Cume Axsami - Wikipedia
Cume Axsami - Wikipedia - Haqqında Məlumat
Cümə axşamı – dünyanın bir çox ölkələrində həftənin sayca dördüncü günü.
ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin dördüncü günüdür.
Cümə axşamı həftədə çərşənbə günü ilə cümə günü arasında yerləşir.
Rəsmi sənədlərdə cümə axşamı bəzən qısaldılmış şəkildə c.a.- da yazılır.
İslam dininə görə vəfat etmiş insanın yeddisindən sonra qırxına qədər hər cümə axşamı anım günü keçirilir.
Ərəb dilində "cümə axşamı" "toplanmaqdan əvvəlki gün" (cümə namazında müsəlmanların bir yerə toplanması) mənasını verir.
Qədim romalılarda cümə axşamı mifologiyaya görə Yupiterə, qədim slavyanlarda isə ildırım allahı Peruna həsr edilmişdi.
- Yaponca "cümə axşamı" "ağac günü" kimi səslənir (木曜日).
- Portuqalca "cümə axşamı" "beşinci gün" kimi səslənir (quinta-feira).
Maraqlı faktlar
redaktə- Böyük Britaniyada seçkilər bir qayda olaraq cümə axşamı keçirilir.
- SSRİ-də 1976-cı ildə Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin birgə qərarı ilə cümə axşamları içtimai iaşədə "balıq günü" elan edilmişdi.
- Yazıçı Qilbert Kit Çestertonun "Cümə axşamı olmuş adam" adlı romanı vardır.