Buridan Esseyi - Wikipedia
Buridan eşşəyi paradoksu — Jan Buridanın adıyla bağlı olan bir fəlsəfi problemdir. Aristotelin əsərlərində bu sualın ortaya qoyulmasına baxmayaraq, bu paradoks iki bərabər dərəcədə cəlbedici yemək arasında seçim etməkdə çətinlik çəkən bir eşşəyi təsvir edir: Bu halda, rasional seçim edə bilərmi?[1][2][3]
Paradoks adını fransız nominalist filosof Jan Buridandan almışdər. Hekayəsi belədir:
- Həm ac həm susuz olan bir eşşək, özündən eyni məsafədə aralıda qoyulmuş olan su və saman bağlaması arasında heç cür qərar verə bilmədiyi üçün, həm aclıqdan, həm də susuzluqdan ölür.
Tarix
redaktəHekayənin ən qədim versiyası Aristotelə aiddir və bu hekayənin qəhrəmanı itdir. Buridanın hekayəsi isə Spinozanın Cogitata Metaphysica əsərindən götürülmüşdür.[4] Ancaq burada “iki bağlama saman” formasındadır. Digər oxşar nümunəni Qəzali üç ağacdan ibarət iki bağ arasında qərar verə bilməyən dəvə formasında işlətmişdir.[5]
Fəlsəfə və siyasətdə müntəzəm olaraq eyni xüsusiyyətlərə malik olan alternativlərlə qarşılaşıldığı zaman hər hansısa birini seçə bilməmək vəziyyətini təsvir etmək üçün istifadə olunur.
İstinadlar
redaktə- ↑ "Looking into the Brain of Buridan's Ass". sciencedirect.
- ↑ Pessiglione, Mathias; Clairis, Nicolas. Neuron previews (ingilis). Elsevier Inc. 2019.
- ↑ "Buridan's ass". oxfordreference. 20-06-2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19-08-2024.
- ↑ Uludağ Üniversitesi[ölü keçid] Hakan Gündoğdu, Corliss Lamont’ta “Seçme Özgürlüğü ve Belirlenimcilik (24 Mayıs 2012'de erişildi)” Problemi
- ↑ Kane, Robert (2005). A Contemporary Introduction to Free Will. New York: Oxford. pp. 37.