Buzeu - Wikipedia
Buzeu (Buzău) — Rumıniyanın cənub-şərqində şəhər.
Buzeu | |
---|---|
Buzău | |
45°09′06″ şm. e. 26°49′00″ ş. u.HGYO |
|
Ölkə | Ruminiya |
Tarixi və coğrafiyası | |
Sahəsi | 81.3 km2 km² |
Hündürlük | 95 ± 1 m |
Saat qurşağı | EET (UTC+2) |
Əhalisi | |
Əhalisi | 115,494 nəfər (2011) |
Əhalinin sıxlığı | 1,333/km2 nəfər/km² |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | (+40) x38 |
Poçt indeksi | 12xxxx |
Avtomobil nömrəsi | BZ |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi
redaktəƏhailisi 108,4 min (2011).
Coğrafiyası
redaktəBuzeu judetinin (qəzasının) inzibati mərkəzidir. Aşağı Dunay ovalığında, Şərqi Karpat dağlarının cənub ətəklərində, Buzeu çayı (Siret çayının qolu) sahilindədir. Nəqliyyat qovşağıdır.
Tarixi
redaktə1431-ci ildən məlumdur. 15–16-cı əsrlərdə Munteniyanın mühüm ticarət və sənətkarlıq mərkəzi kimi inkişaf edirdi. 1504-cü ildən yepiskopluğun mərkəzidir (16–17-ci əsrlərə aid yepiskoplar iqamətgahı kompleksi saxlanılmışdır).
Memarlığı
redaktəBanu monastırı (1571), 17–19 əsrlərə aid kilsələr, İctimai saray (1899–1903), bələdiyyə binası (1930), M. Eminesku adəna kollec (1919), Diyarşünaslıq muzeyi, C. Çiprian teatrı (1995) var.
Sənayesi
redaktəQara metallurgiya (metal profillər, məftil istehsalı; “Metalurcika-Buzeu” zavodu), maşınqayırma (kənd təsərrüfatı maşınları, sənaye və dəmiryol avadanlıqları), kimya (plastik kütlə, polietilen, polivinilxlorid və s.; kömür süzgəcləri – “Romkarbon” zavodu), yüngül, yeyinti (o cümlədən şəkər) sənayesi müəssisələri fəaliyyət göstərir; pivə istehsalı, şüşə zavodu var; tikinti materialları istehsal edilir. İES var. Buzeu rayonunda neft və liqnit hasil olunur.[1]
Qalereya
redaktə-
Buzeu Kountu Muzeyi
-
Buzeuda Vasili Voisuleskonun xatirə kitabxanası
-
Şəhər avtobusu
-
Əsas dəmiryol stansiyası
İstinadlar
redaktə- ↑ Buzeu// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 137-138.