Ceferabad Seki - Wikipedia
Cəfərabad — Azərbaycan Respublikasının Şəki rayonunun Cəfərabad kənd inzibati ərazi dairəsində kənd.[2]
Kənd | |
Cəfərabad | |
---|---|
41°01′24″ şm. e. 47°09′43″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Şəki rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1.937 nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ5516[1] |
Tarixi
redaktəŞəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Kəndin əsasını car I Aleksandr tərəfindən Şəki xanı təyin edilmış xoylu Cəfərqulu xan qoymuşdur. XIX əsrin sonunda kənd icmasına Cəfərabad-Xoy və Cəfərabad-Şəki adlı iki yaşayış məntəqəsi daxil idi. Hazırda bu kəndlərdən biri Cəfərabaddır. Bu kəndlərin bünövrəsini əslən dumbuli tayfasından olan Cəfərqulu xanla birlikdə buraya gələn ailələr (əsasən Şəkkaki tayfasına mənsub idilər) qoymuşdular. Oykonim Cəfər (Cəfərqulu xana iŞarədir) və abad (kənd) komponentlərindən düzəlib[3]. Antropotoponimdir.
Əhalisi
redaktəKəndin əhalisi 2005 nəfər təşkil edir ki, onun da 1015 nəfəri kişi, 990 nəfəri isə qadındır.
Görkəmli şəxsiyyətləri
redaktə- Əmrahov Mais İsrail oğlu — tarix e.d, professor, Azərbaycan Dövlət Pedaqoji Universiteti
- Fətəli Xan Xoyski — Azərbaycanın birinci baş naziri.
İstinadlar
redaktə- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
Şəki rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |