Celairi Hokmdarlarinin Siyahisi - Wikipedia
Cəlairilər sultanlığını idarə edən hökmdarların siyahısı. Sultanlığın əsası 1340-cı ildə Şeyx Böyük Həsən[q 1][1] tərəfindən qoyulmuş və ikinci hökmdarı sultan Üveysin hakimiyyət illərində ən qüdrətli dövrünü yaşamışdır. Sultan Üveys dövründə Cəlairilər Azərbaycanı,[4] Şərqi Anadolunun[7] və Əcəm İraqının bir hissəsini ələ keçirdilər. Həmçinin bu dövrdə Şirvanşahlar[8] və Mərkəzi İranda hakimiyyətdə olan Müzəffərilər[q 2][9] Cəlairilərin vassalına çevrildilər. Sultanların iqamətgahı müxtəlif dövrlərdə Bağdad,[1] Təbriz,[4] Şuştər[5] və Hillə[6] olmuşdur.
Cəlairilər sultanlığı hökmdarları | |
---|---|
Keçmiş monarxiya | |
Böyük Həsən dövründə Cəlairilər sultanlığı | |
İlk hökmdar | Böyük Həsən[1] |
Son hökmdar | II Hüseyn[2] |
Titul | sultan, bahadır xan[3] |
Rəsmi məkan | Bağdad,[1] Təbriz,[4] Şuştər,[5] Hillə[6] |
İdarəetmə forması | Mütləq monarxiya |
Yaranması | 1340[1] |
Süqutu | 1432[2] |
1340-cı ildən 1432-ci ilədək Cəlairilər sultanlığı 10 sultan tərəfindən idarə olunmuşdur. 3-cü hökmdar sultan Əhmədin ölümündən sonra dövlət süqut dövrünə qədəm qoydu və uzun müddət keçmədən Bağdad (1412)[10] və Ərəb İraqının böyük hissəsi Qaraqoyunlular tərəfindən ələ keçirildi. Bundan sonra Cəlairi sultanları Şuştər və Hillə civarında 20 il hakimiyyətdə oldular. 1432-ci ildə son Cəlairi hökmdarı II Hüseynin Hillədə Qaraqoyunlu əmir İsfahan tərəfindən öldürülməsi ilə Cəlairilər sultanlığı süquta uğradı.[2]
Cəlairilərdə hökmdar
redaktəCəlairilərdə hökmdar monqollarda olduğu kimi taxta xüsusi təntənə ilə keçirdi. Önəmli əmirlərdən ikisi sultanın qolundan tutaraq onu taxta oturdurdu. Həmçinin vəliəhd şəhzadə qurultaylara xüsusi tədbirlə qatılırdı. Bütün mütləq monarxiyalardakı kimi hökmdar və ailəsi cəmiyyətin bütün siniflərinin üzərində və dövlətin sahibi sayılırdılar.[3]
Sultanlığın qurucusu Şeyx Həsəni çıxmaq şərti ilə bütün Cəlairi hökmdarları "sultan" və "bahadır xan" titullarından istifadə edirdilər. Hökmdarların xüsusi bayrağı, davulu, tuğrası, sancağı, çətiri, yarlığı, tamğası olurdu və adına sikkə zərb olunurdu. Həmçinin hər cümə günü məscidlərdə hökmdarın adına xütbə oxunurdu. Hökmdarın verdiyi əmirlər "yarlıq", və ya "fərman" adlandırılırdı. Sənədlərə sultanın nişanəsi kimi "tamğa" vurulurdu.[3]
Hökmdarların siyahısı
redaktəHakimiyyətin banisi Hökmdar Ölkənin bir qismində hakimiyyət Son hökmdar | |||||||
---|---|---|---|---|---|---|---|
Titul | Adı | Hakimiyyət illəri | Qeydlər | Sikkə | |||
Noyon | Böyük Həsən Tacüd-dünya vəd-din Şeyx Həsən noyon ibn Hüseyn ərəb. تاج الدنيا والدين شيخ حسن نيون بن حسين |
1340[11] — iyul, 1356[11] |
|
||||
Sultan, bahadır xan |
Üveys Cəlayır Müizəddin sultan Üveys ibn Həsən ərəb. معز الدين السلطان أويس بن حسن |
1356[11] — 10 oktyabr, 1374[11] |
|
||||
Sultan, bahadır xan |
I Hüseyn Cəlayır Cəlaləddin sultan Hüseyn ibn Üveys ərəb. جلال الدين السلطان حسين بن أويس |
1374[11] — 1382[11] |
|
||||
Sultan, bahadır xan |
Bəyazid Cəlayır Bəyazid ibn Üveys ərəb. بايزيد بن أويس |
1382–1384 |
|
||||
Sultan, bahadır xan |
Əhməd Cəlayır Qiyasəddin sultan Əhməd ibn Üveys ərəb. قياس الدين سلطان أحمد بن أويس |
1382[11] — 1410[11] |
|
||||
Sultan, bahadır xan |
Şah Vələd Əlaüd-dünya Şah Vələd ibn Şeyx Əli ərəb. علاء الدنيا شاه ولد بن شيخ علي |
1410[11] — 1411[11] |
|
||||
Sultan, bahadır xan |
Şah Mahmud Cəlayır Şah Mahmud ibn Şah Vələd ərəb. محمود بن شاه ولاد |
1411[11] — 1416[5] |
|
||||
Sultan, bahadır xan |
II Üveys Cəlayır Üveys ibn Şah Vələd ərəb. أويس بن شاه ولاد |
1416[6] — 1421[11] |
|
||||
Sultan, bahadır xan |
Şah Məhəmməd Cəlayır Şah Məhəmməd ibn Şah Vələd ərəb. شاه محمد بن شاه ولاد |
1422[11] — 1424[6] |
|
||||
Sultan, bahadır xan |
II Hüseyn Cəlayır Hüseyn ibn Əlaüddövlə ərəb. حسين بن علاء الدولة |
1424[2] — 1432[11] |
|
Qeydlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Abdulkadir Yuvalı, 1997. səh. 311-312
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Bülent Yılmaz, 2002. səh. 247
- ↑ 1 2 3 Bülent Yılmaz, 2002. səh. 274-278
- ↑ 1 2 3 4 Bülent Yılmaz, 2002. səh. 129
- ↑ 1 2 3 4 5 6 7 Bülent Yılmaz, 2002. səh. 243
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Bülent Yılmaz, 2002. səh. 245-246
- ↑ 1 2 3 Fatih Korkmaz, 2017. səh. 15
- ↑ 1 2 Patrick Wing, 2016. səh. 112
- ↑ 1 2 3 Bülent Yılmaz, 2002. səh. 131-135
- ↑ 1 2 3 4 5 Bülent Yılmaz, 2002. səh. 240-242
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Muzaffer Ürekli, 1993. səh. 264-265
- ↑ Bruno De Nicola, 2017. səh. 90-129
- ↑ Nilgün Dalkesen, 2007. səh. 67
- ↑ 1 2 Fatih Korkmaz, 2017. səh. 12
- ↑ Patrick Wing, 2016. səh. 70
- ↑ Bülent Yılmaz, 2002. səh. 87
- ↑ Bülent Yılmaz, 2002. səh. 93
- ↑ Bülent Yılmaz, 2002. səh. 97
- ↑ Fatih Korkmaz, 2017. səh. 13
- ↑ Bülent Yılmaz, 2002. səh. 110
- ↑ Bülent Yılmaz, 2002. səh. 116
- ↑ 1 2 Charles Melville, 1994. səh. 255
- ↑ Bülent Yılmaz, 2002. səh. 117
- ↑ Peter Jackson, 1986. səh. 6
- ↑ Fatih Korkmaz, 2017. səh. 14
- ↑ Bülent Yılmaz, 2002. səh. 130
- ↑ Patrick Wing, 2016. səh. 108
- ↑ 1 2 Bülent Yılmaz, 2002. səh. 140-142
- ↑ Peter Jackson, 1986. səh. 7
- ↑ Patrick Wing, 2016. səh. 121
- ↑ 1 2 3 4 5 6 Türküstan, 2023, say: 7
- ↑ 1 2 3 Bülent Yılmaz, 2002. səh. 159-161
- ↑ Bülent Yılmaz, 2002. səh. 159-160
- ↑ 1 2 Bülent Yılmaz, 2002. səh. 161-162
- ↑ 1 2 Bülent Yılmaz, 2002. səh. 169-171
- ↑ 1 2 Fatih Korkmaz, 2017. səh. 16
- ↑ 1 2 3 4 5 Azərbaycan Tarixi, III cild, 2007. səh. 30
- ↑ 1 2 3 4 5 Azərbaycan Tarixi, III cild, 2007. səh. 31
- ↑ Faruk Sümer, 1989. səh. 53-54
- ↑ Nimet Yıldırım, 1991. səh. 11-12
- ↑ Nimet Yıldırım, 1991. səh. 12
- ↑ İlyas Kemaloğlu, 2012. səh. 231-232
- ↑ Nizaməddin Şami, 1992. səh. 6
- ↑ Azərbaycan Tarixi, III cild, 2007. səh. 39
- ↑ 1 2 3 Nimet Yıldırım, 1991. səh. 14
- ↑ 1 2 Veyis Değirmençay, 2021. səh. 19
- ↑ Veyis Değirmençay, 2021. səh. 19-20
- ↑ Həsən bəy Rumlu, 2017. səh. 54
- ↑ Həsən bəy Rumlu, 2017. səh. 53
- ↑ Nimet Yıldırım, 1991. səh. 17
- ↑ Həsən bəy Rumlu, 2017. səh. 56
- ↑ Azərbaycan Tarixi, III cild, 2007. səh. 71
- ↑ Nəcəfli Tofiq, 2012. səh. 62
- ↑ Həsən bəy Rumlu, 2017. səh. 63
- ↑ Nəcəfli Tofiq, 2012. səh. 41
- ↑ Nəcəfli Tofiq, 2012. səh. 64
- ↑ Fatih Korkmaz, 2017. səh. 81
- ↑ Həsən bəy Rumlu, 2017. səh. 68
- ↑ Nimet Yıldırım, 1991. səh. 17-18
Ədəbiyyat
redaktə- Muzaffer Ürekli, CELÂYİRLİLER (türk), VII cild, TDV İslâm Ansiklopedisi, 1993
- Bülent Yılmaz. Celayirliler Kabile-Devlet (PDF). Ərzurum: Atatürk Üniversitesi Sosyal Bilimler Tarih Anabilim Dalı Enstitüsü. 2002.
