Cebrayil Doyusleri - Wikipedia
Cəbrayıl uğrunda döyüşlər — 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun azad edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il sentyabrın 27-də başladılan hərbi əməliyyatlar.
Cəbrayıl uğrunda döyüşlər | |||
---|---|---|---|
İkinci Qarabağ Müharibəsi | |||
Tarix |
• 27 sentyabr 2020—4 oktyabr 2020 (şəhər istiqamətində) • 27 sentyabr 2020—10 noyabr 2020 (kənd istiqamətində) |
||
Yeri | Cəbrayıl rayonu, Azərbaycan | ||
Səbəbi | Cəbrayıl rayonunun işğaldan azad edilməsi | ||
Nəticəsi |
• Azərbaycan qələbəsi • Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad edildi • Azərbaycan-İran sərhədinə dövlət nəzarəti bərpa edildi |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Arxa plan
redaktəCəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi.
Döyüşlər
redaktə27 sentyabr
redaktəSaat 07:30-da Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutması, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonun Mirzənağılı, Qazaxlar, Əhmədalılar və Horadiz şəhəri də daxil olmaqla yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında ölən və yaralananların olduğu bildirildi.[1] Bir saat sonra Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada isə Füzuli-Cəbrayıl istiqamətində Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələrinin susdurulduğu və onların döyüş fəaliyyətinin qarşısının alındığı bildirildi.
Həmin gün saat 14:00-da baş tutan brifinq zamanı isə Azərbaycanın Müdafiə Nazirliyinin rəsmisi Anar Eyvazov Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri də daxil olmaqla altı yaşayış məntəqəsinin işğaldan azad edildiyini bildirdi.
1-ci həftə (28.09–04.10)
redaktəSentyabrın 28-də saat 18:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini açdığı atəşə tutması nəticəsində 2006-cı il təvəllüdlü H. İ. Həziyev baş nahiyəsindən qəlpə yarası alaraq xəstəxanaya yerləşdirildi.
Sentyabrın 29-da saat 17:00–18:00 radələrində isə Azərbaycanın Müdafiə Nazirliyi cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Azərbaycan Ordusu tərəfindən Ermənistan Ordusunun daha 4 tankının məhv edildiyini bildirdi. Həmçinin Azərbaycan Ordusu tərəfindən keçirilən cəza tədbirləri nəticəsində işğal altında olan Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan Ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi Karen Babayan məhv edildi.
2-ci həftə (05.10–11.10)
redaktəOktyabrın 5-də Cəbrayıl rayonunun Şıxalıağalı, Sarıcallı və Məzrə kəndlərinin işğaldan azad olundu.[2]
3-cü həftə (12.10–18.10)
redaktəOktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun Doşulu kəndi işğaldan azad edildi.[3]
Oktyabrın 17-də saat 11:11 radələrində Cəbrayıl rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərinə hava zərbələri endirməyə cəhd edən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd Su-25 təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları bölmələrinin dəqiq atəşi ilə məhv edildi.
Oktyabrın 18-də saat 07:00 radələrində Ermənistan Silahlı Qüvvələri Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutdu. Saat 12:30 radələrində isə cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının bölmələri tərəfindən məhv edildi. Saat 16:45-də Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" hesabında paylaşım etdi — "Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!". Bir müddət sonra isə İlham Əliyev özünün rəsmi "Twitter" hesabında Xudafərin körpüsündə dalğalanan Azərbaycan bayrağının videosunu paylaşdı.
4-cü həftə (19.10–25.10)
redaktəOktyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" hesabında paylaşım etdi — "Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!".
