Bud Sumuyu Basinin Bagi - Wikipedia
Bud Sumuyu Basinin Bagi - Wikipedia - Haqqında Məlumat
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bud sümüyü başının bağı ya Budun girdə bağı (lat. ligamentum capitis femoris et ligamentum teres femoris) — bud-çanaq oyanağına aid bağlardan olub, geniş bir surətdə köndələn bağ nahiyəsində aypara səthin ucları arasından başlayıb, bud sümüyü başı çuxurcuğuna bağlanır. Bud sümüyü başının bağı lifli dəstələrdən təşkil olaraq sinovial zar ilə örtülmüşdür. Onun uzunluğu 2—2,5 sm-ə bərabərdir. Bəzən bu bağa heç təsadüf edilmir. Vəzifəsi bud sümüyü bağına qan damarlarını ötürməkdir.
Bud sümüyü başının bağı | ||
---|---|---|
Sol bud-çanaq oyanağı | ||
Bud-çanaq oyanağı (frontal) | ||
Latınca | ligamentum capitis femoris et ligamentum teres femoris | |
Başlanır | Bud sümüyünün başı | |
Bağlanır | Sirkə kasasına | |
Vəzifəsi | bud sümüyü bağına qan damarlarını ötürmək | |
Oynağı | Bud-çanaq | |
Qrey | subyekt 92 336 | |
Mənbə
redaktə- Prof. K.Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, I cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1971