Burisler - Wikipedia
Yaşadıqları ərazilər
redaktəBurişaskilər, burişlər, burişklər, buruşolar, buruşasklar, verşiklər, kuncutlar[1]) - Kəşmirin Pakistanın nəzarətində olan şimal ərazilərində (Gilgit rayonu) yaşayan xalq.[2][3], həmçinin 300 nəfərə yaxın burişaski Hindistanın şimal-qərbində yaşayırlar, onlar bu əraziyə XIX əsrin sonlarında gəlmişlər.
Avstraliyanın Makkyoru universitetinin linqivistləri tərəfindən aparılmış son tədqiqatlara əsasən Burişaskilər Hind-Avropa mənşəlidirlər, bu tədqiqatlar Burişaskilərin özlərini Makedoniyalı İskəndərin nəslindən olduqları barədə mülahizələrinin həqiqətə yaxın olduğunu dolayısı yolla da olsa, təsdiq edir. Burişaskilərin yaşadıqları ərzilərdəki çaylar və göllərin sularında yod çatışmazlığı problemi olduğundan burada zob xəstəliyinə tutulanların sayı qonşu bölgələrə nisbətən daha çoxdur.
Burişaskilər Xunza, Naqar, Yasin və Gilgit dağlıq vilayətlərində məskunlaşmışlar. Burişlərin bir qismi şəhərlərdə (Gilgit və s.) yaşayır. Sayları 90 min nəfərdir (2012)[4]. 1931-ci ildə burişaski dilində danışanların sayı 20 min nəfərə yaxın idi (verşik dilində danışanların sayı 7,5 min nəfər idi). Hazırda burişaski dilində 50 min nəfərə yaxın adam danışır. Təcrid olunmuş buruşaski dilində danışırlar, bu dil üç dialektdən ibarətdir:hunza, naqar və yasin dialektləri. Yasin dialekti hunza və naqar dialektlərindən əsaslı şəkildə fərqlənir. Burişaskilərin dili yazısı olmayan dildir və elm aləminə 1877-ci ildən məlumdur. Burişaskilərin dili indiyədək məlum olan heç bir dil ailəsinə məlum deyildir. Tədqiqatçılar tərəfindən burişaski dilinin müxtəlif dil ailələri ilə əlaqələndirilməsinə dəfələrlə cəhdlər göstərilsə də, linqivistlərin əksəriyyəti tərəfindən qəbul edilməmişdir. Burişaskilər arasında urdi dili də [5] yayılmışdır (əsasən, qadınlar arasında). Dindarları müsəlmandır, (ismaililər) ənənəvi dini inamlarını da qoruyub saxlayırlar.
Linqvistik məlumatlara görə, Burişaskilərin əcdadları Pamir daxil olmaqla daha geniş ərazilərdə yaşayırdılar.
Əsas məşğuliyyətləri
redaktəBurişlərin əsas məşğuliyyətləri kənd təsərrüfatı ilə bağlıdır, terraslı əkinçilik (mürəkkəb suvarma sistemi inkişaf etmişdir) və köçəri maldarlıq mühüm yer tutur. Meyvə (xüsusilə ərik) becərilməsi yayılmışdır, ovçuluq (əsasən dağ keçisi) qalmaqdadır.
Etnoqrafik xüsusiyyətləri
redaktəBurişaskilər igid döyüşçülər və quldurlar kimi də tanınmışlar, keçmiş zamanlarda onlar ticarət karvanlarını mühafizə edirdilər. Burişaskilərin etnoqrafik xüsusiyyətləri bir çox cəhətdən Pamir xalqlarının etnoqrafik xüsusiyyətlərinə yaxındır: böyük aliə üçün ocağı olan daş evlər, əmək alətləri, məişət əşyaları, geyimləri, yeməkləri (məsələn, çaya süd və duz qatılması), mərasimləri. İslamaqədərki inanclar, (Yer ilahəsinin, Heyvanların ağasının kultları və sair) şamanizm qalmaqdadır, gələcəkdən xəbər verən qadınlar da var. Folklorları zəngindir.
Xarici keşidlər
redaktə- Бенгтсон, Джон|Bengtson J.D. Another Member of Vasco-Caucasian?
- [1]Этимологическая база данных по бурушаски]
- Dick Grune, Burushaski — An Extraordinary Language in the Karakorum Mountains. (pdf) (Yasin dialektinin qısa təsviri [Berger 1974]. Gegenüber dem vorliegenden Artikel teilweise veraltet.)
İstinadlar
redaktə- ↑ R. Spencer Wells et al., The Eurasian Heartland: A continental perspective on Y-chromosome diversity Arxivləşdirilib 2016-12-21 at the Wayback Machine, Proceedings of the National Academy of Sciences of the United States of America, vol. 98 no. 18, August 28, 2001, 10244–10249
Hunza (a northern Pakistani population speaking a divergent language, Burushaski) - ↑ "Pakistan's 'Burushaski' Language Finds New Relatives". NPR. 20 June 2012. 2 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 September 2017.
It's spoken by about 90,000 people, the Burusho people, and nearly all of them live in Pakistan. A few hundred live in India.
- ↑ "Encyclopedia - Britannica Online Encyclopedia". Original.britannica.com. İstifadə tarixi: 2013-09-14.
- ↑ Язык бурушаски Ethnologue. Languages of the World, 2015 saytında.
- ↑ Bashir, Elena; Hussain, Sarmad; Anderson, Deborah. "N3117: Proposal to add characters needed for Khowar, Torwali, and Burushaski" (PDF). ISO/IEC JTC1/SC2/WG2. 2006-05-05. 2022-06-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-16.