Nəticə
redaktəCəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində 1 şəhər (Cəbrayıl) və 80 kənd (Nüzgar və Böyük Mərcanlı (27.09); Aşağı Maralyan, Çaxırlı, Mehdili, Quycaq və Şəybəy (03.10)[4]; Cəfərabad, Çərəkən, Daşkəsən, Dəjəl, Horovlu, Karxulu, Mahmudlu, Şükürbəyli və Yuxarı Maralyan (04.10)[5]; Məzrə, Sarıcallı və Şıxalıağalı (05.10)[2]; Əfəndilər, Qaracalı, Qışlaq və Süleymanlı (09.10)[6]; Doşulu (15.10)[3]; Xudafərin (18.10)[7]; Alıkeyxalı, Əmirvarlı, Göyərçin Veysəlli, Hacıismayıllı, Hacılı, Hasanlı, İsaqlı, Keçəl Məmmədli, Maşanlı, Niyazqulular, Qumlaq, Soltanlı və Şahvəlli[8]; Ağtəpə, Daş Veysəlli, Fuğanlı, Həsənqaydı, İmambağı, Safarşa və Yarəhmədli (20.10)[9]; Balyand, Papı, Tinli və Tulus (21.10)[10]; Dərzili, Məstalıbəyli, Sirik və Şıxlar (22.10)[11]; Dağ Tumas, Minbaşılı, Nüsüs, Veysəlli və Xələfli (23.10)[12]; Dağ Maşanlı, Çələbilər, Hovuslu, Kürdlər, Sofulu və Qovşudlu (26.10)[13]; Çullu, Qaraağac, Qazanzəmi, Quşçular və Xanağabulaq (28.10)[14]; Qurbantəpə, Şahvələdli, Xubyarlı və Xudaverdili (30.10)[15]; Çapand, Hacı İsaqlı və Qoşabulaq (02.11)[16]; Kavdar və Mirək (04.11)[17]; Yanarxac və Yuxarı Məzrə (07.11)[18]) işğaldan azad edildi. Bununlada Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi və Azərbaycan-İran sərhədinə dövlət nəzarəti bərpa edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı.
Döyüşlərdən sonra
redaktəAzərbaycanın müharibədə qalib gəlməsindən altı gün sonra, noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldi. İlham Əliyev, Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. 2020-ci il noyabrın 26-da "Cəbrayılın azad olunmasına görə" medalı təsis edildi. Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etmiş 12523 hərbi qulluqçu medalla təltif edildi.[19]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycanın Müdafiə Nazirliyi. "Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib". www.mod.gov.az ( (az.)). 27.09.2010. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.10.2020.
- ↑ 1 2 Xəbərlər şöbəsi. "Prezident İlham Əliyev daha bir neçə qələbə xəbərini elan etdi". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 05.10.2020. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2020.
- ↑ 1 2 Xəbərlər şöbəsi. "Daha 6 kənd işğaldan azad edildi". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 15.10.2020. 2020-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.10.2020.
- ↑ Anar Tağıyev. "Prezident: Bu gün Azərbaycan Ordusu bir sıra kəndləri işğaldan azad edib". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 03.10.2020. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.10.2020.
- ↑ Xəbərlər şöbəsi. "İlham Əliyev: "Biz haqq yolundayıq"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 04.10.2020. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.10.2020.
- ↑ Şəfiqə Nazimqızı. "İlham Əliyev: "Hadrut qəsəbəsi və bir neçə kənd işğaldan azad edilib"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 09.10.2020. İstifadə tarixi: 09.10.2020.
- ↑ Emin Məmmədov. "Ali Baş Komandan: "Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı qaldırılıb"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 18.10.2020. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.10.2020.
- ↑ Anar Tağıyev. "Azərbaycan Prezidenti: "Cəbrayılın 13 kəndi azad edilib"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 19.10.2020. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19.10.2020.
- ↑ "Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib". www.azertag.az (Azərbaycan Dövlət İnformasiya Agentliyi) (az.). 20.10.2020. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.10.2020.
- ↑ Emin Məmmədov. "Ali Baş Komandan: "Cəbrayılın daha 5 kəndi işğaldan azad edildi"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 21.10.2020. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.10.2020.
- ↑ Təbriz Quliyev. "Füzulinin 3, Cəbrayılın 4 kəndi işğaldan azad edilib". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 22.10.2020. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.10.2020.
- ↑ Xəbərlər şöbəsi. "Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndi işğaldan azad olunub". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 23.10.2020. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.10.2020.
- ↑ Xəbərlər şöbəsi. "Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndlərinin adlarını açıqladı". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 26.10.2020. 2020-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.10.2020.
- ↑ Xəbərlər şöbəsi. "Zəngilanın 4, Füzulinin 1, Cəbrayılın, Qubadlının 3 kəndi işğaldan azad edildi". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 28.10.2020. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.10.2020.
- ↑ Xəbərlər şöbəsi. "Daha 9 kənd işğaldan azad edildi". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 30.10.2020. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.10.2020.
- ↑ Xəbərlər şöbəsi. "Daha 8 kənd işğaldan azad edildi". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 02.11.2020. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.11.2020.
- ↑ Xəbərlər şöbəsi. "Daha 7 kənd işğaldan azad edildi". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 04.11.2020. 2020-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.11.2020.
- ↑ Xəbərlər şöbəsi. "Füzulinin 6, Cəbrayılın 2, Qubadlının 3, Zəngilanın 1 kəndi işğaldan azad olunub". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 07.11.2020. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07.11.2020.
- ↑ "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 24 dekabr 2020. 2021-01-19 tarixində arxivləşdirilib. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)