Sydney Morning Herald. 13 February 2016. 26 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 February 2016.
- ↑ "Brooklyn (2015)". The Numbers. April 8, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 5, 2016.
- ↑ "Review: 'Brooklyn,' Starring Saoirse Ronan, Is A Masterpiece". Forbes.com. 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-01.
- ↑ Barry Hertz. "A Canadian box-office battle between Snowtime! and Brooklyn". The Globe and Mail. 4 February 2016. 26 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 February 2016.
- ↑ "Brooklyn Tops Canadian Box Office". Northernstars. 4 February 2016. 27 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 February 2016.
- ↑ Nancy Tartaglione. "Irish Box Office Smiles On 'Brooklyn'; Best Local Drama Debut In 19 Years – Update". Deadline.com. November 9, 2015. July 23, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 30, 2016. (#apostrophe_markup)
- ↑ 1 2 Nancy Tartaglione. "BAFTA Nominations: 'Bridge Of Spies', 'Carol' Lead – Full List — Deadline". Deadline. 2016-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-06.
- ↑ Gray, Tim. "Critics' Choice Award Nominations: Complete List". Variety. 14 December 2015. 16 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 December 2015.
- ↑ Lang, Brent. "'Carol,' Netflix Lead Golden Globes Nomination". Variety. 10 December 2015. 27 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2015.
- ↑ "Screen Actors Guild Awards: Dame Helen Mirren and Idris Elba lead British charge". BBC News. 9 December 2015. 21 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2015.
- ↑ Lee, Benjamin. "Ex Machina triumphs at British independent film awards". The Guardian. 7 December 2015. 17 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 December 2015.
- ↑ "Irish film Brooklyn continues awards run in US". RTÉ. 18 November 2015. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 December 2015.
- ↑ "Film Critic Top 10 Lists". Metacritic. 10 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 February 2016.
- ↑ "Best of 2015: Film Critic Top Ten Lists". Metacritic. December 10, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 15, 2015.
- ↑ "Top 100 Movies of 2015". Rotten Tomatoes. November 28, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 16, 2015.
- ↑ Greene, Steve. "Critics Pick the Best Films and Performances of 2015 in Indiewire's Annual Poll". Indiewire. 14 December 2015. 15 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 December 2015.
- ↑ Han, Angie. "'Brooklyn' Is Getting a TV Spinoff; Julie Walters to Return". Slash Film. 5 February 2016. 1 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 February 2016.
Xarici keçidlər
redaktə- Bruklin — Internet Movie Database saytında
- Bruklin Arxivləşdirilib 2015-11-27 at the Wayback Machine Sandens Film Festivalında