Cemil Bey Lenberanski - Wikipedia
Cəmil bəy Ləmbəranski (1884, Lənbəran, Cavanşir qəzası – 1959, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, travmatoloq, ortoped, dosent, əməkdar həkim, səhiyyə əlaçısı.
Cəmil bəy Ləmbəranski | |
---|---|
21 iyul 1919 – 27 aprel 1920 | |
8 yanvar 1919 – 4 fevral 1919 | |
Fraksiya | Bitərəflər fraksiyası İttihad fraksiyası |
Sonrakı | Vəzifə ləğv olundu. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1884 |
Doğum yeri | |
Vəfat tarixi | 1959 |
Vəfat yeri | |
Partiya |
|
Uşağı | |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri |
Həyatı
redaktəCəmil Ləmbəranski 1884-cü ildə Cavanşir qəzasının Lənbəran kəndində anadan olmuşdur. 1913-cü ildə Kiyev Universitetinin tibb fakültəsini qurtarmışdır. Universiteti bitirdikdən sonra Tərtərdə zemski həkim işləmişdi.
Cəmil bəy 1919-cu ildə Bakıya gələrək doktor Larionovun müalicəxanasında cərrah işləməyə başlayır.
1922-ci ildə Xalq Səhiyyə Komisarlığının qərarı ilə cərahiyyə xəstəxanası yaradılmış və Cəmil bəy Ləmbəranski xəstəxananın müdiri təyin edilmişdir. 1929-cu ilə qədər orada işləyən Cəmil bəy xəstəxana ləğv edildikdən sonra Caparidze adına Bakı Şəhər 3 nömrəli klinik xəstəxanasının travmatologiya şöbəsinə müdir təyin olunur.
1941–1945-ci illərdə Cəmil bəy İkinci Dünya müharibəsində iştirak etmişdir. 1946-cı ildən Bakı Elmi Tədqiqat Travmatologiya və Bərpa Cərrahiyyəsi İnstitutunda baş həkim işləyən Cəmil bəy Ləmbəranski 1948-ci ildən Cəmil bəy Ləmbaranski Bakı şəhər 2 nömrəli klinik xəstəxanasında travmatologiya şöbəsinə müdir təyin olunur. O, həmçinin Həkimləri Təkmilləşdirmə İnstitutu travmatologiya və hərbi səhra cərahiyyəsi kafedrasında da baş elmi işçi olaraq da işləyir.
Cəmil bəy 1949-cu ildə tibb elmləri namizədi, 1951-ci ildən isə dosent olmuş, Həkimləri Təkmilləşdirmə İnstitutu travmatologiya və hərbi səhra cərahiyyəsi kafedrasına rəhbər təyin edilmişdir.
Cəmil bəy Ləmbəranski 1959-cu ildə vəfat etmişdir.
2018-ci ildə Cəmil bəyin Lənbərandakı evinin baxımsız və viran halda olduğu haqqında kütləvi informasiya mənbələrində məlumatlar yayımlanmışdır.[1]
Ailəsi
redaktə- Cəmil bəy Ləmbəranski Əliş Ləmbəranskinin atasıdır.
Siyasi fəaliyyəti
redaktəAzərbaycan Xalq Cümhuriyyəti dövrü
redaktəCəmil bəy Ləmbəranski 8 yanvar 1919-cu il tarixində Cavanşir qəzasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmişdir. O, parlamentdə Bitərəflər fraksiyasına üzv olmuşdur.
Parlamentin 4 fevral 1919 tarixli sayca on ikinci iclasında Cəmil bəy Ləmbəranskinin "ədəmi-ictimai" qanununa görə parlamentdən xaric olunduğu elan olundu.
21 iyul 1919-cu il tarixində yenidən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilən Cəmil bəy əvvəlki kimi Bitərəflər fraksiyasının üzvü oldu, lakin parlamentin sentyabr 1919 tarixli sayca yetmişinci iclasında Cəmil bəy Ləmbəranskinin bitərəflər fraksiyasından çıxdığı və heç bir fraksiyaya daxil olmadığı elan edildi.
Parlamentin 18 oktyabr 1919 tarixli sayca səksən beşinci iclasında İsgəndər bəy Axundovun bitərəflər fraksiyasından çıxdığı və Cəmil bəy Ləmbəranski ilə birgə İttihad fraksiyasına daxil olduğu elan olundu.
Sovet dövrü
redaktəAprel işğalından sonra Cəmil bəy 1920–1921-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikası Xalq Səhiyyə Komissarlığında əvvəlcə Abid Alimovun, daha sonra isə Ağahüseyn Kazımovun komissarlığı dövründə müalicə şöbəsinə rəhbərlik etmişdir.
Cəmil Ləmbəranski Respublika Travmatoloqlar və Ortopedlər Cəmiyyətinə rəhbərlik etmiş, bir çox qurultayların təşkilat komitəsinə üzv seçilmiş, bir sıra orden və medallara təltif olunmuşdur.
Partiya fəaliyyəti
redaktəCəmil bəy Ləmbəranski 18 oktyabr 1919-cu il tarixində İttihad Partiyasının üzvü olmuşdur.
1920-ci ilin yanvar ayının 25-də saat 1-də Bakı İctimai Məclisinin zalında İttihad Partiyasının II Qurultayı keçirilmişdir. Həmin qurultayda ümumilikdə 1000 qurultay nümayəndəsi iştirak etmişdir. 4 gün davam edən qurultayda Cəmil bəy Lənbəranski parlament üzvü olduğu üçün birbaşa Mərkəzi Komitənin üzvü seçilmişdir.
Mükafatları
redaktəMənbə
redaktə- Ənvər Çingizoğlu. Ləmbəranskilər, "Soy" elmi-kütləvi dərgi, 2011, № 9, səh.15–21.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2021-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-10. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)