Cengi Reqs - Wikipedia
Cəngi rəqsi - Azərbaycan milli rəqsi.
Cəngi | |
---|---|
Tempi | cəld |
Mənşəyi | türk |
Etimologiyası
redaktəCəngi sözü irandilli xalqlarda - cəng sözü, savaş deməkdir. Cəngi adlı qəsəbə var. Bəzi mütəxəssislər "Cəngi" sözünün "zəngi"dən törəməsini deyirlər. Zəngi əski Oğuz türk tayfaları olub: "Zəngilan", "Zəngibasar" toponimləri bu tayfalarla bağlıdır.
Tarixçə
redaktə"Cəngi" cəngavərlik yerişini, meydan oxumanı, döyüşə çağırışı ifadə edir. "Cəngi"nin yaranma tarixi çox qədimdir. Azərbaycan ərazisində Cəngi adlanan ərazi də var: Şamaxı rayonunda (indiki Qobustan rayonunun ərazisi). Qədim oğuz tayfalarında qəbilələr arasında döyüş, güləş zamanı, yarışlarda, hərbi mərasimlərdə Cəngidən istifadə edilirdi. Bir çox aşıq melodiyaları kimi, bu da Şur muğam ladındadır (kökündədir); ölçüsü 2/4–dir. Cəngi pəhləvanlar yarışında da (pəhləvani), cıdır düzündə də çalınır.[1][2]
Xarakter cəhətdən eyni olan "Qaytağı", "Halay" kimi musiqi əsərləri qrupundandır. Bir qayda olaraq zurnaçılar dəstəsi tərəfindən ifa olunur [3]. "Koroğlu" dastanında Cəngi havasına çox geniş yer verilib: Cəngi Koroğlu, Misri Koroğlu.
Cəngi bəstəkar musiqisində
redaktəİlk dəfə Üzeyir Hacıbəyovun "Koroğlu" operasına daxil etdiyi cəngidən sonralar digər bəstəkarlar da istifadə ediblər (Soltan Hacıbəyov, Aqşin Əlizadə, Süleyman Ələsgərov və s.), xüsusilə İkinci dünya müharibəsi ayrıca musiqi pyesi şəklində rəngarəng cəngilər yaradılıb.
Bəstəkar cəngiləri
redaktə- Üzeyir Hacıbəyov - fortepiano üçün "Cəngi" rapsodiyası
- Süleyman Ələsgərov - xalq çalğı orkestri üçün “Cəngi” [4]
- Vasif Adıgözəlov - "Novruzum" kantatası [5]
İstinadlar
redaktə- ↑ Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti - Cəngi Arxivləşdirilib 2022-03-16 at the Wayback Machine
- ↑ Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti - Şur Arxivləşdirilib 2020-11-14 at the Wayback Machine
- ↑ Əliqızı Sevda. Hekayətli musiqi lüğəti - Cəngi Arxivləşdirilib 2021-07-27 at the Wayback Machine
- ↑ "Azərbaycanın epistolyar irsi - Süleyman Ələsgərov". 2021-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-17. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ İmruz Əfəndiyeva. Vasif Adıgözəlovun yaradıcılığının üslub xüsusiyyətləri Arxivləşdirilib 2020-11-09 at the Wayback Machine. "Musiqi dünyası" jurnalı.
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə Rəqs haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |