Cnn Effect - Wikipedia
CNN effekti (ing. CNN effect) — siyasi elmdə və mediada istifadə olunan CNN effekti fenomeni CNN telekanalinin dünyadakı humanitar vəziyyətlərin şokedici şəkillərinin mediada istifadəsi vasitəsilə Amerika siyasətçilərini bu vəziyyətlərə müdaxilə etməyə səsləsməsidir.[1] 24 saatlıq beynəlxalq televiziya kanalı, Cable News Network və ya CNN kimi tanınan xəbər kanalı, keçmiş Soyuq Müharibə dövründə dövlətlərin xarici siyasətinin formalaşmasında mühüm rol oynayıb. Dövlətin "dördüncü qolu" olan azad media demokratiyalarda həmişə siyasətə təsir edir. Azad media olduğu müddətcə, CNN effektinin demokratik ölkələrin siyasi qərarlarına təsiri böyük olmuşdur. CNN effekti iddiasını təklif edənlərin dediyinə görə keçmiş formalardan fərqlənən, yeni təsir etmə növü yaradıblar.[1][2]
Tarix
redaktə1989-cu ilin Tyananmen meydanı hadisələri, Varşava Müqaviləsi Təşkilatının dağılması, Körfəz müharibəsi, Bosniya müharibəsi və 1993-cü ilin Moqadişo döyüşü kimi hadisələr zamanı CNN bu məsələləri ABŞ və dünyanın siyasi gündəminə gətirməklə siyasi qərarlarda, o cümlədən hərbi gücü işlətmək kimi qərarların qəbul edilməsində təsirini göstərmişdi.[3]
Təndiq
redaktəABŞ diplomatı və beynəlxalq münasibətlərin realist nəzəriyyəçisi, Corc Kennan KİV-in siyasi qərar verməkdə rolunun qalxması və dövlətinin dördüncü qolu kimi sayılmasını təndiq edirdi.[4] O deyirdi ki, beynəlxalq münasibətlərin sabitliyi və onun təxmin oluna bilən olmağı üçün, siyasi idarə milli siyasi elitaların əlində qalmalıdır.[5]
İstinadlar
redaktə- ↑ 1 2 Gilboa, Eytan. "The CNN Effect: The Search for a Communication Theory of International Relations" (PDF). Political Communication. 2005: 28. 2018-12-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-01-03.
- ↑ Livingston, Steven. Clarifying the CNN Effect: An Examination of Media Effects According to Type of Military Intervention Arxivləşdirilib 2021-07-31 at the Wayback Machine (PDF). 1997.
- ↑ Robinson, Piers. "The CNN Effect Revisited". Critical Studies in Media Communication. 20 (4). 20 August 2006: 344–349. 4 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2019.
- ↑ "Wayback Machine" (PDF). web.archive.org. 2009-01-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-09-13.
- ↑ "Media and Natural Disasters". www.globalissues.org (ingilis). 2005-10-23. 2023-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-13.