Buduq Dili - Wikipedia
Buduq Dili - Wikipedia - Haqqında Məlumat
Buduq dili — buduqluların danışdığı dil. Şahdağ yarımqrupuna daxil olan ləzgi dillərindən biridir.
Buduq dili | |
---|---|
Orijinal adı | Budad mez |
Ölkə | Azərbaycan |
Danışanların ümumi sayı | 1000 |
Təsnifatı | |
Kateqoriya | Avrasiya dilləri |
|
|
Dil kodları | |
ISO 639-1 | — |
ISO 639-2 | — |
ISO 639-3 | bdk |
Dilin strukturlarının dünya atlası | bdk |
Atlas of the World’s Languages in Danger | 1045 |
Ethnologue | bdk |
ELCat | 1229 |
IETF | bdk |
Glottolog | budu1248 |
Qrammatik quruluşca buduq dili qrız dilinə çox yaxındır. Dialektləri yoxdur. Quba və Xaçmaz rayonlarının bir neçə kəndində (Buduq, Dalıqaya, Pirüstü, Yalavanc və s.) məişət dili kimi yayılmışdır. Bu dildə təqribən 15 min adam danışır (2007).
Buduq dilində 9 (bəzi mülahizələrə görə -10) sait və 34 (37) samit fonem vardır. Bu dildə fellər şəxsə görə yox, cinsə görə təsrif edilir. Buduq dili 4 qrammatik cins (kişi, qadın, şüursuz canlılar və və cansızlar), ismin 18 halı olan yazısız dildir[1].
İstinadlar
redaktə- ↑ "Azərbaycanın müasir etnik palitrası". 2011-10-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-22.
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə Dil haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |