Cuzeppe Arcimboldo - Wikipedia
Cüzeppe Arçimboldo (it. Giuseppe Arcimboldo) - İtalyan rəssam, memar, səhnə tərtibatçısı və mühəndis. Arçimboldo əsasən insan təsvirlərini meyvə, tərəvəz, heyvan və kitab kimi xüsusiyyətlərin üzərində təsvir etməklə tanınır. İkili məna daşıyan bu əsərlər, XX əsrdə başda Salvador Dali olmaqla bir çox rəssamın fəaliyyətinə təsir etmişdir. Vertumn obrazında imperator II Rudolfun portretinə görə rəssam fəxri pfaltsqraf tituluna layiq görülmüşdü. Bu portret imperatoru ilin fəsillərinin və dünya nemətlərinin allahı Vertumnun obrazında təsvir edir.
Cüzeppe Arçimboldo | |
---|---|
it. Giuseppe Arcimboldo | |
| |
Doğum tarixi | |
Doğum yeri | Milan, İtaliya |
Vəfat tarixi | |
Vəfat yeri | Milan, İtaliya |
Milliyyəti | İtalyan |
Vətəndaşlığı | İtaliya |
Fəaliyyəti | rəssam, memarlıq çertyojçusu[d], qobelen sənətkarı[d], dizayner |
Janrlar | natürmort[1], portret rəssamlığı[d][1], dini incəsənət[d][1], portret |
Stil | manyerizm[2] |
Tanınmış işi | II Rudolfun portreti |
Təsir edib | Salvador Dali |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəCüzeppe Arçimboldo 1527-ci ildə İtaliyanın Milan şəhərində anadan olmuşdur. Həmin dövrdə Milan, eyni adlı hersoqluğun mədəni və siyasi mərkəzi idi. Arçimboldonun ilk önəmlini işini atası ilə birlikdə Milan kafedralının restavrasiyası zamanı görmüşdür. Atasının ölümündən sonra rəssam bu işi tək başına görməyə davam edir. Gördüyü işlərlə qısa zamanda tanınmış rəssama Komo kafedralını qoblen üslubunda dizayn etmək işi tapşırılır. 1558-ci ildə Arçimboldo Milanı tərk edir.
Komo kafedralı üçün qoblen üslubunda bir çox dizaynlar vermişdir. 1562-ci ildə Avstriya imperatoru I Ferdinandın dəvəti ilə Vyana şəhərinə gələrək burada saray rəssamı kimi işləməyə başlamışdır. Rəssamın fəaliyyətinin bu dönəmi mövsümlər olaraq adlandırılan kolleksiyanı tamamlaması ilə əlamətdardır. 1564-cü ildə I Ferdinandın ölümündən sonra yerinə hakimiyyətə gələn II Maksimilyanın dönəmində də Cüzeppe Arçimboldo yenə saray rəssamı kimi işinə davam etsə də, daha çox imperator və ailəsinə aid portret şəkilləri çəkmişdir.
Arçimboldonun Vyana sarayındakı vəzifəsi təkcə rəssamlıqla məhdudlaşmırdı. O eyni zamanda memar, səhnə tərtibatçısı, mühəndis və mədəniyyət üzrə məsləhətçi kimi sarayın bir çox işlərində yaxından iştirak etmişdir. Rəssamın fəaliyyəti dövründə sarayın antik kolleksiyası xeyli genişlənərək zənginləşdirilmişdir.