Cuveyni Eleddin - Wikipedia
Bu məqalə tarixçi haqqındadır. fəqih üçün Əbdülmalik ibn Abdullah Cüveyni səhifəsinə baxın. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Əlaəddin Ataməlik ibn Məhəmməd Cüveyni və ya Ələddin Cüveyni (Farsca: علاءالدين عطا ملك جويني; Əbülmüzəffər Əlaəddin Ataməlik bin Bahaəddin Məhəmməd əl-Cüveyni; 1226[1] – 5 mart 1283, Arran) — fars tarixçisi və dövlət xadimi.
Əlaəddin Ataməlik Cüveyni | |
---|---|
Əbülmüzəffər Əlaəddin Atamlik bin Bahaiddin Məhəmməd əl-Cüveynî علاءالدين عطا ملك جويني | |
Doğum tarixi | 1226[1] |
Vəfat tarixi | 5 mart 1283 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | tarixçi, Katib, şair, siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəCüveyni Ələddin 1226-cı ildə Xorasanın Cüveyn şəhərində məmur ailəsində anadan olmuş, təhsil almış, monqolların İranı işğal etməsindən sonra yenidən hakimlərin xidmətinə daxil olmuşdur.
Fəxrəddin Hinduşah ibn Səncər Naxçıvani Əlaəddin Ətaməlik Cüveyninin oğlu ilə yaxın dost olmuş və Cüveyniyə hörmət əlaməti olaraq "Sahibi"' nisbəsini qəbul etmişdir.
Məcdülmülk-i Yəzdi ilə düşmənçilik edirdi.
Bir məmur kimi görkəmli monqol xanlarının Bağdadda canişini olmuş, eyni zamanda bir tarixçi kimi fəaliyyət göstərib Çingiz xana və Xarəzmşahlara həsr olunmuş 3 cildlik "Dünyanı fəth edənin tarixi" əsərini yazmışdır. Əsərin üçüncü cildində Hülakü xanın İrana yürüşləri təsvir olunmuşdur.
Bu əsər Fəzlullah Rəşidəddinin tarixi epopeyası ilə birlikdə XIII əsr Monqolustan, Orta Asiya və İran tarixi üzrə ən qiymətli və etibarli mənbə sayılır.
Cüveyni orta əsrlərdə şəhərlərin quruluşu, hakimiyyət orqanları, idarə və vergi sistemləri haqqında çox dəyərli məlumatlar verir. Onun Çingiz xan, onun həyat və fəaliyyətinin ilk dövrləri haqqında söylədikləri Rəşidəddin və başqa tarixçilərin yazdıqlarını tamamlayaraq, sülalənin tarixinin bütün mənzərəsinin yaratmaqda əhəmiyyətli rol oynayır. Bu əsərində Cüveyni Ələddin özünü bir fars əyanı və məmuru kimi büruzə verirdi.
Lakin qətiyyətlə demək olar ki, tarixçinin dizləri monqol hakimlərinin qarşısında bükülsə də, gözləri ağı qaradan, haqlını haqsızdan seçmiş və bunu əsərində əks etdirməkdən çəkinməmişdir.
Əsərin elmi tənqidi mətni ilk dəfə Leydendə 1912–1937-ci illərdə nəşr olunmuşdur.
Əlaəddin Ataməlik Cüveyni 6 mart 1283-cü ildə Muğanda xəstələnərək vəfat etdi. Təbrizdə dəfn edildi.
Əsərləri
redaktə- Tarix-i Cəhanqüşa (تاريخ جهانگوشاهى جويني; Ta' rīkh-i jahān-gushā)
İstinadlar
redaktə- ↑ 1 2 Beynəlxalq standart ad identifikatoru. 2012.
Mənbə
redaktə- Əlisa Nicat. Dünya tarixçiləri. Bakı, 1998.
Xarici keçidlər
redaktə- Maymun Diz Kalesi Arxivləşdirilib 2007-09-30 at the Wayback Machine (ing.)
- Mirza Muhammad Qazvini (ing.)