Cevahirnameyi Lenkeran - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Cəvahirnameyi-Lənkəran - Talış xanlığının iqtisadi, coğrafi və tarixi həyatından bəhs edən, həmçinin ərazinin Rusiya tərəfindən zəbt olunması məsələsinə toxunan əsərlərdən biridir. Əsər Seyidəli Kazım bəy oğluna məxsusdur. Bu əsər cəmi 43 vərəqdən ibarət olub,1869-cu ildə fars dilində yazılmışdır. Əsər müqəddimə, altı fəsil və son sözdən ibarətdir. Əsərin müqəddiməsi onun yazılma məqsədini aydınlaşdırır. Əsərin birinci fəslində müəllif Lənkəran sözünü, ikinci fəslində isə sözün mənşəyini izah etməyə çalışır. "Cəvahirnameyi-Lənkəran"ın üçüncü fəsli Lənkəran xanlığının sərhədlərinə və təbii sərvətlərinə həsr edilmişdir. Dördüncü fəsildə Lənkəran xanlığının iqlimindən bəhs olunur. Əsərin beşinci fəsli ərazidə yaşamış bir sıra müqəddəs adamların həyatından və məqbərə abidələrindən bəhs edir. "Cəvahirnameyi-Lənkəran"ın altıncı fəsli Talış xanlığınının qısa tarixindən bəhs edir. Burada, əvvəlcə xanlığın yaranması və Ağa Məhəmməd şah Qacarın yürüşünə qədər olan dövr işıqlandırılr.
Cəvahirnameyi-Lənkəran |
---|
Müəllif Rusiyanın işğalçılıq planlarını belə işıqlandırır: . . . Nadirin ölümündən sonra Ağa Məhəmməd şahın Lənkəranı ələ almaq təşəbbüsü nəticəsiz qaldı.[1] Müxtəlif vasitələrlə Mir Mustafa xanı özünə tabe etmək istəyən Fətəli şah sülh yolu ilə öz arzusuna nail ola bilməyəcəyindən əmin olduğundan 30 minlik bir ordu ilə Lənkərana yürüş etdi. Mir Mustafa xan ölkəni bu ağır vəziyyətdən xilas etmək məqsədilə Şura çağırdı. İrana tabe olmağın böyük bir həqarət olduğunun əksəriyyətlə qeyd olunduğu şurada Rusiya yardımına müraciət etmək qərarı qəbul olundu. Mir Mustafa xan bu qərara əsasən öz əmisi oğlanlarından Mirzə Məhəmməd bəyi Həştərxan yolu ilə Rusiyaya elçi göndərdi.
Əsərin son sözü Lənkəran və ətraf ərazilərdə olan arxeoloji və tarixi abidələrə həsr edilmişdir.[2] Müəllifin əsəri bədii təsvir, xronika xarakteri daşıyır. Əsərdə hadisələr məhdud şəkildə təsvir edilməsinə baxmayaraq, Talış xanlığının tarixini öyrənmək baxımından çox qiymətlidir.
XX əsrin 60–80-ci illərin Azərbaycan tarixşünaslığında bütövlükdə Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı problemi ilə yanaşı, ayrı-ayrı xanlıqların tarixi inkişafı və onların Rusiyaya tabe edilməsi tarixinin araşdırılması geniş miqyas almışdı. Xanlıqların meydana gəlməsi, onların daxili və xarici vəziyyəti, xanlıqların Rusiya ilə münasibətləri, onların imperiyaya birləşdirilməsi və başqa məsələlərin araşdırılması bu səpkili əsərlərin əsas mövzusunu təşkil edir.
Xarici keçidlər
redaktəSabir Nəsiroğlu — MUĞAN VƏ MUĞANLILAR [1]
MASALLI — tarixlə müasirliyin qovuşduğu diyar [2] Arxivləşdirilib 2016-11-04 at the Wayback Machine