- Fatih Korkmaz. Sultan Ahmed Celayir dönemi ve Celayirli – Timurlu ilişkileri. Ərzurum: T.C. Atatürk Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü Türk Tarihi Ana Bilim Dalı. 2017. 07.10.2024 tarixində arxivləşdirilib.
- Həsən bəy Rumlu (fars dilindən tərcümə və şərhlər : Oqtay Əfəndiyev, Namiq Musalı). Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı) (PDF). Kastamonu: Uzanlar. 2017. ISBN 5-8066-0436-5.
- Bruno De Nicola, "Political Involvement and Women's Rule in the Ilkhanate", Women in Mongol Iran, The Khatuns, 1206-1335, Edinburgh University Press, 2017, 90–129, ISBN 978-1-4744-1547-7, JSTOR 10.3366/j.ctt1g09twn.10, İstifadə tarixi: 2021-01-10
- Nilgün Dalkesen. Genger Roles and Women's Status in Central Asia and Anatolia Between the Thirteenth and Sixteenth Centuries (PDF). 2007.
- Patrick Wing. The Jalayirids: Dynastic State Formation in the Mongol Middle East. Edinburgh University Press. 2016. ISBN 9781474402255. JSTOR 10.3366/j.ctt1bgzbrm.
- Abdulkadir Yuvalı, HASAN-ı BÜZÜRG (türk), VII cild, TDV İslâm Ansiklopedisi, 1997
- Charles Melville, Delšād Ḵātūn (ingilis), VII, Encyclopædia Iranica, 1994, İstifadə tarixi: 26 noy 2024
- Peter Jackson. Jalayirids, Muzaffarids and Sarbadars // Lockhart, Laurence; Jackson, Peter (redaktorlar ). The Cambridge History of Iran, Volume 6: The Timurid and Safavid Periods. Kembric: Cambridge University Press. 1986. 1–42. ISBN 0-521-20094-6.
- Elşən Mirişli. "Azərbaycanı idarə edən Elxanlar və idarəçilik böhranı" (PDF). Türküstan. Say: 7. 31.01.2023. 2024-10-02 tarixində arxivləşdirilib (PDF).
- Azərbaycan Milli Elmlər Akademiyası, A. Bakıxanov adına Tarix İnstitutu (məsul redaktor: Oqtay Əfəndiyev). Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər) (PDF). Bakı: Elm. 2007. ISBN 978-9952-448-39-9. 07.10.2024 tarixində arxivləşdirilib (PDF).
- Nimet Yıldırım. Sultan Ahmed Celayir ve «Kitabu'l-Mukaddime» adlı divan (PDF). İstanbul: T.C. Yükseköğretim Kurulu Dökümantasyon Merkezi. 1991. 13.07.2024 tarixində arxivləşdirilib (PDF).
- Nizaməddin Şami (türk dilindən tərcümə edən: Ziya Bünyadov). Zəfər-namə. Bakı: Elm. 1992. ISBN 5—8066—0516—7. 31.08.2024 tarixində arxivləşdirilib.
- Veyis Değirmençay. Sultan Ahmed Celayir "Kitabu'l-Garbiyyat" (Altıncı Divan). Ərzurum: Atatürk Üniversitesi Yayınevi. 2021. 09.10.2024 tarixində arxivləşdirilib.
- Nəcəfli Tofiq. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri (müasir Türkiyə tarixşünaslığında) (PDF). Bakı: Çaşıoğlu. 2012. ISBN 978-9952-27-358-8. 05.05.2024 tarixində arxivləşdirilib (PDF).
- Faruk Sümer, AHMED CELÂYİR (türk), II cild, FARUK SÜMER, 1989, 2022-10-05 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2020-04-16
- İlyas Kemaloğlu, TOKTAMIŞ HAN (türk), XXXXI cild, TDV İslâm Ansiklopedisi, 2012, 2020-05-16 tarixində arxivləşdirilib, İstifadə tarixi: 3 okt 2024