Celalabad Vilayeti - Wikipedia
Cəlal-Abad Vilayəti — Qırğızıstanda vilayət. 1939-cu il, noyabrın 21-də təşkil edilmişdir (1959-cu ildə ləğv edilərək ərazisi Oş vilayətinə birləşdirilmiş, 1990-ci ildə yenidən bərpa olunmuşdur). Sahəsi 33,7 min km2 . Əhalisi 1,1 milyon nəfərdir (2015).[1] 8 rayonu, 5 şəhəri, 5 şəhər tipli qəsəbəsi var. Mərkəzi Cəlalabad şəhəridir. Etnik və iqtisadi baxımdan vilayət Oş və Batken vilayətləri ilə birlikdə Cənubi Qırğızıstana aiddir. Əhalisinə görə respublikada ikinci və sahəsinə görə isə üçüncü vilayətdir.
Vilayət | ||
Cəlalabad vilayəti | ||
---|---|---|
qırğ. Жалалабат облусу | ||
| ||
41°15′ şm. e. 72°15′ ş. u.HGYO |
||
Ölkə | Qırğızıstan | |
İnzibati mərkəz | Cəlalabad | |
Tarixi və coğrafiyası | ||
Yaradılıb | 21 noyabr 1939 | |
Sahəsi | 33 700 km² | |
Saat qurşağı | UTC + 6 | |
Əhalisi | ||
Əhalisi | 1 146 500 nəfər (2015) | |
Əhalinin sıxlığı | 34,02 nəfər/km² | |
Rəqəmsal identifikatorlar | ||
ISO kodu | KG-J | |
Telefon kodu | +996 3722 | |
Avtomobil nömrəsi | D, 04 | |
Vikianbarda əlaqəli mediafayllar |
Təbiəti
redaktəVilayətinin ərazisini Fərqanə vadisinin şimal-şərq kənarı və Qərbi Tyanşanın silsilələri (Talas Alatausu, Susamurtau, Pskem, Fərqanə, Çandalaş, Çatkal və s.) tutur. Ən yüksək nöqtəsi Çatkal silsiləsindədir (4503 m). Faydalı qazıntıları: neft, qaz, daş kömür, polimetal filizləri və s. İqlimi mülayim, kontinentaldır; vadilərdə quraqdır. Orta temperatur 1000–1100 metr yüksəklikdə yanvarda – 4 °C, iyulda 26 °C-dir. İllik yağıntı 400–1000 mm-dir. Daha yüksək rayonlarda iqlim soyuqdur. Ən böyük çayı Narındır (üzərində SES, Toktoqul su anbarı var). 1500 m yüksəkliyə qədər yerləşən sahələrdə boz torpaqlar və yarımsəhra tipli bitki örtüyü inkişaf etmişdir. 1500–3000 metr yüksəkdə quru dağ çölləri, çəmən-çöl bitkiləri, Çatkal və Fərqanə silsilələrinin yamaclarında yabanı meyvə ağaclarından ibarət meşələr yayılmışdır. 3000 m-dən yuxarıda subalp və Alp çəmənlikləri yerləşir. Tülkü, canavar, porsuq, oxlu kirpi, qonur ayı, çöl donuzu, cüyür, qayakeçisi, irbis və s. vilayətdə geniş yayılıb.
Təsərrüfatı
redaktəNeft, qaz, daş kömür (Kok-Yanqak, Taş-Kumır) və polimetal filizləri hasil olunur. Maşınqayırma, elektrotexnika, tikinti, pambıqtəmizləmə, yüngül və yeyinti sənayesi inkişaf etmişdir. Fərqanə dərəsində suvarma əkinçiliyi (dənli bitkilər, pambıq, tütün, üzüm), bağçılıq, heyvandarlıq, ipəkçilik, yamaclarda dəmyə əkinçiliyi, dağlarda qoyunçuluq; avtomobil, dəmir yolu, aviasiya və boru kəməri nəqliyyatı inkişaf etmişdir.
İnzibati ərazi bölgüsü
redaktəCəlalabad vilayəti 8 rayondan təşkil olunub. Aksı rayonu (paytaxtı - Kerben), Ala-Bukin rayonu (paytaxtı - Ala-Buka), Bazar-Korqon rayonu (paytaxtı-Bazar-Korqon), Nooken rayonu (paytaxtı - Ması), Suzak rayonu (paytaxtı - Suzak), Toquz-Torous rayonu (paytaxtı - Kazarman), Toktolqul rayonu (paytaxtı - Toktoqul), Çatkal rayonu (paytaxtı - Kanış-Kıya).
Mənbə
redaktəCəlalabad vilayəti // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 265. ISBN 978-9952-441-10-9.
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Population and Housing Census 2009. Book 3 (in tables). Regions of Kyrgyzstan: Jalal-Abad Region (Перепись населения и жилищного фонда Кыргызской Республики 2009. Книга 3 (в таблицах). Регионы Кыргызстана: Джалал-Абадская область (PDF), Bishkek: National Committee on Statistics, 2010, 10 August 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib
Qırğızıstanın vilayətləri | |
---|---|
Batkən • Çuy • İsıkgöl • Cəlalabad • Narin • Oş • Talas |