Buxara Vilayeti - Wikipedia
Buxara vilayəti — Özbəkistanda vilayət. Sahəsi 40,3 min km2, əhalisi 1,7 milyon (2011). 13 rayonu, 10 şəhəri, 3 şəhər tipli qəsəbə var. Mərkəzi Buxara şəhəridir.
Vilayət | |
Buxara vilayəti | |
---|---|
özb. Buxoro viloyati | |
|
|
Ölkə | Özbəkistan |
İnzibati mərkəz | Buxara |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 15 yanvar 1938-ci il |
Sahəsi | 40,3 min km² (3-cü yer) |
Hündürlük | 206 m |
Saat qurşağı | UTC+5 |
Əhalisi | |
Əhalisi | 1,7 mln (2011) nəfər |
Rəsmi dili | özbək dili |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | UZ-BU |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Təbiət
redaktəSəthi şimal-qərbə doğru azmeyilli düzənlikdir. Ərazinin çox hissəsini Qızılqum səhrası tutur. Vilayətin şimalında Kulcuktau (785 m) dağları, cənub-şərqində Zərəfşan çayının geniş dərəsi uzanır. Mühüm çayı olan Zərəfşandan və Türkmənistan Respublikası ilə sərhəddəki Amudərya çayından suvarmada istifadə edilir. Şor göllər var. Suvarılan rayonlarda (torpaq fondunun təqribən 2%-i) çəmən, allüvial, bataqlıq-çəmən, səhra-otlaq rayonlarında açıq-boz, qumlu və s. torpaqlar geniş yayılmışdır.
İqlimi
redaktəİqlimi kəskin kontinentaldır. Orta temperatur yanvarda –2°C-dən (cənubda) –8°C-yədək (şimalda), iyulda 28–30°C-dir. İllik yağıntı 125–175 mm-dir.
Faydalı qazıntıları
redaktəFaydalı qazıntıları: neft, təbii qaz, qrafit, bentonit, mərmər, əhəng daşı, qum, gips və s.
Fauna
redaktəSəhrada gəvən, cuzğun, efemerlər, efemeroidlər, saksaul və s. bitir; ceyran, sayqak, canavar, tülkü, gəmiricilər, sürünənlər, müxtəlif quşlar və s. var.
Təsərrüfat
redaktəVilayətin ÜRM-ində sənayenin payı 18% təşkil edir. Toxuculuq, ipəksarıma və pambıqtəmizləmə əsas sənaye sahələridir; neftin, təbii qazın, qiymətli metalların hasilatı və emalı mühüm yer tutur. Buxara vilayəti Orta Asiyada iri yanacaq-energetika sənayesi rayonlarından biridir. Buxara neft emalı zavodu ildə 2,5 milyon ton neft və qaz kondensatı emal edir (2010). Zavodun istehsal etdiyi yüksəkkeyfiyyətli benzin, dizel yanacağı, mazut, aviakerosin və digər məhsullar xarici ölkələrə ixrac olunur. Toxuculuq sənayesi üçün başlıca xammal pambıqdır: 2010-cu ildə vilayətdə 106,7 min ton pambıq lifi istehsal edilmişdir. ÜRM-də kənd təsərrüfatının payı 29,6%-dir (2010). Bitkiçiliyin əsas sahələri pambıqçılıq (342 min t) və taxılçılıqdır (620 min t).
Vilayətdə orta hesabla ildə 150 min ton meyvə, 354 min ton tərəvəz, 79 min ton bostan bitkiləri və 99 min ton üzüm yetişdirilir. Avtomobil yollarının uzunluğu 3994 km-dir. 2010-cu ildə avtomobil nəqliyyat ilə yükdaşımaların həcmi 1242,9 milyon t/km olmuşdur. Dəmiryollarının uzunluğu 452,4 km-dir. 2010-cu ildə vilayətin xarici ticarət dövriyyəsi 659,7 milyon dollar təşkil etmişdir. İxracatın həcmi 336,9 milyon dollara, idxalatın həcmi 322,8 mln. dollara çatmışdır. Pambıq lifi (57,3%), enerji ehtiyatları (19,3%), qida məhsulları (3,5%) və xidmətlər (3,5%) əsas ixracat məhsullarıdır. İdxalatda əsas yeri maşın və avadanlıqlar (16,5%), enerji ehtiyatları (67,1%), mine - ral və kimyəvi materiallar (4,3%) tutur. [1]
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 49. ISBN 978-9952-441-10-9.