Butan Yaponiya Munasibetleri - Wikipedia
Butan–Yaponiya münasibətləri — Yaponiya və Butan arasındakı ikitərəfli münasibətlər. İki ölkə arasında diplomatik münasibətlər 28 mart 1986-cı ildə[1] qurulmuşdur.
Butan–Yaponiya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Diplomatik nümayəndəliklər
redaktəYaponiya Butandakı maraqlarını Hindistanın Yeni Dehlidəki bir səfirliyi vasitəsilə təmsil edir. 2014-cü ilin aprelinə qədər Yaponiya Thimphuda səfirlik açmağı planlaşdırdı. Butanda Yaponiya səfirliyinin açılmasının mümkün səbəblərindən biri Çinin bölgədəki təsirini önləmək məqsədi güdürü. Lakin maliyyə çatışmazlığı bu planların həyata keçirilməsinə mane ola bilər[2][3]. 2017-ci ildə olan məlumata görə Yaponiya hələ Hindistandakı səfiri vasitəsilə Butandakı maraqlarını qoruyur[4].
Qarşılıqlı səfərlər
redaktə15-20 noyabr 2011-ci il tarixlərində Butan Kralı Ciqme Kxesar Namqyal Vangçuk və kraliça Cesun Pema Vanqçuk Yaponiyada dövlət səfərində olmuşdular[5]. Bu zaman kral ailəsi ilə imperator ailəsi arasında görüşlər təşkil olunmuşdur.
1987-ci ilin mart ayında Yapon imperator ailəsinin Butana ilk ziyarəti gerçəkləşir. Bu zaman vəliəhd şahzadə Naruhitonun şəxsi ölkə təmsil olunur. İkinci ziyarət 1997-ci ilin mart ayında şahzadə Akişino və şahzadə Kiko tərəfindən gerçəkləşdirilir. Üçüncü ziyarət 2017-ci ilin iyun ayında şahzadə Mako Akişino Butana gələn zaman reallaşır[6][7]. Bu ölkələri birləşdirən ortaq dəyərlərdən ən əsası hər ikisinin monarxiya olmasıdır.
Fövqəladə hallarda yardım
redaktəYaponiya Butana daşqınların nəticələrinin aradan qaldırılmasında köməklik etmişdir. Butan İqtisadiyyat Nazirliyinin Hidrometeoroloji Xidmətlər Departamentinin direktoru Karma Serinq, Yaponiyanın beynəlxalq əməkdaşlıq agentliyindən daşqınların itkisi və zərərini minimuma endirmək üçün daha ucuz və daha təsirli erkən xəbərdarlıq sistemini hazırlamaq üçün yardım aldığını söyləmişdir. Yaponiya hökuməti Himalay dağlarında da geoloji kəşfiyyat işləri aparır. Yaponiya agentliyi Butandakı işini 2016-cı ilə qədər bitirməyi planlaşdırırdı[8].
Turizm
redaktəButan yapon turistlər üçün məşhur bir tətil məkanına çevrilməkdədir. 2012-ci ilin əvvəlində Butan Turizm Şurası KİV-in icraçı nümayəndəsi Pxunso Qalyasen ölkəyə gələn yapon turistlərin sayının əhəmiyyətli dərəcədə artdığını və Yaponiya Butanın turizm sənayesi üçün ilk turist tədarükçüsü olmağa yaxın olduğunu qeyd etmişdir. Ayrıca Butana gələn yapon turistlərinin sayında kəskin bir artım kral JCiqme Kxesar Namqyal Vangçuk və kraliça Cesun Pema Vanqçuk Yaponiyaya rəsmi səfər etməsindən sonra meydana gəldiyini qeyd etdilir[9][10]. 2011-ci ildə 7,000 yapon Butanı ziyarət etmişdir. Nəticədə Yaponiyan Butanın ikinci böyük turizm ortağı olmuşdur[3].
İstinadlar
redaktə- ↑ "25th Anniversary of Establishment of Diplomatic Relations between Japan and the Kingdom of Bhutan". MOFA. 2013-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-11.
- ↑ "Japan eying for its embassy in Bhutan". Bhutan News Service. 2012-06-03. 2015-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-11.
- ↑ 1 2 "A fourth embassy in Thimphu". KuenselOnline. 2013-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-11.
- ↑ "Embassy of Japan in Bhutan". www.in.emb-japan.go.jp (ingilis). Embassy of Japan in India. 2020-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-13. (#invalid_param_val)
- ↑ "State Visit of their Majesties the King and Queen of Bhutan to Japan: Outline of Visit Programme and Appraisal". MOFA. 2011-11-21. 2014-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-11.
- ↑ Japan’s Princess Mako to visit Bhutan, South Asia News & Top Stories — The Straits Times Arxivləşdirilib 2020-11-11 at the Wayback Machine — May 10, 2017
- ↑ .Princess Mako begins a nine-day official visit to Bhutan | The Japan Times Arxivləşdirilib 2020-11-12 at the Wayback Machine — May 31, 2017
- ↑ "Bhutan official praises Japanese aid in handling glacial outburst floods". Japan Times. 2013-08-02. 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-11.
- ↑ "Bhutan royals' visit to Japan boosts interest in travel to their country " Japan Today: Japan News and Discussion". Japantoday.com. 2011-11-22. 2013-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-11.
- ↑ "'Bhutan Fever' in Japan | BBS". Bbs.bt. 2012-03-26. 2013-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-11.