Bulama - Wikipedia
Bulama — "bulanmaq" sözündən olub, təzə doğan sağmal heyvanların 2-3 gündən sonrakı bir neçə gün ərzində sağılan südüdür[1].
Bulama | |
---|---|
Aid olduğu milli mətbəxlər | |
Azərbaycan mətbəxi | |
Tərkibi | |
Əsas |
Bulama sözünə Azərbaycan Şifahi Xalq Ədəbiyyatında daha tez-tez rast gəlinir;
Nənəm a şişək qoyun,
Yunu bir döşək qoyun.
Bulamanı bol elə
Qırıldı uşaq qoyun![2]
Heyvanın bala verməsinin 2-3-cü günündən sonra təxminən 4-5 gün ərzində sağılan südündən alınır. Bulama ağuz südündən sonra olan süd məhsuludur. bulama ağuzdan duru, süddən bir qədər qatı olmaqla yanaşı açıq sarımtıl rəngdə olur. Bulamanı bişirərkən qab od üzərinə qoyulduğu andan bişənə qədər oxlovla bulanır (qarışdırılır). Belə edilməsə bulama çürüyər. Elə bu səbəbdən də bu süd məhsulu bulama adlanır və o kətəməz kimi bərkimir. Bulama bişirilərkən ona duz atılmır. Uşaqlar üçün hazırlandıqda azca (zövqə uyğun) şəkər tozu əlavə edilir.
Bulamanı süni yolla da hazırlamaq olar. Bunun üçün təzə doğan sağmal heyvanın ilk günündən sağılan südünə, yəni ağuza çoxdan sağılan heyvan südünü əlavə edib, qarışdıra-qarışdıra (bulamaqla) bişirirlər[3].
Qalereya
redaktə-
Bir kasa bulama, Təbrizdə
İstinadlar
redaktə- ↑ Azərbaycan dilinin izahlı lüğəti, Dörd cilddə. Şərq-Qərb Nəşriyyatı, Bakı 2006. I cild, səh.357.
- ↑ Xalqımızın söz xəzinəsindən (Tərtibçi: P. Ş. Əfəndiyev), Bakı, "Maarif" nəşriyyatı – 1985.səh.15.
- ↑ Arif Mustafayev, Azərbaycanın maddi mədəniyyət tarixi. «Bakı Universiteti» nəşriyyatı , Bakı-2009, səh.177