Cesaret Ehmedov - Wikipedia
Cəsarət Mehman oğlu Əhmədov (12 fevral 1978, Cəhri, Naxçıvan rayonu) — Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti[1]
Cəsarət Əhmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan MR |
İdman növü | Qol güləşi |
Karyera illəri | Avropa Armrestlinq Federasiyasının Vitse-prezidenti |
Həyat
redaktəƏhmədov Cəsarət 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Cəhri kəndində zəhmətkeş bir ailədə anadan olub.
1995-ci ildə orta məktəbi bitirdikdən sonra, Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinə daxil olub, 2000-ci ildə həmin universitetin “Tikintinin iqtisadiyyatı” fakultəsində təhsilini başa vurub.
2001-2002-ci illərdə Azərbaycan Respublikası Ali Dövlət, Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin Milli Qvardiyasında xidmət edib. Əla xidmətə görə Qvardiyanın yaradılmasının 10-cu ildönümü münasibətilə şəxsən general-polkovnik Vaqif Axundov tərəfindən fəxri fərmanla təltif olunub.
İdmanla 1995-ci ildən məşğul olur. İdmanın Qol güləşi növü üzrə ölkə çempionu adını qazanmış, dünya və Avropa çempionatlarının iştirakçısı olmuşdur.
2008-ci ildə Azərbaycan Armrestlinq Federasiyasının prezidenti seçilmiş, 2009-cu ildə isə, yeni yaradılmış idman klublarının əsasında Azərbaycan Qol Güləşi Federasiyasını təsis etmişdir. Həmin ildən Azərbaycan Qol Güləşi Federasiyasının prezidentidir.
2008-ci ildən Milli Olimpiya Komitəsinin üzvüdür.
2011-ci ildə “Respublikanın fəxri bədən tərbiyyəsi və idman işçisi” adına layiq görülüb.
2012-ci ildə ikinci ixtisas üzrə ali təhsil almaq məqsədilə Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasına daxil olmuş və 2016-cı ildə həmin Akademiyada təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur.
2014-cü ilin dekabr ayında keçirilmiş “İlin yekunu” mərasimində Cəsarət Əhmədov şəxsən Ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə “Fəxri Fərman” ilə təltif edilib.
2016-cı il may ayının 22-də Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilmiş Avropa Armrestlinq Federasiyasının növbəti konfransında AQGF-nın prezidenti Cəsarət Əhmədov Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilmişdir.
5 mart 2018-ci il tarixdə Milli Olimpiya Komitəsində "5 mart bədən tərbiyyəsi və idman günü"nə həsr edilmiş tədbirdə Cəsarət Əhmədova əməkdar məşqçi adı təqdim olunub.
AQGF-nın əsas fəaliyyət istiqaməti Azərbaycanda qol güləşi idman növünün daha da inkişaf etdirilməsi, beynəlxalq yarışlarda ölkəmizin bu idman növündə hər zaman ləyaqətlə təmsil olunması və yetişməkdə olan gənc nəslin fiziki-mənəvi baxımdan sağlam, milli-vətənpərvər ruhda formalaşdırılmasıdır. Hal-hazırda respublikanın 21 bölgəsində AQGF-nın 35 nümayəndəliyi uğurla fəaliyyət göstərir. 2009-2019-cu illər ərzində Qol güləşi üzrə dünya və Avropa çempionatlarında idmançılarımız 72-si qızıl, 70-i gümüş və 55-i bürünc olmaqla, ümumilikdə 197 medal qazanmışlar. 2014-cü ilin 18-25 may tarixlərində Qol güləşi üzrə Avropa çempionatı ilk dəfə olaraq Bakıda keçirilmişdir. XXIV Avropa çempionatında 30 ölkənin 700-ə yaxın idmançısı iştirak etmişdi. Yığmamız ümumi komanda hesabında müxtəlif təsnifat dərəcələrində 2 gümüş, 2 bürünc kuboka sahib olmuşdu. Çempionatın son nəticələrinə görə isə Azərbaycan milli yığması, üçüncü yerə layiq görülmüşdü.
Bu gün Azərbaycan Qol Güləşi Federasiyası istər ayrı-ayrı ölkələrin federasiyaları ilə, istərsə də Avropa və Dünya Armrestlinq federasiyaları ilə səmimi dostluq və əməkdaşlıq münasibətləri qura bilmiş, öz nüfuzunu təsdiqləmiş və bütün bu qurumlar tərəfindən bərabərhüquqlu tərəfdaş kimi tanınmışdır. 2022-ci ildə isə Qol güləşi üzrə növbəti dünya çempionatını Azərbaycanda keçirmək nəzərdə tutulur.
Filmoqrafiya
redaktə- Bitməyən ömür (film, 2013)
İstinadlar
redaktə- ↑ "Prezident haqqında". 2021-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-15. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)