Bulon Mesesi - Wikipedia
Bulon meşəsi— (fr. le bois de Boulogne) Parisin qərbində 845 hektarlıq sahəni əhatə edir. XIY əsrdə burada Notr-Dam-de-Bulon-sür-Mer kilsəsi tikilmişdir. Bulon meşəsinin adı bu kilsənin adından götürülüb.
Bulon meşəsi | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi |
|
Yaranma tarixi | 1853 |
Yerləşməsi | |
48°51′53″ şm. e. 2°15′03″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşməsi | Parisin 16-cı dairəsi[d] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəAzəbaycanlı kinosevərlərə yaxşı tanış olan və hədsiz sevdikləri, maraqla dəfələrlə tamaşa etdikləri məşhur Aleksandr Dümanın (ata) əsəri əsasında ekranlaşdırılmış fransız filmi "Üç muşketyor" un qəhrəmanlarının qılınc oynatdıqları Bulon meşəsi Parisin qərbində 845 hektarlıq sahəni əhatə edir.Meşədə cır meyvə ağacları və süni kiçik göllər var. Əvvəl bura palıd ağaclarından ibarət böyük meşəlik olmuşdur. XIY əsrdə burada Notr-Dam-de-Bulon-sür-Mer kilsəsi tikilmişdir. Bulon meşəsinin adı bu kilsənin adında götürülüb.Qədim dövrlərdə meşəyə sığınmış quldur və soyğunçular əhalini daima qorxu altında saxlamışlar. Bu vəziyyətdən xilas olmaq üçün 1556-cı ildə kral II Hnerinin göstərişi əsasında meşə hasara alınmış və içəri daxil olmaq üçün səkkiz qapı qoyulmuşdur. XIV Lüdovikin dövründə meşə yenidən qurulmuşdur. 1815-ci ildə meşədə düşərgə salmış ingilis və rus əskərlərinin səhlənkarlığı ucbatından ona ciddi zərər dəymişdir. 1852-ci ildə III Napoleonun göstərişi ilə meşə yenidən əvvəlki görünüşünü almışdır. İngiltərədəki Hayd Parka heyran olmuş III Napaleon həmin dövrdə Parisin meri olmuş baron Osmana meşənin yenidən qurulması barədə əmr vermişdir.Hazırda 150 mindən çox ağacı olan meşədə süni göllər, şəlalələr yaradılmışdır.Meşədəki Baqatel parkını cənnətin bir güşəsi hesab etmək olar. Müxtəlif güllər, bəzək kolları və tobuz quşları parka xüsusi yaraşıq verir.
Bulon meşəsinin yolları
redaktə- 14 kmlik yürüş yolları.
- 14 km velosiped yolları.
- qaçış yolları üçün 2,5 km.
- 10 restoran, 8 büfet.
- Bütün ağacların 56% palıd, 11% akasiya, 10% isə şam.
Qalereya
redaktə-
Göldə qayıqlar
-
Şəlalə