Buker Mukafati - Wikipedia
Buker Mukafati - Wikipedia - Haqqında Məlumat
Buker mükafatı (tam adı Man Booker Prize for Fiction - Ədəbiyyat üzrə Men Buker mükafatı, 1968-2002-ci illərdə Buker-Makkonnel mükafatı) — ədəbiyyat sahəsində mükafat, hər il Britaniya Millətlər Cəmiyyəti və İrlandiya Respublikası vətəndaşına verilir.
Buker mükafatı ilk dəfə Buker-Makkonnel tərəfindən 1968-ci ildən təqdim olunmağa başlanılıb. Həmin vaxtdan 2002-ci ilə qədər onun mükafat fondu 21 min ingilis funt sterlinqinə bərabər olub. 2002-ci ildə Men Qrup şirkəti mükafatın rəsmi sponsoru olduqdan sonra mükafat fondu 50 min ingilis funt sterlinqinə qaldırıldı.
Laureatlar
redaktə- 1969 — Persi Hovard Nyubi, "Buna görə cavab vermək lazımdır"
- 1970 — Bernis Rubens, "Seçilmiş üzv"
- 1971 — Vidiadxar Suracprasad Naypol, "Asılmış vəziyyətdə"
- 1972 — Con Berqer, "G."
- 1973 — Ceyms Qordon Farrel, "Krişnapurun mühasirəsi"
- 1974 — Nadin Qordimer, "Mühafizəçi"; Stenli Middlton, "Bayram"
- 1975 — Rut Praver Cabvala, "İsti və toz"
- 1976 — Devid Stori, "Sevill"
- 1977 — Pol Mark Skott, "Sonadək qalmaq"
- 1978 — Ayris Mördok, "Dəniz, dəniz"
- 1979 — Penelopa Fitcerald, "Suda"
- 1980 — Vilyam Qoldinq, "Üzgüçülük ayinləri"
- 1981 — Salman Rüşdi, "Gecəyarı uşaqları"
- 1982 — Tomas Kenilli, "Şindlerin nicatı"
- 1983 — Con Maksvell Kutzee, "Mixael K.-nın həyatı və zamanı"
- 1984 — Anita Brukner, "«Göldə» mehmanxanası"
- 1985 — Keri Hyum, "Skelet adamlar"
- 1986 — Kinqsli Emis, "Köhnə cizgilər"
- 1987 — Penelopa Layvli, "Aylı pələng"
- 1988 — Piter Keri, "Oskar və Lüsinda"
- 1989 — Kadzuo İsiquro, "Günün qalığı"
- 1990 — Antoniya Süzen Bayett, "Sahib olmaq"
- 1991 — Ben Okri, "Ac yol"
- 1992 — Maykl Ondatje, "İngilis xəstə", Barri Ansuort, "Müqəddəs aclıq"
- 1993 — Roddi Doyl, "Peddi Klark ha-ha-ha"
- 1994 — Ceyms Kelman, "Bu necə də gecdir, necə də gecdir"
- 1995 — Pet Barker, "Kabuslar yolu"
- 1996 — Qrem Svift, "Sonuncu sərəncam"
- 1997 — Arundati Roy, "Xırdalıqların tanrısı"
- 1998 — İen Makyuen, "Amsterdam"
- 1999 — Con Maksvell Kutzee (2), "Rüsvayçılıq"
- 2000 — Marqaret Etvud, "Kor qatil"
- 2001 — Piter Keri (2), "Kellinin dəstəsinin əsl hekayəsi"
- 2002 — Yann Martel, "Pinin həyatı"
- 2003 — Di Bi Si Pyer, "Vernon Qod Littl"
- 2004 — Alan Hollinqhörst, "Gözəllik sərhədi"
- 2005 — Con Benvill, "Dəniz"
- 2006 — Kiran Desai, "Müflislərin mirası"
- 2007 — Enn Enrayt, "Yığılma haqqında hər şey"
- 2008 — Aravind Adiqa, "Ağ pələng"
- 2009 — Hilari Mentel, "Canavar zalı" [1]
- 2010 — Hovard Ceykobson, "Finklerin sualı"
- 2011 — Culian Barns, "Sonluğu hissetmə"
- 2012 — Hilari Mentel (2), "Cəsədin gətirin"
- 2013 — Eleonora Katton, "Məşəl"
- 2014 — Riçard Flenaqan, "Uzaq şimala ensiz yol"
- 2015 — Marlon Ceyms, "Yeddi qətlin qısa tarixçəsi"
- 2016 — Pol Bitti, "Satılma"
- 2017 — Corc Sonders, "Linkoln bardoda"
- 2018 — Anna Berns, "Südsatan"
- 2019 — Marqaret Etvud, "Vəsiyyətlər", Bernardin Evaristo "Qız, qadın və başqa şeylər"
- 2020 — Duqlas Stüart, "Şaqqi Beyn"
- 2021 — Deymon Qalqut, "Vəd"
- 2022 — Şehan Karunatilaka, "Maali Almeydanın yeddi ayı"
İstinadlar
redaktə- ↑ Британский «Букер» присужден Хилари Мэнтл Arxivləşdirilib 2009-11-05 at the Wayback Machine // Lenta.ru, 6 октября 2009
Həmçinin bax
redaktə Ədəbiyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |