Cenubi Sun Sulalesi 1127 1279 - Wikipedia
Cənubi Sun (1127-1279-cu illər). Çjurçjenlərin təzyiqi altında Sun hökuməti başda imperatorun oğullarından biri olmaqla Yantszının deltasında yerləşən Xançjou şəhərinə qaçmağa məcbur oldu və sülalə Cənubi Sun kimi tanındı.
Cənubi Sun mədəni, iqtisadi və texnoloji baxımdan Çinin ən parlaq dövrlərindən biri oldu. Ənənvi quru ticarət yollarından əli kəsilmiş tacirlər okean marşrutlarından istifadə etməyə başladılar. Okean və sahilboyu ticarəti Kantona, Xançjou və Tsyuançjou kimi iri limanlarda cəmlənmişdi, onlar qabaqcıl xarici ticarət təşkilatlarına malik idilər. Ticarət bumu ilə birlikdə intensiv urbanizasiya prosesi baş verirdi. Sunun cənub paytaxtı Xançjou 2 milyondan artıq əhaliyə malik idi.
Sun dövründə tez yetişən düyünün meydana çıxması cənubda il ərzində iki yaxud üç toxum məhsulu becərməyə imkan verdi. Düyünün artan istehsalı ilk dəfə olaraq 100 milyonu keçmiş əhalini saxlamağa kömək etirdi. Əhalinin böyük hissəsi savadlı idi. Bu dövrdə ədəbiyyat, fəlsəfə və tarix inkişaf edirdi. İncəsənət sahəsində Sun şirəli çini qablar və gözəl peyzaj rəsmləri ilə böyük nailiyyətlər əldə etmişdi.