Cumhuriyyeti Serqe Getirenler Film 2018 - Wikipedia
Cümhuriyyəti Şərqə gətirənlər | |
---|---|
Janr | sənədli film |
Rejissor | Vasif Məmmədzadə |
Ssenari müəllifi | Eldar İsgəndərzadə |
İstehsalçı | "Carçıfilm" |
İlk baxış tarixi | 28 may 2018 |
Filmin növü | tammetrajlı sənədli televiziya filmi |
Müddət |
I film: 43 dəq II film: 42 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2018 |
Rəng | rəngli |
Məzmunu
redaktəFilm müsəlman Şərqində ilk Cumhuriyyətin yaranmasına və mövcud olduğu 23 ayda olduqca böyük işlərə imza atmış Azərbaycan Xalq Cumhuriyyətinin tarixinə və bu intibahı Azərbaycanda reallaşdıran fədakar ziyalılara: Məhəmmədəmin Rəsulzadəyə, Fətəli xan Xoyskiyə, Nəsib bəy Yusifbəyliyə,Əlimərdan bəy Topçubaşevə və onlarla cəfakeş, məğrur Azərbaycan oğluna həsr olunub.
Film haqqında
redaktə1918 — ci ilin may ayıında ilk dəfə olaraq Qoca Şərqə Cumhuriyyət günəşi doğuldu... Bu günəşin Odlar Yurdu Azərbaycandan yayılan şəfəqləri bütün Şərqi nura bələyə -bələyə, insanlara hürriyət, xalqalara azadlıq kimi müqəddəs bir neməti gətirdi... Cəmi 18 ay mövcud olan, lakin böyük işlərə imza atan, müsəlman Şərqində ilk dəfə qadınlara səsvermə hüququ verən bu Şərq günəşinin qarşısını 71 il qara buludlar aldı... Lakin, xalqın əlindən azadlığı alınsa da, azadlıq eşqini kimsə ala bilmədi... Hürriyət günəşinin doğulduğu müqəddəs tarixdən beş il sonra dünyaya bir dahi göz açacaqdı... və o, tarixin keşməkeşlərindən keçən müstəqilliyimizin əbədiliyini təmin edəcəkdi...O, dahi lider məhz, Heydər Əlirza oğlu Əliyev idi... Onun misilsiz xidmətləri ikinci dəfə qazanılan azadlığımızı möhkəmləndirdi və əbədiyyət yoluna çıxartdı...
Film 2 hissədən ibarət olmaqla ADR-in fəaliyyətini tam əhatə etməklə onun həyata keçirdiyi, dünya üçün sesasiya, Şərq üçün inanılmaz olan işlərə, tariximizin bu şanlı səhifəsinə tam aydınlıq gətirir. Təbii ki, bu yolda adları keçən fədakar ziyalılarımızın- Məmməd Əmin Rəsulzadənin, F.x.Xoyskinin, N.b.Yusifbəylinin, M.Topçubaşovun, S.b.Mehmandarovun, Ə.Şıxlinskinin, Hacinskinin, Xasməmmədovun, C.Hacıbəylinin, Rəfibəylilərin və onlarla başqalarının fəaliyyəti ön plana çəkilib, onların fədakar işləri barədə danışılacaq. ADR-in fəaliyyətini əks etdirən bəzi tarixi faktların filmdə bədii-qurulmuş səhnələrin köməkliyi sayəsində tamaşaçıya təqdim edilir. Bir sözlə, bu ekran əsərində AXC- nin yaranmasından süqutuna qədər olan tarix xronoloji ardıcıllıqla təqdim edilir. ADR-in süqutundan sonrakı hadisələr də diqqət mərkəzində saxlanılıb. Milli hökumətin fəaliyyət göstərdiyi tarixi yerlər filmin süjet xəttinin əsasını təşkil edir. Ən başlıcası isə illər sonra əldə edilən müstəqillik və Azərbaycan xalqının böyük oğlu dahi Heydər Əliyev tərəfindən ADR-in ucaltdığı bayrağın yenidən qaldırılması, müasir Azərbaycan və Ulu öndərin xidmətləri sayəsində müstəqilliyimizin əbədiliyinin təmin edilməsi, eləcə də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Bayraq meydanında ən uclarda qərar tutan bayrağını ucaltması ilə filmi yekunlaşır.
Filmin heyəti
redaktəFilmin üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: Eldar İsgəndərzadə
- Rejissor: Vasif Məmmədzadə
- Operatorlar: Manaf Quliyev, Emin Rəhimov
- Montaj rejissoru: Elşad Rasimoğlu
- Səs rejissoru: Yaşar Əliyev
- Filmi səsləndirdi: Səməd Hətəmov
- Proqramın rəhbəri: Natiq Abdullayev
- Filmin prodüserləri: Kamil Muradov, Əlağa Əliyev
Filmdə çəkilənlər
redaktə- Firdovsiyyə Əhmədova — tarixçi alim
- Solmaz Rüstəmova-Tohidi — tarix elmləri doktoru
- Aydın Balayev — tarix elmləri doktoru
- Kərəm Məmmədov — tarixçi alim
- Sədi Mirseyibli — İstiqlal muzeyinin əməkdaşı
Bədii səhnələrdə
redaktə- Səməd Hətəmov
- Vasif Məmmədzadə
- Orxan Xəlilov