Ciz Biz - Wikipedia
Ciz Biz - Wikipedia - Haqqında Məlumat
Cız-bız (qırğ. Чыз-быз) — Azərbaycan (o cümlədən, xüsusilə Güney Azərbaycanın Zəncan şəhərinə aid),[1] Qırğızıstan və Özbəkistan mətbəxlərinə[2] aid quru yemək. Bu yemək Zəncanda Çağır-Bağır və ya Cığır-Bığır da adlanır.[3] Bu yemək qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürəkdən bişirilir. Bağırsağdan da istifadə etmək olar.
Lazım olan ərzaqlar
redaktə- Qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürək
- Kartof
- Pomidor və ya Tomat pastası (istəyə görə)
- Bağırsaq (əgər varsa)
- Yağ ya da quyruq
- Duz, istiot.
- Yerkökü (istəyə görə)
Hazırlanma üsulu
redaktəOrta həcmdə içalat doğranılır və yağda (quyruq da əlavə etmək olar) qızardılır. Ayrıca soğan və kartof qızardılır. Sonra bunlar qarışdırılıb bir yerdə qızardılır.
Cız-bıza bütöv bişmiş pomidor da əlavə etmək olar, kartof isə uzunsov doğranılıb qızardılmış süfrəyə verilə bilər.
Cız-bız süfrəyə şoraba, göyərti və qırmızı soğanla verilir.
Mənbə
redaktə- Cız-bız. www.1001dad.com Arxivləşdirilib 2018-03-18 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ "Patuq". 2020-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-31. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Arxivlənmiş surət". 2024-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-26. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Aronfoods". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-31. (#redundant_parameters); (#redundant_parameters)