Cefer Cabbarlinin Ev Muzeyi - Wikipedia
Cəfər Cabbarlının ev-muzeyi — Cəfər Cabbarlının vaxtilə yaşayıb-yaratdığı ev indi muzey kimi fəaliyyət göstərir. Muzey ədibin 80 illik yubileyi münasibətilə 1982-ci il martın 20-də açılıb.[1]Yazıçının həyat və yaradıcılığını əks etdirən sənədlər və fotoşəkillər, nadir əlyazmaları, yazıçının sağlığında istifadə etdiyi özünə və ailəsinə aid şəxsi əşyalar, ayrı-ayrı dram əsərlərinə hazırlanmış səhnə maketləri, tamaşalardan afişa və proqramlar, maraqlı rəsm əsərləri, şəxsiyyətlərin dramaturqa bağışladıqları hədiyyələr, Cəfər Cabbarlı irsini tədqiq edən maraqlı elmi əsərlər, mətbuat nümunələri muzeydə qorunub saxlanılır.[2] Muzeyin divarındakı mozaika üzərində rəssam Rəhman Hadıyev çalışıb.[3]
Cəfər Cabbarlının ev-muzeyi | |
---|---|
Əsası qoyulub | 1979 |
Açılış tarixi | 20 mart 1982 |
Mövzu | Azərbaycan ədəbiyyatı |
Ölkə | |
Yerləşir | Azərbaycan, Bakı |
Ünvan | İ.Qutqaşınlı küç., 44 |
Kolleksiyası | 10.000 |
Direktor | Qəmər Seyfəddinqızı |
Telefon | (+99 412) 438-43-50 |
40°22′04″ şm. e. 49°49′19″ ş. u.HGYO | |
cabbarli.ev-muzeyi.az |
Muzeyin eksponatları
redaktəMədəniyyət ocağında 10.000-dən çox eksponat qorunub saxlanılır. Eksponatların sərgiləndiyi otaqlarda ədibin həyat və yaradıcılığını əks etdirən sənədlər və fotoşəkillər, sağlığında istifadə etdiyi özünə və ailəsinə məxsus şəxsi əşyaları, ayrı-ayrı dram əsərlərinə hazırlanmış səhnə maketləri nümayiş etdirilir. Həmçinin dramaturqa şəxsiyyətlərin bağışladığı hədiyyələr, C. Cabbarlı irsini tədqiq edən maraqlı elmi əsərlər ekspozisiyanı zənginləşdirir. Muzey tərəfindən ədibin sözlərinə bəstələnmiş mahnılardan ibarət "Azad bir quşdum" diski buraxılıb. Eyni zamanda C. Cabbarlının 100 illik yubileyi ilə əlaqədar "Cəfər Cabbarlı mükafatı" təsis olunmuş və bir çox sənətçilərə təqdim edilmişdir. Hal-hazırda muzeyə Qəmər Seyfəddinqızı rəhbərlik edir.[4],[5],[6]
Həmçinin bax
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Beynəlxalq muzeylər günü". icomaz.az. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.002.2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Cəfər Cabbarlının Ev-Muzeyi". kataloq.gomap.az. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.02.2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Soltanlı, S. "Hər il bir sərgi keçirirəm". Mədəniyyət. 05.06.2015. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.10.2024.
- ↑ "Cəfər Cabbarlının tərcümələri ilk dəfə toplu halda işıq üzü gördü". 2016-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-24. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Azərbaycan muzeyləri". museum.az. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.02.2021. (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Cəfər Cabbarlının Ev Muzeyi". cafarcabbarli.weebly.com. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.02.2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
Xarici keçidlər
redaktə- "Cəfər Cabbarlının ev muzeyi haqda". modern.az. İstifadə tarixi: 09.02.2021.
- ""Cəfər Cabbarlının ev muzeyi sökülüb yenidən inşa edilməlidir"". ona.az. İstifadə tarixi: 09.02.2021.
- "Cəfər Cabbarlının ev muzeyi". news.day.az. İstifadə tarixi: 09.02.2021.
- "Müsahibimiz Cəfər Cabbarlının ev muzeyinin direktoru Qəmər Seyfəddinqızıdır:". anl.az. İstifadə tarixi: 09.02.2021.